Azərbaycan prezidenti İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib.
Milli.Az Azər Tac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Hər il böyük sevinclə qeyd etdiyimiz 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Sizi ürəkdən salamlayır, hamınıza xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayıram!Dünyada yaşayan soydaşlarımızın Vətənə və azərbaycançılıq məfkurəsinə sədaqətini, xalqımızın öz keçmişinə və milli mənəvi dəyərlərinə ehtiramını əks etdirən bu bayram tarixi yaddaşımızın mühüm tərkib hissəsinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində milli birlik və həmrəylik ideyaları daha dolğun məzmun kəsb edərək, real fəaliyyət sahəsi kimi dövlət siyasəti səviyyəsinə yüksəlmişdir. “Güclü dövlət – güclü diaspor” prinsipini rəhbər tutan həmin siyasətin əsas qayəsi xarici ölkələrdə yaşayan soydaşlarımızın tarixi Vətənlə bağlılığını möhkəmləndirmək, mütəşəkkilliyini artırmaq, diaspor qurumlarının imkanlarından həmvətənlərimizin hüquqlarının və milli dövlət maraqlarının qorunmasında daha səmərəli istifadə etməkdən ibarətdir.Sevindirici haldır ki, diaspor quruculuğu sahəsində aparılan işlər öz bəhrəsini verir. Xaricdəki həmvətənlərimiz məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirir, Azərbaycanın dünyada tanıdılmasına, zəngin mədəniyyətimizin təbliğinə, bəzi qüvvələrin dövlətimiz və xalqımızın əleyhinə yönəlmiş məkrli planlarına qarşı təsirli tədbirlər görürlər. Diaspor təşkilatlarımız bundan sonra da səylərini artırmalı, Azərbaycanın müvafiq dövlət qurumları və xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə əməkdaşlıq şəraitində daha məqsədyönlü və çevik fəaliyyət göstərməlidirlər.Bu gün hər bir həmvətənimiz Azərbaycan Respublikası ilə fəxr etməkdə haqlıdır. Biz keçən illər ərzində iqtisadiyyatımızı sürətlə inkişaf etdirməyə, əhalinin rifah halını yüksəltməyə, yoxsulluq və işsizlik kimi sosial bəlaların səviyyəsini minimuma endirməyə nail olmuşuq. Enerji resurslarından əldə edilən gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə, insan kapitalının və demokratik institutların inkişafına yönəldilmişdir. Ölkədə nəhəng nəqliyyat və sosial infrastruktur layihələri icra edilmiş, elm, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafı üçün müasir və güclü maddi-texniki baza yaradılmışdır.
Sivilizasiyalararası dialoq və humanitar əməkdaşlıq istiqamətində irəli sürülən təşəbbüslər, yüksək səviyyədə keçirilən beynəlxalq forumlar ölkəmizi multikulturalizm və tolerantlığın mərkəzi kimi tanıtmışdır.
Azərbaycan müstəqil dövlət kimi dünyanın siyasi, iqtisadi və humanitar həyatında fəal rol oynayır. 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə ölkəmiz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.
Cari ildə “XXI əsrin müqaviləsi” adlandırılan layihənin icrası istiqamətində mühüm addım atılmışdır. “Cənub qaz dəhlizi”nin təməlinin qoyulması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyi sistemində öz mövqelərini daha da möhkəmləndirmək və beynəlxalq aləmə inteqrasiyanı dərinləşdirmək üçün yeni imkanlar qazanmışdır.
Gələn ilin yayında paytaxtımız birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. Biz bu böyük idman bayramına ciddi hazırlaşır, ölkəmizə bəslənilən inam və etimadı doğrultmaq üçün əzmlə çalışırıq.
Müstəqillik dövrünün qısa tarixi dövlətimizin strateji xəttinə alternativin olmadığını, azərbaycançılıq ideologiyasına söykənən siyasətin düzgünlüyünü sübut edir. Əminəm ki, dünya azərbaycanlılarının həmrəyliyi bundan sonra da xalqımızın qarşısında dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, torpaqlarımızı tezliklə Ermənistanın işğalından azad etməyə, sürətlə dəyişən, ziddiyyətli dünyanın çağırışlarına adekvat cavab verməyə kömək edəcəkdir. Bunun üçün biz sıralarımızı daha da möhkəmləndirməli, əcdadlarımızdan miras qalmış çoxəsrlik mədəniyyətimizi inkişaf etdirməli və hamımızın pənah yeri olan müstəqil Azərbaycanımızın güclənməsinə birgə əməli fəaliyyətimizlə yeni töhfələr verməliyik.
Bu bayram münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, hər bir soydaşımıza və həmvətənimizə səadət, firavanlıq, işlərində uğurlar diləyirəm!"
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Nəhəng qeyri-adi dəniz canlısı aşkarlandı-FOTO
Attestatla xarici universitetlərə qəbul olanlara BƏD XƏBƏR
Məhsul bol, qiyməti də çox ucuz, lakin alan yoxdur
Azərbaycan gimnastı İtaliya çempionu oldu
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Dünyanın ən yaşlı “Youtuber”i vəfat etdi - 107 yaşında
Zibilyığanın marağı 900 illik mumiyanı üzə çıxardı
İran kişiləri arvadlarının müdafiəsinə qalxır
Ofis işçiləri bunları etsin
Süd sudan ucuzdur
14 il əvvəl və sonra-İnanılmaz Dəyişiklik_FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Mərdəkandakı bağçanın açılışında iştirak edib
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozdu - RƏSMİ
99 yaşlı barmen nənə: "Ölənədək işləyəcəyəm" - FOTO
Aqillərin inamına görə...(3)
Yarmanın faydaları
Nə qadını 3 yaş daha cavan göstərir?
"Qarabağ" mərhələ adlasa, kimlə oynayacaq?
Məşhur müğənnidən gözlənilməz qərar
Alov püskürür, daşlar əriyir
Azərbaycanda rabitə və internet tariflərinin - YENİ QAYDALARI
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
Sabah hava necə olacaq?
Günün qoroskopu: münasibətlərdə ciddi problem yarana bilər
Məşhur müğənninin konsertini 7500 nəfər izlədi - FOTO
Sosyopatdan uzaq durmaq üçün nə etməli?
Bu il 10 min ailə dağılıb
Türkiyə Ermənistana hərbçi göndərir
Yemək, yuxu, idman, intim həyat və s. üçün ən uyğun vaxtlar - HƏKİMLƏRİN TÖVSİYƏLƏRİ
Kənan "Selena"sı haqqında danışdı-FOTO
Hollivur Ulduzu Qəzada öldü -FOTO
Kəsmikli, limonlu peçenye (foto resept)
Daha aktiv Porsche 911 Turbo
Daxili Qoşunlarda aparılan yoxlamaların nəticələri açıqlandı
Bakıda Dua Lipanın başına iş gəlib-FOTO
İnternetin uşaqlara zərəri
2018-də qarşınıza çıxacaq 3 trend
Paşinyan: “Qarabağ müharibəsinin bitməsi ilə bağlı Rusiya və Azərbaycan prezidentləri ilə bəyanat imzaladım”
Cəbhədə minaatan və pulemyotlar işə düşdü
Stomatoloq Bakıda hepatit virusu ittihamına cavab verdi
Qadın.Netlilərin fobiyaları (Son)
Millimiz Türkiyəyə də uduzdu
Rihanna bu dəfə də ənənəsinə sadiq qaldı - FOTO
“Ermənilər saçlarımdan tutub sürüyəcəklərini deyirdilər”
Zakir Həsənovdan erməniləri qorxuya salan bəyanat
Dünya liderliyinə iddialı olan Çin iqtisadiyyatı çökür
Məktəb direktoru vəzifəsinə qəbul başladı
“Coker” filmi daha bir uğura imza atdı
Oturma tərzinizə görə xarakteriniz
Qalıcı makiyaj ilə tətilin dadını çıxardın















- ŞƏRHLƏR