
Dünyanın nüfuzlu "Forbes" jurnalı Rusiya milyarderlərinin yeni reytinqini tərtib edib. Milli.Az APA-ya istinadən xəbər verir ki, 2011-ci ildən bu yana Rusiya milyarderlərinin reytinqində lider dəyişikliyi olmayıb. Belə ki, 2011-ci ildən bu günə qədər hazırlanan reytinq cədvəlinə Rusiyanın USM Holdinqin-in prezidenti, özbək əsilli Əlişir Usmanov liderlik edib.
"Forbes" Amerika versiyasının son hazırladığı siyahıda artıq ilk yeri Əlişir Usmanov deyil, "İnterros" Holdinqinin prezidenti Vladimir Potanin tutub. Dünya milyarderlərinin siyahısında 60-cı yerdə qərarlaşan Potanin 14,8 mlrd. dollar sərvəti ilə Rusiya milyarderlərinin siyahısına liderlik edir. İş adamı il ərzində sərvətini 2,2 mlrd. dollar artırıb. İkinci yeri "Alfa qrup"un Müşahidə Şurasının sədri Mixail Fridman tutub. Dünya milyarderlərinin reytinqində 68-ci yerdə qərarlaşan Fridmanın 14,7 mlrd. dollar sərvəti olduğu açıqlanıb. Üçüncü yerdə isə uzun illər bu siyahıya liderlik etmiş USM Holdinqin prezidenti Əlişir Usmanov qərarlaşıb. Hazırda onun sərvətinin 14,5 mlrd. dollar olduğu bildirilib. Usmanov bu siyahıya 2011-2014-cü illərdə liderlik edib. 2014-cü ildə onun sərvətinin miqdarı 18,6 mlrd. dollar olub. Siyahıda dördüncü yerdə 14,2 mlrd. dollarla Viktor Vekselberq, beşinci yerdə 14,2 mlrd. dollar sərvəti ilə Aleksey Mordoşov qərarlaşıb.
Rusiya milyarderlərinin reytinqində altıncı yeri isə Azərbaycan əsilli iş adamı, "LUKOİL"-un prezidenti Vahid Ələkbərov tutur. "Forbes" həmyerlimizin sərvətini 12,2 mlrd. dollar miqdarında dəyərləndirib. "Forbes" dünya milyarderlərinin reytinq cədvəlində ilk yeri isə 79,3 mlrd. dollar sərvəti ilə "Microsoft"un yaradıcısı Bill Geyts tutub. İkinci yerdə 76,4 mlrd. dollar sərvəti ilə meksikalı biznesmen Karlos Slim, üçüncü yerdə isə 72,3 mlrd dollar sərvəti ilə amerikalı investor Uorren Baffet qərarlaşıb.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azyaşlı uşaq Türkiyənin prezidenti olacaq
İtaliya sahillərində 311 miqrant ölüb
Ramazanın səkkizinci gününün duası
"Pide" (foto-resept)
28 ildən sonra Şuşada yenidən azan oxundu - VİDEO
Maya maskası və faydaları
2013-cü ilin ən dəbli makiyajı
Beyonsu lağa qoydular - SƏBƏB
Azərbaycanda koksaki virusu yayılıb? - RƏSMİ AÇIQLAMA
Gülüş yaddaşı gücləndirir
Azərbaycanda əvvəlki illərin məzunları üçün ilk qəbul imtahanı
Qadın rəssamların gözüylə qadın problemləri
Hərbçilərimiz Əfqanıstana yola salındı
Naxışlı ayaqqabılar
Yeni iPhone santyabrın 10-da göstəriləcək
Son 5 ildə ilk dəfə
Bakıda hərəkətdə olan yük maşını alov aldı - VİDEO
"Milan" dəyişir
Cütlüklərin sualtı şəkilləri
"Yer kürə deyil" dedi, raketə minib uçdu - FOTO
Cakondamı, Səbinəmi?
Məşhur müğənni və oğlu koronavirusa yoluxdu - FOTO
Castin Biber məhkəməyə müraciət etdi-SƏBƏB
3500 il yaşı olan kral məzarları aşkar edilib - FOTO
Koronaviruslu gəlin qoruyucu kostyumla evləndi
Dünyada yeganə yüngül amfibia tank sınaqlara başlayıb
Həyatının son anlarında tibb işçilərinin onu necə incitdiyini çəkdi
ABŞ prezidentində koronavirus simptomları yoxa çıxdı
Qar yağacaq
Qız otaqları üçün dekorasiya nümunələri
Damla şokoladlı şirniyyat (foto resept)
Başımıza endirilən toxmaq
Gənc qadının internetdən verdiyi sifariş hamını təəccübləndirdi - FOTO
Dövlət Fondu mənzilləri alıb kirayəyə verəcək
Yüz minlərlə erməniyə Rusiyadan qadağa
Azərbaycanda geni dəyişdirilmiş bitki və bitki materiallarının istifadəsi qadağan edilir
Skype işləməyəcək
Sərnişin təyyarələrində yeni qadağa
Ronaldunun tibbi testləri həkimləri heyrətləndirdi
Evdə pendir hazırlayaq (foto-resept)
Ermənilərə sillə kimi sözlər
Dəbdə olan ətirlər
Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu - ÖZƏL
HAVA necə olacaq?-29 dekabr
Orbakayte qızına ad günü etdi - fotolar
Hikmət Hacıyev: “Azərbaycanın Rusiyadakı səfirinin bu məsələ ilə bağlı verdiyi şərh yersizdir”
Orucun 6 sirri
Özünüzü tanıyın!
Günün ulduz falı
Azərbaycanın qarlı libasından ürəkaçan görüntülər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]