
Milli.Az Azər Tac-a istinadən xəbər verir ki, fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşüblər.
Prezident İlham Əliyev görüşdə iştirak edən qonaqları salamladı, tanınmış mədəniyyət və incəsənət adamlarının bir yerə toplaşıb belə tədbirdə iştirak etməsini xoş hal kimi dəyərləndirdi. Dövlətimizin başçısı 10 il bundan əvvəl tanınmış sənətçinin “İstiqlal”, indi isə “Şərəf” ordeni ilə təltif etdiyini bildirdi. “Polad Bülbüloğlunun yaradıcılığı öz ilhamını çox qədim köklərə malik xalq yaradıcılığından götürür”, - deyən Prezident İlham Əliyev yubilyarın görkəmli ifaçı kimi yaddaşlarda qalan Bülbülün ailəsində dünyaya göz açdığını vurğuladı, onun mahnılarının hamı tərəfindən sevildiyini söylədi.
Dövlətimizin başçısı ümumilikdə Azərbaycanda tolerantlığa və multikulturalizmə xüsusi diqqət yetirildiyini və bu amillərin ölkənin uğurlu inkişafındakı rolunu vurğuladı.
Prezident İlham Əliyev bir daha təbriklərini çatdıraraq, Polad Bülbüloğluna Azərbaycan Respublikasının ən yüksək mükafatlarından biri olan “Şərəf” ordenini təqdim etdi.
Sonra SSRİ xalq artisti İosif Kobzon, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiyanın əməkdar artisti Bari Alibasov, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, bəstəkar, SSRİ xalq artisti Yevgeni Doqa, SSRİ xalq artisti Lyudmila Rümina, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Tacikistanın xalq artisti Curabek Murodov, SSRİ Dövlət mükafatı laureatı Andrey Dementyev çıxış etdilər.
Prezident İlham Əliyev Azərbaycanda həmişə sənətə və sənət adamlarına hörmətlə yanaşıldığını bildirdi, bu cür görüşlərin gələcəkdə də davam etdiriləcəyinə və mədəniyyətlərarası əlaqələrin daha da inkişafına xidmət edəcəyinə əminliyini bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Manatın məzənnəsi
Bu tələbələr ödənişdən azad olunsun
Buğda salatı (foto-resept)
Azərbaycanda ilk dəfə
Dünyanın ən gözəl hovuzları
Qəbul imtahanları ilə bağlı YENİLİK: abituriyentlər...
Erməni silahlı qüvvələrinin gizləndiyi beton sığınacaq - VİDEO
13 ildir saçlarını kəsmir-FOTO
Orduya dəstək mitinqi yoluxma sayını artırıb? - RƏSMİ AÇIQLAMA
Məşhur aktrisa koronavirusa yoluxdu-FOTO
Sağlam kökəlməyin yolları
Demi Lovato hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Prezident fəxri adlar verdi - SİYAHI
Ən bahalı nişan üzüyü kimdədir?
Üzüm şərbəti (foto-resept)
Koronavirusla mübarizə aparan tibb işçilərinə əlavə ödəniş olunmur? - AÇIQLAMA
Saçın tökülməsinə qarşı maska
Telekanallara xəbərdarlıq edildi
Zakir Həsənov: “Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır”
Günün qoroskopu: arzularınız qorxularınızdan güclü olsun
Lazer epilyasiyası
Parlaq və ləkəsiz dəri üçün maska
49 yaşlı Cennifer Eniston gözəlliyinin sirrini bölüşdü-FOTO
Cazibədar xanımların seçimi
Selin Dion İlk Dəfə Etiraf Etdi-FOTO
Hazal Kaya "Subaylığa SON" dedi-FOTO
Dünya çempionatının qalibi nə qədər qazanacaq?
Nikah üçün məcburi müayinə - xəstəlik aşkarlanan cütlüklər evlənə bilməz?
Azərbaycan səhəri zəlzələ ilə açdı
Dünyanın müxtəlif ölkələrindəki məktəblilər
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Çində qəribə intihar-FOTO
Mamont qalıqları tapıldı
Tramp: “Seçki günündən sonra daxil olan bülletenlər sayılmayacaq”
Xəyanət etdiyini göstərən davranışlar
Ağciyərlər koronavirusdan necə sağalır?
Sükan arxasında qadın var: problem nədədir?
Türk blogger hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Planşet satışları 5 dəfə artacaq
"Sürpriz şam ağacı" keksi (foto resept)
Hadise jurnalistə qəzəbləndi-SƏBƏB
Bakıda İlaxır çərşənbə bayramı keçiriləcək
Günümüzün xəstəliyi fibromiyalji sindromu
Günün ulduz falı
Türkiyə yeni savaşa girir
Həkim işləmək istəyənlərin nəzərinə
Buğlama (foto-resept)
Azərbaycan müharibə mesajı verdi
Bakıda 10В°- dək isti olacaq
Qısa qol köynəklər















- ŞƏRHLƏR