Milli.Az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, əvvəlcə hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Müdafiə Nazirliyinin rəhbərliyi yeni inşa edilən qərargah, əsgər yataqxanaları, təbliğat materialları ilə tam təmin olunmuş ideoloji, xidməti, tədris və istirahət otaqları, brifinq zalı, interaktiv tir, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlər ilə tanış olub.Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsində son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.Müdafiə naziri bildirib: "Bu gün yeni hərbi şəhərciyin açılışında iştirak edirik. Biz Ali Baş Komandanın orduya göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsini görürük. Müasir, yeni tələblərə cavab verən qərargah, əsgər yataqxanaları, yeməkxana, digər xidməti və inzibati binalar sizin istifadənizə verilib. Silahlı Qüvvələrdə tikinti işləri sürətlə və durmadan davam edir. İlin sonunadək birliklərdə, hərbi hissələrdə yeni tam təmin olunmuş 10-dək hərbi şəhərciyin inşasını yekunlaşdıracağıq. Bu, bir daha sübut edir ki, Ali Baş Komandan hərbi hissələrin, ordunun hətta hər bir kiçik problemi ilə yaxından maraqlanır, qayğısına qalır və bütün həyata keçirilən fəaliyyətləri nəzarətdə saxlayır. Eyni zamanda, Silahlı Qüvvələrin istifadəsinə ən müasir döyüş texnikası, silah-sursat və yeni avadanlıqlar verilir. Sizin hərbi hissə də ən müasir zirehli döyüş texnikası ilə silahlanıb. Bir qədər əvvəl hərbi hissənin döyüş texnikasının yerləşdiyi saxlanclara baxdıq, aparılan işlərlə maraqlandıq və görülən tədbirlərin yüksək səviyyədə olduğunun şahidi olduq. Möhtərəm cənab Prezidentimiz Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Silahlı Qüvvələrin xidməti döyüş fəaliyyətinə yüksək qiymət verib. Bu bizi yeni uğurlara sövq edir. Möhtərəm cənab Prezidentimiz qeyd edib ki, təmas xəttində Silahlı Qüvvələrimiz tam üstünlüyü əldə edib. Düşmənə sarsıdıcı zərbələr vurulub və nə qədər ki, bizim torpaqlarımızdadırlar itkilər verəcəklər. Biz hər birimiz xidmət yerimizdə çalışmaqla qələbəmizi yaxınlaşdırırıq. Məqsədimiz birdir: qısa müddətə torpaqlarımız işğaldan azad olunmalıdır. Bunu Silahlı Qüvvələrdən xalqımız və Ali Baş Komandan tələb edir. Bu vəzifəni yerinə yetirmək üçün bütün Silahlı Qüvvələr yüksək səviyyədə çalışaraq buna nail olmalıdır. Bir daha Ali Baş Komandanı və xalqımızı əmin etmək istəyirəm ki, Silahlı Qüvvələr qarşıda duran müqəddəs vəzifəni qısa müddətdə və uğurla yerinə yetirməyə hazırdır". Sonra çıxış edən birlik komandiri göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar ediblər.
Sonra Müdafiə naziri hərbi hissədə işlə təmin olunmuş mülki qulluqçularla söhbət edib, müvafiq göstəriş və tövsiyələrini verib.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Evin dirəklərinə" – "Hə", "duz yükünə" – "Yox"?
Havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ
Qarpızın faydaları
Leyla Əliyevadan təbrik mesajı: “Sən mənim həyatımda ən yaxşı və ən vacib insansan!” - FOTO
Pensiyanın bir növündən başqa növünə keçmək mümkün olacaq
Qadınların ən dəhşətli qorxuları nələrdir?
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
Azərbaycanda ilin doğulanları və ölənləri: onlar nə qədərdir?
Qarpız və yemişlərin keyfiyyəti necədir? - Xidmət rəisi cavab verdi
Dadlı əl işlərim
Kərə yağlı paratha (foto resept)
Aleyna Tilki anasına 3 milyonluq ev aldı
Bakıda vulkan püskürdü
Uşaqlar üçün pizza (2 yaş)(foto-resept)
Bakı Nəqliyyat Agentliyi yeni tədris ili ilə bağlı MÜRACİƏT YAYDI
İkiqat qohumluğa ehtiyac varmı?
Menstruasiya sancısının qabağını alan 7 üsul
Onu 1 milyon insan izləyir - FOTO
Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
Öd kisəsi polipləri
Günün qoroskopu: özünüzə inamı itirməyin
Fettel: dalbadal 7-ci qələbə
Saytımızın ƏN-ləri - I Hissə
Azərbaycanda planşet istehsalına başlanacaq
Həqiqəti yıxa bilməyən erməni güləşçinin yalanı - VİDEO
Tam çərçivəsiz “Lenovo” smartfonu buraxılacaq
Ət alarkən diqqətli olun!
Məşhurlar yürüşə çıxdılar: "Baş verənlərlə barışa bilmərik" - FOTO
Ramazan təqvimi ilə bağlı xəbərdarlıq
Qan azlığına xeyirli olan qidalar
4 uşaq anası vampirə "çevrildi"-FOTO
Ermənistan ordusu iriçaplı pulemyot, minaatan və qumbaraatanlarla mövqelərimizi atəşə tutub
Bananlı rulet (video-resept)
Halit Ergenç 1 milyon dollarını itirdi
Daha bir ölkə İŞİD-i vuracaq
İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib
Bütün Dünya bu qızdan danışır-FOTO
Tərəvəzli plov (foto resept)
Azərbaycanda gözdən əlillər üçün saat hazırlanıb
Bakıda bayram yarmarkaları açıldı
Antidepressantların uşaqlara faydaları və zərərləri
Hava haqqında
“Yuxuların çin olduğu yerdə”: Qubadlının görməli yerləri ilə tanışlıq
Dünyanın ən tüklü adamı- FOTO
Özümüz olmadıq...
Azərbaycan tarixindən yüz şəxsiyyət-10
Bu şəxs Dünya Müharibəsinin səbəbkarıdır
Sizi qısqanan insanı 6 işarə ilə tanıyın!
Prezidentlərin görüşünün vaxtı açıqlandı
Prezidentlər görüşdü-VİDEO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]