Dövlətimizin başçısına burada qolf oyunlarında istifadə olunan avadanlıq və klub-kar barədə məlumat verildi.
“Xəyal Adası”nın layihəsi ilə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, yaşayış sahəsində müasir tələblərə cavab verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur. “Xəyal Adası” layihəsi burada yaşayacaq insanların bütün ehtiyaclarını ödəməyə hesablanıb. Buna görə də layihə çərçivəsində məktəb kompleksi, ticarət mərkəzləri, mehmanxana, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verən Qolf Mərkəzi, göllər və peyzaj sahələri yaradılır.
Dövlətimizin başçısı layihədən bəhs edən videoçarxa baxdı.
Qeyd olundu ki, “Xəyal Adası”nda “ASAN xidmət” mərkəzi də yaradılacaq. Burada fəaliyyət göstərəcək məktəb kompleksində uşaq bağçası, aşağı və yuxarı siniflər üçün təhsil, gimnastika və idman binaları, futbol meydançası istifadəyə veriləcək. Bunun üçün təhsil sahəsində keyfiyyəti ilə fərqlənən “SABİS” sisteminin tətbiq olunduğu məktəblər şəbəkəsi seçilib. Ən yüksək ekoloji standartlara uyğun olaraq inşa edilən “Xəyal Adası”nda gələcəkdə müasir səhiyyə komplekslərinin yaradılması da nəzərdə tutulub. “Xəyal Adası” layihəsinin həyata keçirilməsi ölkəmizdə beynəlxalq turizmin və qeyri-neft sektorunun inkişafına da mühüm töhfə verəcək.
Prezident İlham Əliyev elektromobillə qolf sahəsini gəzdi.Bildirildi ki, beynəlxalq səviyyəli yarışların təşkil edilməsinə imkan verəcək 18 çalalı qolf sahəsində son tamamlama işləri aparılır.
Son illərdə Azərbaycanda idmanın kütləviliyinin artırılması istiqamətində əsaslı islahatlar həyata keçirilir. Bu islahatlar nəticəsində idmanla məşğul olanların sayının sürətlə artması müşahidə edilir. “Xəyal Adası”nda qolf klubunun yaradılması bir daha təsdiqləyir ki, Azərbaycanda idmanın bütün növlərinin inkişafı diqqət mərkəzindədir. Qolf klubundakı şərait dünya standartlarına tam cavab verəcək. Buna görə də gələcəkdə burada müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsi mümkündür. Burada yaradılan Qolf Akademiyası isə gələcəkdə ölkəmizin adını bütün dünyada ləyaqətlə təmsil edəcək idmançıların yetişdirilməsində böyük rol oynayacaq.
Prezident İlham Əliyev Qolf Akademiyasında yaradılan şəraitlə də tanış oldu. Burada idman avadanlığı mağazası və kafe də fəaliyyət göstərəcək. Akademiyada kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək.
Sonra dövlətimizin başçısı ərazini gəzdi, tikintisi davam etdirilən villalarda yaradılacaq şəraitlə tanış oldu. Qeyd edildi ki, layihədəki otel, ticarət mərkəzləri, məktəb kompleksi, villalar, mənzillər, göllər və peyzaj sahələrində tikinti işləri davam edir. İlkin mərhələdə kommunal xidmətlər üçün nəzərdə tutulmuş infrastruktur artıq hazırdır. Villalarda və mənzillərdə isə beton işləri başa çatıb. Fasad və kosmetik işlər isə yekunlaşmaq üzrədir. Layihənin reallaşmasında iki mindən artıq yerli işçi çalışır. “Xəyal Adası” həm də ətraf ərazilərdə yaşayan insanlar üçün böyük məşğulluq mərkəzi olacaq. Belə bir layihənin həyata keçirilməsi həm də turizm sektorunun inkişafına mühüm töhfə verəcək.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Xronologiya
Azərbaycan - Ermənistan sərhədindəki düşmən təxribatı Türkiyə mətbuatında -VİDEO
Sami Yusufdan Laçınla bağlı paylaşım
Hansı suyu, necə içirik? - ARAŞDIRMA
Əhməd Davudoğlu: "Türkiyə ölkə sərhədlərini qorumaq üçün hər şey edəcək"
İtalyan astronavtı kosmosdan konsert verəcək
Ziyafət geyimləri
Azərbaycanda koronavirusa yoluxma ocaqları açıqlandı - RƏSMİ
Bakının 10 minə yaxın sakini evsiz qala bilər
Google Glass yasaqlandı
Zerrin keçmiş sevgilisini təbrik etdi-FOTO
BÜRCLƏR bizə nə vəd edir? - 22 mart
Şirin toxuma corablar
Keramikadan hazırlanmış əl işləri
6 yaşlı azərbaycanlının Rusiya telekanalındakı çıxışı hər kəsi heyrətləndirdi -VİDEO
14 milyondan çox istifadəçinin sirləri YAYILDI
Robot aparıcı efirə çıxdı_FOTO
“Bir sinifdə 30-40 şagird...” -Yeni siniflər formalaşır
Depresiyaya yox deyin!
Əmanətlərimizi necə qoruyaq?
Dünyanın ən sürətli qatarı sınanır-FOTO
Niderland "Eurovison-2020" üçün narahatdır-SƏBƏB
Düşmən taborunun yarısı məhv edildi - RƏSMİ
Eksklüziv Hyundai Veloster
Azərbaycanda sərnişindaşıma tarifləri ucuzlaşıb
Qida sənayesinin reallıqlarını göstərən sənədli filmlər
Kraliça II Elizabet prezident İlham Əliyevi təbrik edib
Boşanmanın səbəbləri
Qarabağın ən son görüntüləri-Video
Dalğalan, ey Bayrağım!
Şeyma Subaşı son FOTOsu ilə diqqət çəkdi
Divardan axan maddənin nə olduğunu öyrənəndə şoka düşdü - VİDEO
DİQQƏT! Ət satışı qadağan edildi
Yeni il tortları
Kraliça moda şousuna qatıldı - FOTO
90 kiloqram arıqlayan aktrisa yenə əməliyyat olundu - FOTO
Çiyələklə dişlərinizi ağardın!
Havada payız qoxusu var
Çində süni intellekt şəhərciyi yaradılıb
Дћina nədir? Niyə haramdır?
Bakıda İNANILMAZ FIRILDAQÇILIQ - Satıcılar, diqqətli olun!
Hava haqqında
Avtomobilləri ilə sərnişin daşımaq istəyən taksi sürücülərinin nəzərinə
Ən qəribə rekordlar
Kabusların öhdəsindən necə gələk?
İlin ən varlı müğənnisi bəlli oldu
Messi keçilərlə şəkil çəkdirdi -FOTO
Rus dili - РЎСЃ
Dağlardakı ayaq izləri naxışlara çevrilir
Əfsanəvi muğam ustadımızın ad günüdür















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]