
Səhnədə quraşdırılmış monitorlarda 70 illik şərəfli ömür yolunun səhifələri canlanırdı. Fotoşəkillərdə yubilyarın atası, SSRİ xalq artisti, Azərbaycan milli musiqi teatrının banilərindən biri, dahi Bülbül, yubilyarın uşaqlıq illəri, hazırda düşmən tapdağında olan qədim Şuşa torpağındakı ata-baba evi əks etdirilirdi.
Ulu öndər Heydər Əliyevi öz müəllimi hesab edən yubilyarın Azərbaycan xalqının Ümummilli Lideri ilə fotoşəkilləri salona toplaşanlar tərəfindən xüsusi hərarətlə qarşılandı.
Moskvanın məşhur konsert salonun səhnəsindən ötən əsrin sonlarının hitləri – Polad Bülbüloğlunun “Gəl ey səhər”, “Zəng et”, “Bənövşələr”, “Gözlərinə de ki...” mahnıları, “Məhəbbət və ölüm”, “Dədə Qorqud” baletlərindən fraqmentlər, simfonik orkest üçün “On xalq mahnısı” Rusiya Dövlət simfonik kinematoqrafiya orkestrinin ifasında səsləndirildi.
Orkestrin dirijoru, Rusiyanın xalq artisti Sergey Skripka P.Bülbüloğlunu təbrik edərək dedi: “Onun atası Bülbülün ifa etdiyi xalq mahnılarının Polad tərəfindən simfonik orkestr üçün işlənməsi olduqca füsunkardır. Bu əsərləri ifa etdikcə daha çox bəyənirəm”.
Gecənin aparıcısı, Rusiyanın və Azərbaycanın əməkdar mədəniyyət xadimi, musiqişünas, akademik Janna Dozortseva yubilyarın həyatandan bəhs edərək dedi: “Poladın ilk müəllimi onun atası olub. Dahi Bülbül oğluna xalqını, Vətənini, xalqının incəsənətini sevməyi öyrədib. Çünki incəsənət xalqın həyatını və tarixini əks etdirir. Polad fəxr edə bilər ki, onu bütün dünya tanıyır. O, özünəməxsusluğu, nadir musiqi duyumu ilə yadda qalır”.
Gecənin səbəbkarını tər güllərlə təbrik edənlər arasında Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Moskva hökumətinin departament rəhbəri Yuri Artyux və bir çox başqaları var idi.
Rusiya Federasiya Şurasının üzvü Vitali İqnatenkonun fikrincə, istedadlı insan bütün sahələrdə istedadlıdır. V.İqnatenko dedi: “Polad gözəl bəstəkar və ifaçı, həm də bacarıqlı diplomat və səfirdir. Belə bir insanın Azərbaycanı təmsil etməsi respublika üçün fəxrdir. Polad Azərbaycan xalqının parlaq nümayəndəsi və təbliğatçısıdır. Bu gün konsert salonunda ən müxtəlif millətlərin nümayəndələri var. Bu, təkcə Polad Bülbüloğluna deyil, bütövlükdə Azərbaycan xalqına hörmət və ehtiramın göstəricisidir. Qoy, Poladın yaradıcılıq şövqü hələ uzun illər bizləri sevindirsin”.
Polad Bülbüloğlunun yubiley təntənəsi Rusiyanın aparıcı KİV-lərinin də diqqət mərkəzində idi. Rusiya media nümayəndələrinin suallarını cavablandıran P.Bülbüloğlu dedi: “Gözəllik, xoş münasibət, sevindirici hadisələr yaşamaq həvəsimi daha da artırır. Təəssüf ki, müasir dünyada fərəhli hadisələr az, qəddarlıq çoxdur, hər tərəfdə qan axıdılır. Bu şəraitdə məni ailəm, övladlarım, nəvələrim, dostlarım sevindirir. Onların varlığından ruhlanıram”.
Moskva sevimli sənətkarın yubileyini təntənə ilə qeyd etdi. Növbə isə Bakıda, Tbilisidə və İstanbuldadır. Hələlik isə Rusiya paytaxtında keçirilən ilk yubiley tədbiri başa çatdı. Milyonların sevimlisi Polad Bülbüloğlunu tamaşaçılar səhnədən ardı kəsilməyən alqışlar, tər çiçəklərlə yola saldılar. O isə “75 yaşında görüşərik” dedi...
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Şokoladlı, qozlu biskvit (foto resept)
Sarkisyan mühasirədə
Ledi Qaqa fanatlarını söydü-SƏBƏB
Günün qoroskopu:Bədxərclik etməyin!
Ürək sağlamlığını qorumaq üçün tövsiyələr
Heyva cemi (foto-resept)
Qorxularımdan qorxuram
Ümumdünya Solaxaylar Günüdür
Heç bitməyəcək ana-qız qarşıdurması!
Düşüncələri oxuya biləcəklər
44 günlük Vətən müharibəsində yaralanan mayorumuz evinə qayıtdı - VİDEO
Qalaktikaların qatili tapıldı
İƏT ictimaiyyəti müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək verməyə çağırdı
Ailə quracağımız şəxs taleyimizə yazılıbmı?
İndoneziya Azərbaycanla birgə avtomat istehsal etmək istəyir
Kəsiri olan tələbələrə müjdə!
Putindən Suriyaya soyuq duş
40 min illik soxulcanlar dirildilər-FOTO
Leyla Əliyeva tibb müəssisələrində - FOTO
10 milyon dollarlıq alma satılır-FOTO
Ən çox hansı bürclər varlı olur?
Azərbaycan diasporu fəalının rəhbərlik etdiyi fond Moskvada xiyaban salıb
İki ailə
Toy tortları
Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü
İnanılmaz kadrlar: qatillə oyun
Valideynlər uzaqdan övladlarının dərs prosesini izləyə bilər
Diqqət testi
Qidaya görə həzm olunma saatı
At quyruğuna qonmuş kəpənək fotoqrafı
Daha nəyin qiyməti qalxdı?
Edis yeni imicdə-FOTO
Nyu Yorkda ilk Qafqaz irsi festivalı keçirilib
Ard-arda terror Türkiyəni sarsıtdı: 3 ölü, 35 yaralı
Dəbli koftalar
Porsche 911-ə rəqib hazırlanır
"Su-25 "Boinq"i vura bilməz"
Bakı-Sumqayıt qatarı bu gün işə düşür
İpək donlar
Sadə badımcan salatı (foto resept)
Təsbihati-ərbəənin sirri və mənası nədir?
Dərinizə şəfalı bitkilər
Çempionlar Liqasında mövsümün rəmzi komandası açıqlanıb
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində - FOTO
2015-ci ilin saç kəsimləri və rəngləri
Raxitlik xəstəliyi
Ermənistan Goranboy-Naftalan istiqamətlərini atəşə tutur
Uşaqlar üçün şokoladlı tortların bəzədilməsi
BÜRCLƏR bizə nə vəd edir? - 23 mart
1 milyon dollarlıq əsərə 100 avro















- ŞƏRHLƏR