
Fevralın 4-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a verilən məlumata görə, cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq, günün ikinci yarısında arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində 28-30 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 5-7° isti, gündüz 7-10° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və axşam 80-90, gündüz 55-60 faiz təşkil edəcək.
Tibbi meteoroloji proqnoza görə, fevralın 4-ü səhərdən 5-i gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi və güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Fevralın 5-i gündüz və ayın 6-da meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən, əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında axşama doğru havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, səhər və gündüz arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 4° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşama doğru havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, səhər və gündüz arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, səhər və gündüz arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Temperaturun gecə 0-4° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşama doğru havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, səhər və gündüz arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Temperaturun gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Lakin axşama doğru havanın yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 5-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-8° isti olacağı gözlənilir.
XƏBƏR LENTİ
Avropa ən yaxşı maşınları seçir
"Qısa müddətə torpaqlarımız işğaldan azad olunmalıdır"
Dünyanın ən böyük məzarlığı-FOTO
Dünyaca məşhur nəşrdən ermənilərə zərbə: Tərtərə atılan ağ fosfor mərmisinin partladılma anı
40 faiz mobil bankçılıqdan yararlanır
Koronavirus xəstəsindən ŞOK Addım-FOTO
Qadın ana olandan sonra niyə aqressivləşir?
Uşaqların sosial-psixoloji inkişafı-9
"Ordumuz çox itki verdi"
Türkiyədəki quş qripi Azərbaycana keçə bilərmi?
40-cı illərin yataq geyimləri dəbə minir - FOTO
İlham Əliyevin sənət adamlarının təkliflərinə cavabı
Bakıda iki qəribə avtobus peyda oldu - FOTO
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bakı məktəblərində bu peşələrə EHTİYAC VAR
Körpənizi çimdirmək üçün məsləhətlər
Koronavirus iflic edir - Alimlərdən şok açıqlama
"Ayfon" işlədnlər, HAZIRLAŞIN! - YENİLİK - FOTOLAR
Orta qulaq iltihabı uşağınızı kar edə bilər
Bu idman qidasından istifadə etmək qadağan olundu
Uşağın "ikinci başı" kəsildi - FOTO
Cudoçumuz qitə ikincisi oldu
21 ildir 57 kiloqramda qalma sirrini bölüşdü
Azərbaycanla bağlı bəyanat
Qadın 9 dəqiqəyə 6 uşaq dünyaya gətirdi - FOTO
Ali məktəblərə qəbul olmaq istəyən yetim uşaqlar: güzəşt ola bilər?
Ötən ay BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub
Prezident İlham Əliyev Vladimir Putini evinə çay süfrəsinə dəvət edib - FOTO
Bağlanan bankın müştərilərinə ziyan dəyməyəcək
Qızına 1 milyon dollarlıq parti verdi-FOTO
Bu gün Milli Musiqi Günüdür
"Rafaello" tortu (foto resept)
"Tesla" avtomobillərinin Bakıda satışına başlanılıb
Düyü şorbası (foto resept)
Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni verilib
Keta modelləri
Haluk Leventdən örnək addım - FOTO
II Elizabet həyat yoldaşı Filipp ilə birlikdə Milad bayramını təklikdə qeyd edir
Ana südü niyə lazımdır?
Bakıda tozlu hava nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA
Şam qozasından yeni il bəzəyi
Toronto Film Festivalı: Qırmızı Xalça
Müğənni səhnədə pərt oldu-SƏBƏB-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Niyə utanırsan ki?
"Mançester Yunayted" Ronaldunun nömrəsini Mataya verdi
Hazal Kaya hamilə olduğunu etiraf etdi
Erməni terroru Avropa mətbuatında
Yoldaşınızı yenidən sevməyin 4 yolu
Gürcüstan-Ermənistan münasibətləri soyumağa başlayıb















- ŞƏRHLƏR