Mərkəzi Bank məşhur bankı bağladı. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, Mərkəzi Bankın idarə heyətinin bugünkü qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalinin adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.
“Banklar haqqında” Azərbaycan Respublikası qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq, bugündən banka müvəqqəti inzibatçı təyin edilib.
“Bank of Azerbaijan” ASC-də əmanətlərin sığortalanması fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
İqtisadçı Zahid Məmmədov ANS-in studiyasında kreditlərin qaytarılması ilə bağlı məsələlərə aydınlıq gətirib.
Zahid müəllim xoş gəlmisiniz.
- İlk olaraq bu bağlanan bank və onun əmanətçiləri üzərində dayanaq. Çox güman ki, məhz bu bankda əmanəti olanlar bizi izləyir və hər hansı bir məlumata sahib olmaq istəyirlər. Sizcə əmanətçilərə kompensasiyaların ödənilməsinə nə vaxtdan başlanılacaq? bu proseslər necə tənzimlənir. Əmanətçilər pul itirməyəcəklər ki?
– Təbii ki, əmanətlərin sığortalanması haqqında Azərbaycan qanunvericiliyinə uyğun olaraq əmənətçilər burda pul itirməyəcəklər. Sabah isə Milli Məclisdə “Əmanətlərin qorunması haqqında” qanuna yeni dəyişikliklə ediləcəkdir. Bu bilavasitə dövlətin xüsusi nəzarətindədir. Azərbaycan qanunvericiliyi tam olaraq müəyyən məbləğdə elan edilmiş kompensasiya, əmanət sığortasını ödəməyə qadirdir. Hesab edirəm ki, bununla bağlı heç bir problem yoxdur.
Ümumiyyətlər bu bankların bağlanması ilə bağlı bir faktı nəzərə alsaq görərik ki, Amerikada 2008-2009-cu illərdə, Rusiyada isə zaman-zaman bankların bağlanması baş verib. Bundan narahat olmağa ehtiyac olmaz.
Xatırladım ki, Amerkada bu cür hadisələr baş verəndə, böhran sonrası ilk dəfə olaraq, yəni1933-cü ildə Əmanət Sığorta Fondu yaradıldı. Yəni banka pulunu yatıran insanlar bu sahədə rahatsız olmamalıdırlar. Dövlət əmanətlərin qorunmasına tam olaraq təminat verir. Hesab edirəm ki, yəqin Milli Məclisdə əmanətin kompensasiya məbləğı daha da artırılar. Bu məsələdə bir problem olmaz.
Bir daha qeyd edim ki, bununla əlaqədar olaraq 1933-cü ildən bugünədək Amerika Birləşmiş Ştatlarında ilk dəfə olaraq bu sistem tətbiq edilir və zamanla başqa ölkələr də bundan yaralanır. 2008-ci ildə dünyada qlobal böhran baş verəndə Avropa Birliyinin bütün ölkələrində məhz əmanətin kompensasiyasına görə böyük narazılıqlar yarandı. Bəzi ölkələr ümumiyyətlə bunu limitsiz olaraq elan etdi, bəziləri ölkələr isə ən yüksək məbləğ təyin etdi. Nəticədə bunu qorunması üçün dövlət gərəkli tədbirlər aldı. Təbii ki, bank bir inam, güvən müəssisəsidir.
- Prezident bu gün müşavirədə dedi ki, manatın hörmətini qaldırmalıyıq. Siz bilən bu necə baş verəcək? Manatın kursu ilə tənzimlənəcək, ya qiyməitlərlə.
– Bir daha bunun şahidi olduq ki, ən önəmli vəzifələrdən biri milli valyutanın qorunmasıdır. Milli valyutamız uzun müddət həm Azərbaycanda, həm də dünyada ən güclü valyutalar sırasında yer alırdı. Təəssüflər olsun ki, zamanla bu mövzu ilə bağlı araşdırma aparmadan sadəcə təsviri xarakterə sahib olan - pulun dəyərinin düşməsi ilə əlaqədar gündəmə mövzular gəldi. İqtisadiyyatda bu cür amillərin ortaya çıxması məhz 90 faiz fundamental səbələrə bağlı deyill, ajiotajlara bağlıdır. Məsələn, Fars körfəzinə Amerika gəmisinin daxil olması ilə bazarda bu ajiotaja yol açır. Çox təəssüf ki, iqtisadiyyatda bu kimi hallar mövcuddur.
Məhz iki faiz birja iştirakçısının verdiyi qərar iqtisadiyyatın istiqamətinin dəyişməsinə yol açır. Bu da bir növ demokratiyanı rahatsız edən mövzulardan biridir. Tamamilə əhalinin böyük bir hissəsinin bu prosesdə iştirak etmədiyi bir halda sadəcə olaraq bir qurup insanın birjada yaratdığı ajiotaj səbəbindən bazarın dəngəsi pozulur.
Hesab edirəm ki, bu ajiotajın qarşısının alınması üçün burda elmi cəhəddən əsaslandırılmış, manatın güclənməsi ilə əlaqədar Azərbaycan güclü iqtisadiyyata keçid proqramın hazırlanmalıdır. Və bu 4 mərhələdə həyata keçirilməlidir. İlk olaraq güclü, şəfaf, qənaitcil və ictimaiyyəta açıq büdcə sistemi, ikinci bank, maliyyə sektorunun və qiymətli kağızlar bazarının gücləndirilməsi, üçüncü real sektorun inkişafını dəstəkləmək, sonuncu isə əhalinin sosial ehtiyaclarının qarşılanması. Bunula da güclü Azərbaycan iqtisadiyyatı proqramını ortaya qoymaq lazımdır.
Qiymət dəyişikliyindən sonra Mərkəzi Bank digər banklara tövsiyə etdi ki, kreditlərin müddəti uzadılsın, amma məbləğ dəyişmədi, sadəcə vaxt uzadıldı. Bu məslədə hansısa başqa bir yenilik gözləməyə dəyərmi?
– Ümumiyyətlə biz dünya təcrübəsinə baxsaq, görərik ki, bu kimi hadisələrədən sonra sistematiq olaraq bütün sahələri əhatə edən bir proqram qəbul edilir. Hesab edirəm ki, Mərkəzi Bank, İqtisadiyyat və Maliyyə Nazirlikləri, eləcə də Qiymətli Kağızalar Komitəsi ictimaiyyət nümayəndələrinin iştiarkı ilə Prezident Yanında Valyuta Şurası yaradılmalıdır. Belə ki, Azərbaycanda manatın gücləndirilməsi üçün gündəlik olaraq vayuta ilə əlaqədar mütəmaddi gedişat haqqında verə biləcək qərarı məhz valyuta şurası verməlidir.
- Məhz bu məsələdə gərginliyin yaranmasına da səbəb kreditin dollarla verilməsi idi. Burda belə bir sual da yaranar. Konkret hansısa bir mexanizm tədbiq edilə bilərmi ki, bundan sonra xarici valyuta ilə kredit verilməsinə məhdudiyyət qoyulsun.
– Azərbaycan Respublkası Konstitusiyasında bir qayda olarq ödəniş vasitəsi manatladır. Ümumiyyətlə biz uzun müddət elə bir səviyyə gəldik ki, ən böyük idxalçılar dolları qəbul etmirdilər. Hər bir kəs, hətta İran və Türkiyədə belə manat axtarışındaydı. Eləcə də qonşu Rusiyada manat axtarışındaydı. Hesab edirəm ki, buna çox qısa bir müddət qalıb. Bunun üçün biz gərəkli addımlar ata bilərik. Artıq Azərbaycan Respublikasında bu dollarlaşma prosesinə yönəlik çox ciddi tədbirlərin alınması lazımdır. Məsələn, aidiyyatı olamaya insan dollarla əlaqədar məsələləri müzakirə edirlər. Biz dollardan asıllığımızı minumum səvəyyə gətrirməliyik.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
İŞİD-a qarşı sərt plan
Ronaldodan anasına bahalı hədiyyə - FOTO
Peşələr
Bel və kürək piyləri ilə mübarizə
Cütlük toy FOTOSESSİYAsı üçün qayalığa dırmaşdı
Hava haqqında
“WhatsApp”da YENİLİK!
Qadın.Netli qızların sevgi yolu-4
Bağda ərik var idi...
Yaxın gələcəkdə Yerə oxşar planet tapılmayacaq
Sevgilisinin ardınca velosipedlə düşdü: 10 min km-FOTO
Doğum evinə getməyə hazırlaşanlar üçün
Gözəlliyin 10 sirri
Havalar nə vaxt sərinləşəcək?
Merve köhnə imicinə geri döndü - FOTO
İnternetdən uzaq duran uşaqlara 100 dollar verəcək!
“Günü gündən aşağı düşür” - Ətin qiyməti ucuzlaşdı
Gökçe Bahadır Hindistana gedir-SƏBƏB
Ev qəzası keçirən uşağa ilk yardım
“Dünyanın ən yaxşı futbolçusu özüməm”
Yuxudan doymamağın SƏBƏBİ NƏDİR? - ALİM RƏYİ
Fərqli badımcan turşusu (foto resept)
Arıqladan qəhvə
"Diriliş Osman" bu tarixdə başlayır
Yazda bədənə canlılıq
İstədiyimiz həyata sahib olmağın yolları
Karyera, yoxsa ailə həyatı?
Hər zövqə uyğun üzüklər
Dövlət atdığı addımı geri çəkməməlidir
Meqan Foks Çanakkaledə-FOTO
Monqol mətbəxindən "Buuz" (foto resept)
İlham Əliyevdən maraqlı müqayisə
Yoluxdurduğu adamların qarşısında diz çökdü - VİDEO
Tuba Büyüküstün də “Netflix”də
Sıla və Hazerin FOTOsu diqqət çəkdi
Məşhur cütlük ayrıldıqdan sonra-FOTO
Məişətimizin gizli zərərvericiləri
"Dilə gərək qulluq edəsən. Seçəsən, təmizləyəsən"
27 yaşlı basketbolçu məşq zamanı öldü
Azərbaycan Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının göndəriləcəyi prioritet ölkələr siyahısına salındı
Gülənə həbs qərarı
Göz yaşı
Ronaldo: ""Qızıl top"u Leo qazanacaq"
"Mourinyo futbol üçün böyük təhlükədir"
Banklar avtomobil kreditlərini bərpa etdilər
23 dildə sevirəm səni
Bir ilə 60 kiloqram arıqlayıb ideal bədən quruluşuna yiyələndi - FOTO
Koronavirusa qarşı ƏN TƏSİRLİ qidalar - Tanınmış həkim açıqladı
Qışda yeyilməsi lazım olan ərzaqlar
Oval üzlərə yaraşan saç tərzi