Məlum olub ki, evlərdə istifadə olunan su filtrləri təhlükə mənbəyidir. Bu filtrlər mikroblarla yanaşı suda olan və insan bədəni üçün labüd olan mineraları yox edir. Mütəxəssislər içməli su üçün belə filtrlərdən istifadə etməyi məsləhət görmür. Türkiyə “9 Eylül” universiteti, Tibb fakultəsinin akademiki Əhməd Soysal suda insan vücudu üçün həyati funksiyaya sahib olan kalsium, potasium, maqnezium, fosfor, sodium, dəmir, mis və sink kimi minerallar olduğunu, bir çox su filtrinin bu mineralları da yox etdiyini deyib. “Yəni insanlar qaş düzəltdikləri yerdə göz çıxarırlar. Belə suyun insana heç bir xeyri yoxdur”. Bu filtrlərin müəyyən periodlarla açılıb təmizlənməli və içindəki kimyəvi elementlərin yenilənməli olduğunu deyən Soysal çox vaxt buna diqqət edilmədiyini bildirib: “Bu cihazlar bəzən lazımi qaydada, çox vaxt da heç təmizlənmir. Suyu kimyəvi olaraq təmizlədiyi iddia olunan cihaz bioloji çirklənməyə və mikroorqanizmaların çoxalmasına səbəb olur. Bu vəziyyət xüsusilə infeksion xəstəliklərə səbəb olur. Təbii olaraq su mikrobioloji baxımdan təhlükəli hala düşür”. Sosysal belə su filtrlərinin sadəcə ticarət məhsulu olduğunu, satan şəxsləri varlandırmaqdan başqa bir xeyri olmadığını deyib: “Nizamnaməyə görə, vətəndaşı suyla təmin edən qurumlar suyu “Ümumdünya Səhiyyə Təşkilatı”nın (ÜST) müəyyənləşdirdiyi standartlara görə təmizləyir. Həmin qurum suyu sadəcə bu şərtlər altında abonentlərə çatdırmalıdır. Bu səbəblə də əlavə bir su filtrinə ehtiyac yoxdur. İctimai sağlamlıq mütəxəssisi kimi belə filtrlərin satılmasını məqsədəuyğun görmürük. Nəticədə daha təmiz və ləzzətli su içmək istəyərkən bu cihazlar səbəbilə öz sağlamlığınızı təhlükə qarşısında qoyursunuz”.
ÜST dünyadakı xəstəlik mənbələrinin 80 faizinin məhz sular olduğunu, suda olan bəzi təbii mineralların çıxarılmasının səhhət üzərində mənfi təsirə malik ola biləcəyini bildirir. Bu çərçivədə keçirilən araşdırmaların hesabatında bildirilir: “Minerallardan təmizlənmiş suyun insan və heyvan orqanizminə mənfi təsiri var. Bu, bağırsaq selikli qişa pərdəsi, maddələr mübadiləsi, bədənin mineral tarazlığı və bədənin başqa funksiyalarında meydana gələ biləcək problemlərə birbaşa təsir edir. Həmçinin bədənə sıfır kalsium və maqnezium qəbul edilməsinə, yeni bakteriyaların meydana gəlməsinə səbəb olur. Bədənin mineral və su maddələr mübadiləsini təhlükəyə ataraq daxili tarazlıq mexanizmləri üzərində mənfi təsir yaradır”.
Bu filtrləri satan satıcı müştərilərini çox sadə bir yolla aldada bilər. Elektroliz adlı cihaz suya qoyulur. Cihaz suyun daxilində olan zərrələr və ionların bir-biri ilə toqquşmasına səbəb olur. Bundan sonra suyun içində olan minerallar yanır və ortaya qatı palçıq kimi maddələr çıxır. Yenə də başqa bir cihazla suyun içindəki ümumi parçalamnış zərrələrin nisbətini göstərərək suyun nə qədər zərərli və ya zərərsiz olduğunu göstərirlər. Gördükləri qarşısında heyrətə düşən istehlakçı asanlıqla reklam olunan su filtrindən almağa razı olur. Əslində isə ortaya çıxan palçıqvari maddə suyun daxilində olan maddələrin yanması nəticəsində əmələ gəlir. Burda isə anormal heç bir şey yoxdur.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
26 ölkədə küçə sənəti
1 aya sürətli saç uzadan maska
Tavada kərə yağlı kartof (video-resept)
Milan moda həftəsində diqqət çəkən payız aksesuarları
Axmaqlar bir-birini cəlb edir...
Ayaqlarınız xasiyyətdən danışır
Bakının ilk fontan bağı
Devid Bekhem İlk Dəfə Bunları Açıqladı-FOTO
Bakıda isti olacaq, rayonlara yağacaq
Yata bilməyənlər üçün 15 məsləhət
Uşaq bağçalarının əhəmiyyəti
Azərbaycanda zəlzələ baş verib
"SURVİVOR"da O da iştirak edəcək-FOTO
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu 42 nəfər sağaldı - RƏSMİ
İxtisas seçimi başladı
Azərbaycan incisi payızın rənglərinə büründü
Sabahın HAVAsı
Hava haqqında - 13.03.2014
Saç tökülməsinin 7 səbəbi
Fələstində qanlı Ramazan
Akupunktur müalicə
Zakir Həsənov Qarabağdan danışdı
Maskalarla bağlı gözlənilməz açıqlama: Yeddi gün…
Azərbaycan ailəsi: ata seçimi, yoxsa həyat yoldaşı?
Paltarınıza qara bibər vursanız...
Elm adamları şokda: Koronavirus hüceyrədə gizlənir
Şakira Pikedən ayrıldı
Sürücülərin DİQQƏTİNƏ - 4 GÜNDƏN SONRA BAŞLAYIR
Roma papası Donald Trampı tənqid etdi
Hər mövsümə uyğun yataq dəstləri
Azərbaycanda hansı tələbələr fərqlənmə diplomu ala bilərlər?
Xərçənglə mübarizə aparmağa kömək edən 4 meyvə
Souslu tagliatelle makaronu (foto resept)
Ermənistandan danışıqları pozmaq üçün yeni təxribat
Azərbaycanda kreditlə maşın satışı dayandı?
Uşaq geyimləri
"Rusiya müharibəni qızışdıracaq"
Antonio Banderas qocalıb tanınmaz hala düşdü - FOTO
Nazirdən müəllimlərin sertifikasiyası ilə bağlı AÇIQLAMA
Məşhur aktrisa maska taxmayanları tənqid etdi
Günün ulduz falı
2018-in trendləri
HAVA necə olacaq?-16 Sentyabr
Botoks təsirli təbii maskalar
Çiy bibərin faydaları
Kıvanç Tatlıtuğ xəstəxanalıq oldu-SƏBƏB
Kişilər necədirlər?
Zəmanə neyləsin?
6 yaşlı uşaq Avstraliya üçün 230 min dollar topladı-FOTO
Bu adam 2021-ci ildən gəlib: gələcəkdə bizi nələr gözləyir? - İDDİA















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]