«Bircə hərəkət və mənasız ömrün sonu. Bircə hərəkət bütün sıxıntı və əzablarıma son qoyacaq. Məni boşluqdan, heçlikdən çıxaracaq bircə hərəkət… Düşünmürəm, düşünmək istəmirəm, sadəcə, ölmək istəyirəm. Yox olmaq istəyirəm...».
Bu son hərəkət bəzən yeganə çıxış yolu kimi görünür. Əslində isə bu son hərəkət intihara cəhdin başlanğıcıdır. Bəzən insanın əli hər yerdən üzüləndə, ümidsiz, çarəsiz qalanda intiharı problemlərinin həllinin yeganə çıxış yolu kimi görür.
İntihar - problemlərdən çıxış yolu tapmamaqdır, yoxsa özünü cəzalandırmaq?
Bəzən insan özünü çıxılmaz vəziyyətdə hesab edir və çıxış yolunu intihar etməkdə görür. Real və nümayişli intiharlar var. Ruh düşkünlüyü, depressiyalar nəticəsində həyatdan küsərək özünü öldürmə halları real intihara aiddir. Yaxınlarını qorxutmaq məqsədi daşıyan intiharlar isə nümayişli intiharlardır. Nümayişli intiharlar da bəzən ölümlə nəticələnə bilər. İntihar - insanın özünə qarşı aqressiyasıdır.
Statistikaya görə, kişilər arasında intihar halları qadınlara nisbətən çoxdur. Sizcə, bunun səbəbi nədir?
Qadınlar, adətən nümayişli intiharlara cəhd edirlər. Kişilərdə isə real intihar halları çox olduğu üçün statistikada kişilərin sayı çox olur. Bundan əlavə, burada emosional faktorlar da əsasdır. Qadınlar yığılmış emosiyaları qışqırmaqla, ağlamaqla çıxara bilirlər. Xanımlar baş verən hadisələri rəfiqələri, ana-bacıları, yaxınları ilə bölüşürlər. Kişilər isə daha qapalıdırlar və onların daxilində üst-üstə yığılan xırda problemlər sonda böyük bir problemə çevrilir.
Bundan əlavə, şimal və qərb ölkələrində intiharlar halları daha çoxdur. Cənub, şərq ölkələri əhalisi daha emosional, daha hərəkətlidirlər, daha çox danışıb gülür, zarafat edirlər. Həm də bu ölkələrdə ailə anlayışı daha genişdir. Şimal, qərb dövlətlərində ailə deyiləndə ata-ana və bir, yaxud iki övlad nəzərdə tutulur. Bizdə isə ailə anlayışı daha genişdir. Ailə deyəndə əmi, xala, bibi, dayı uşaqları, nənə, baba və b. nəzərdə tutulur. Və insan hər hansı bir çətinliklə qarşılaşanda bütün qohumlar, dost-tanışlar yığışıb məsləhət verir, problemi birlikdə həll etməyə çalışırlar. Ailə bağlarının zəif olduğu ölkələrin əhalisi arasında intihar halları da çox olur.
Belə bir fikir var ki, intiharda irsi faktorlar da müəyyən rol oynayır. Bu nə qədər doğrudur?
Sözsüz ki, intihar edənlərin arasında ruhi xəstələr də olur. Bildiyimiz kimi, bəzi ruhi xəstəliklər irsən keçir və xəstəliyin nəticəsində intiharetmə də irsən keçə bilər. Amma belələrinin sayı o qədər çox deyil. Digər tərəfdən, hansısa bir psixoloji səbəbdən özünə qəsd edənlərin ailə üzvləri intihar etməkdən çəkinirlər. Bu faktor həmin ailələr üçün çox zaman bir növ profilaktik xarakter daşıyır.
Son zamanlar Azərbaycanda intihar halları çoxalıb. Sizcə, bunun səbəbi nədir?
İntiharın əsl intihar olub-olmadığını müəyyən etmək üçün istintaq lazımdır. Bəzən insanın ayağı sürüşüb çaya yıxılanda deyirlər ki, kredit borcunu verə bilmədiyi üçün intihar etdi. Bəzən isə intihar edənlərin ailələri utanaraq onun öz əcəli ilə öldüyünü deyirlər. Bəzən də əksinə, cinayətkarlar etdikləri cinayəti ört-basdır etmək üçün sui-qəsdləri intihar kimi qələmə verməyə çalışırlar. Real rəqəmləri isə biz bilmirik. Ümumiyyətlə, dünya statistikasında intiharlar dalğavaridir. Elə periodlar var ki, intiharlar çoxalır, yaxud profilaktik tədbirlər nəticəsində, ictimai-sosial vəziyyətdən asılı olaraq azalır. İntiharların statistikası ildən-ilə, hətta havanın depressiv, yaxud şən olmasından asılı olaraq fəsildən-fəslə də fərqlənir. Məsələn, payız aylarında intiharların sayı çoxalır.
Azərbaycanda sosial-maddi vəziyyətin pisləşməsi və ümumilikdə dünya böhranı ilə əlaqədar intiharların sayı bir qədər artıb. Lakin dünya statistikası ilə müqayisədə Azərbaycanda intiharların faizi çox aşağıdır.
Ölkəmizdə intihara hansı yaş qruplarında daha çox rast gəlinir?
Statistika göstərir ki, yeniyetmələr risk qrupunda ilk pillələrdə dayanırlar. Bildiyimiz kimi, onların psixologiyası tam formalaşmayıb və həyatlarında baş verən hansısa xırda uğursuzluq onlara həlli mümkün olmayan problem kimi görünür. Bəzən qəbul imtahanlarından sonra ali məktəbə qaxil ola bilməyən abituriyentlər arasında da intihar hallarına rast gəlinir. Uzun müddət universitetə hazırlaşıb imtahandan keçməyən abituriyent ailəsini rüsvay etdiyini düşünür və özünü öldürməkdən başqa çıxış yolu tapmır. Belə hallar, adətən imtahan cavabları məlum olduqdan az sonra baş verir. Zaman keçdikcə təbii ki, yeniyetmə özünü toplayır və intiharın nə qədər mənasız olduğunu başa düşür. Bu yaş dövrü üçün xarakterik olan digər səbəb eşq, məhəbbətdir. Yeniyetmə sevdiyi şəxsdən müsbət cavab ala bilməyəndə çıxılmaz vəziyyətdə olduğunu düşünür və intihar edir.
45-65 yaş qrupu ikinci risk qrupuna aiddir. Bu zaman orqanizmdə fizioloji dəyişikliklər başlayır. Bəzən xərçəng, şəkərli diabet, iflic və s. kimi müxtəlif müalicəsi olmayan xəstəliklər yaranır. İnsan çox vaxt müəyyən ümidlərlə yaşayır və inanır ki, hansısa yaşdan sonra övladları böyüyəcək, onları yerbəyer edəcək, nəvə-nəticələri ilə xoş güzəran keçirəcək. Bu zaman istər sosial, istər maddi, istərsə də tibbi problemlər baş verir. Bəzən bu problemlər üst-üstə düşür. Gələcək haqqında müəyyən baxış formalaşdırmış insan qarşılaşdığı problemlər qarşısında aciz qalır. Təbii ki, bu baxış heç bir məntiqə əsaslanmır. Lakin insanlar bəzən məntiqsiz hərəkətlər də edirlər və nəticədə özünü çarəsiz görən şəxs intihar etmək qərarına gəlir.
Sizcə, intihar hallarının qarşısını necə almaq olar?
İlk növbədə səbəbləri araşdırmaq lazımdır. Təəssüf ki, Azərbaycanda intiharla məşğul olan vahid mərkəz yoxdur. Profilaktik tədbir kimi bu sahədə maarifləndirmə işləri aparılmalıdır. Hər şeydən əvvəl bilmək lazımdır ki, hər intihar ölümlə nəticələnmir. Statistikaya görə, 10 intihar halından 2-si ölümlə nəticələnir. Digər hallarda isə insanı xilas etmək mümkün olur - o, ya əlil olur, ya zədələnir. İnsan bilməlidir ki, hansısa problemlərdən qaçmağa çalışarkən, daha çətin problemlərlə üz-üzə qala bilər.
Üçüncü mühüm profilaktika, sözsüz ki, ideoloji təbliğatdır. Heç bir din intihar edən şəxsi bağışlamır, bütün dinlərdə bu iş böyük günah sayılır.
Hər il Yer kürəsində təxminən 1 milyon adam intihar edir. Bu, hər 40 saniyədə 1 insanın intihar etməsi deməkdir. İl ərzində dünyada 19 milyon insan intihara cəhd edir.
Son yarım əsrdə dünyada intihar edənlərin sayı 60% artıb.
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına əsasən, intiharların sayına görə Macarıstan və İsveç birinci yerdədir.
Araşdırmalar nəticəsində məlum olub ki, potensial intihar edənlərin risk qrupuna yeniyetmələr, ehtiyatda olan hərbçilər və silikon süd vəzisi olan qadınlar daxildir.
Statistikaya görə, intihar edənlərin 63%-i kişilər, 37%-i isə qadınlardır. Belə ki, Çin istisna olmaqla, dünyada intihar edənlər arasında kişilər üstünlük təşkil edir.
Hədislərdə buyurulur: «Kim özünü bir şeylə öldürsə, cəhənnəmdə eyni şey ilə əzab ediləcəkdir».
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR