Əslində, intihar İslam dinində də ən böyük günah hesab edilən haldır və bu cür hadisələr dinimizdə pislənir. Ümumən, İslam dinində hansısa bir canlını yaşamaqdan məhrum etmək haram sayılır. Bu, istənilən halda dində qəbuledilməzdir. İnsanın öz canına qəsd etməsi isə daha böyük günahdır. Bunu bilən insanların canlarına qəsd etməsinə nə ad vermək olar? İnsan niyə özünü həyatdan məhrum edir?
25 yaşlı qadının həyatına son qoyan ailə münaqişəsi
İntiharların səbəbləri müxtəlif olsa da, son vaxtlar baş verən intiharlarda əsas səbəb sosial sıxıntılar, xəstəliklər və ailə münaqişələridir. Məsələn, bir neçə gün öncə Bakıda özünü 19-cu mərtəbədən ataraq intihar edən 25 yaşlı qadının intihar səbəbləri kimi ailə münaqişəsi göstərilib.Maraqlıdır, ailədə nə qədər ciddi problemlər baş verir ki, insanlar bu problemi həll etmək, ailəsində vəziyyəti normallaşdırmaq əvəzinə, intihar edir? Ailədə baş verən problemlər ya maddi sıxıntılardır, ya da ər-arvad münasibətləri. Bu problem ailələri o qədər sıxmağa başlayıb ki, artıq ailədə qadın və ya kişidə psixoloji problemlər yaradır. Bu da sonda iradəsinə gücləndirə bilməyən ailə üzvünün psixi pozğunluq nəticəsində intiharı ilə sonuclanır. 25 yaşlı 3 uşaq anası olan xanım həyat yoldaşı ilə mübahisə edəndən sonra özünü 19-cu mərtəbədən atmaq qərarı verib. Ailədaxili münaqişədən günlərlə, bəzən də aylarla sıxılan qadın öz emosiyalarını idarə edə bilmir və əsəblərini sakitləşdirə bilməyərək həmin an canına qıyır.
57 yaşlı qadın özünə od vurur, 22 yaşlı qız özünü binadan atır
Dekabrın 2-də Gədəbəydə 57 yaşlı qadının intihara cəhd səbəbi də ailə münaqişəsi göstərilir. Bu qadın da ailədəki söz-söhbətə dözə bilməyərək özünə qəsd edib. Ailədəki söz-söhbətin, münaqişənin səbəbi tam məlum olmasa da, ümumən, münaqişənin adətən ərlə arvad arasında mübahisədən yarandığı bəllidir.Bakıda tələbə qız da müəmmalı intihar edib. 22 yaşlı qız özünü yaşadığı binanın damından atıb. Tələbə qızın özünü öldürməsinin səbəbləri hələ məlum deyil. Təbii ki, bu qızın da intihar etməsinə səbəb hansısa sosial sıxıntıdır. Ailədaxili münaqişəsi olmasa da, gənc qız hansısa sıxıntılara tab gətirməyərək intihar yolunu seçib.İntihar edənlər arasında kişilər olsa da, statistika daha çox qadınların intihara əl atdığını deyir.
Ər və ya arvad ailə psixoloqlarından niyə imtina edir?
Ailələrdəki bu problemlərin həlli üçün vacib məsələlərdən biri də ailə psixoloqlarının köməyindən istifadə etməkdir. Ailə psixoloqlarının ailə üzvləri ilə mütəmadi söhbəti insanlarda həm təskinlik, səbr yaradır, həm də ailədəki problemlərin asan yollarla həllinə gətirib çıxarır. Amma təəssüflər olsun ki, bu gün Azərbaycanda ailə institutlarına, ailə psixoloqlarına maraq göstərən ailələr həddindən artıq azdır. Əksər ailələr bu cür institutlara müraciət etməkdən çəkinir, ailəsinin problemlərinə başqa şəxsin müdaxiləsinə qarşı çıxır. Həmin şəxslər ailələrinin problemlərini özləri həll etmək və problemin kənara çıxmamasını istəyirlər. Sonda ailələrdə bu cür faciələr baş verir.
Psixoloq: "Problemdən qurtulmağa kişinin çıxış yolu var, qadının yox"
Psixoloq Ramil Nəcəfli də intihar hadisələrində qadınların çoxluq təşkil etdiyini bildirir. Onun sözlərinə görə, intihar özlüyündə güclü stress və affekt halında, güclü depressiya vaxtı atılan bir addımdır: "Qadın o anda çarəsiz və çıxılmaz vəziyyətdə olur. Başqa yolu qalmadığını düşünür. Bu fikir qadının bir anlıq affekt halında ağlına gəlir. Həmin anda ona dəstək olsa, bəlkə də bu intihar cəhdinin qarşısını almaq olar. Amma dəstək olmadığı üçün qadınlar özlərinin mənasız, lazımsız, artıq həyatın bitdiyi nöqtədə olduqlarını fikirləşirlər".Psixoloq deyir ki, Azərbaycanda qadını intihara aparan çarəsizlik və başına gələnlərdən dolayı rüsvayçılıqdan yaxa qurtarmaq hissidir: "Qadın ailədə digər təzyiqlərə o qədər məruz qalır ki, sonda gücsüzlüyündən, çarəsizliyindən intihar edir. Kişinin çıxış yolu var və ya heç çıxış yolu axtarmır da. Qadınsa çıxış yolu axtarsa da, tapa bilmir".R.Nəcəfli bildirir ki, insanların intihara cəhd etməsinin ilk səbəbi iradəsizliyi və həyatla mübarizəyə tab gətirməməsidir: "Yəni bütün hallarda insan, ilk növbədə, səbrli və dözümlü olmalıdır ki, qarşılaşdığı hansısa problemin həlli yollarını tapa bilsin. Problemin qarşısını almağa cəhd etməyən şəxsin problemləri ciddiləşir və o, sonda intihar etmək qərarı verir".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Hülya Avşar Tatlısəsin qızını belə təbrik etdi-FOTO
Bakıya yeni fəlakət gəlir
Ledi Qaqanı dəstəkləyənlər arasında o da var-FOTO
"Yazıq" portret
İranın “səfir”i kosmosa uçdu
Qocalmağı gecikdimək üçün...
İnsanın daha bir əcdadı tapılıb
Facebook-dan daha bir yenilik
Hamilə qadınların ölkəyə girişi qadağan edilir - SƏBƏB
Bu abituriyentlər kolleclərə İMTAHANSIZ qəbul oluna biləcəklər
Dost yaxınların ən yaxınıdır
“Eurovision 2019”da şounu Azərbaycan bağlayacaq
Florida sahilində iki sualtı PİRAMİDA TAPILDI – Sensasiyalı kəşf
Naxçıvanda orduya əmr verildi
Yaralı əsgərimiz qayıtdı
Məşhur aktyor blogerlə sevgilidir-FOTO
Moskvadan Qərbə müharibə xəbərdarlığı
Bakıda yeni yol nişanları və yeni qadağalar
Nəticəsiz Minsk danışıqları
Türkiyə qırıcı təyyarə istehsal edəcək
Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?-1
Buxar inhalyasiyası və isidici kompres
Müstafa Sandalın keçmiş xanımı tanınmaz halda-FOTO
Azərbaycandakı imam və axundlara XƏBƏRDARLIQ
Evlənənlərin də sayı artdı, boşananların da
Özcan Denizin bacısı Ərdoğana müraciət etdi-SƏBƏB
Mədəniyyət və Turizm nazirliyi ikiyə bölündü
Neft yenidən ucuzlaşıb
Necə bir gənclik gəlir?
Saçları sürətli uzadan 3 üsul
"Qoyun" peçenyesi(foto resept)
Misirdə fironlar dövrünə aid məzarlıq tapılıb
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı YENİLİK
İsrail səfiri: "Bakı-2015 Avropa Oyunları brendə çevriləcək"
Berti Foqts millimizin heyətini açıqladı
Gəncə idmançısı vətənə medalla döndü
HAVA necə olacaq?-11 İyul
Azərbaycan Ordusunun cəbhənin şimal istiqamətində itki verərək geri çəkilməsi yalandır - RƏSMİ
Damağınız qanayırsa...
"Azərişıq"la bağlı sərəncam verildi
HAVA necə olacaq?
Əzrail bir anda milyonlarla insanın canını necə ala bilər?
Ev şəraitində maska hazırlığı
Günün ulduz falı
Hava şəraiti kəskin dəyişəcək
Günün ulduz falı
Limonlu çay kimə ziyandır?
Korotçenko: “Hadrutda təxribat törədən ermənilərə terrorçular kimi baxılmalıdır”
Azərbaycanda bazar rəhbəri cəzalandırıldı
Günün qoroskopu:Uğurlu gündür!















- ŞƏRHLƏR