2010-cu ilin yanvarında Azərbaycana bir erməni ailəsi pənah gətirdi.Lent.Az-ın xəbərinə görə, Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləri olublar.
Dünən Azərbaycan o erməni ailəsini beynəlxalq təşkilatların xətti ilə ölkəsinə yola saldı. Amma erməni xisləti və Ermənistan hakimiyyətinin öz vətəndaşları ilə danışdığı qorxu dili bu dəfə də özünü göstərdi. Ölkəsinə qayıdan ailəni medianın qarşısına yığıb şou düzəldən Ermənistan hakimiyyəti burdan geri qayıdanlara “xüsusi mətn” də əzbərlədib. Amma, görünür, mətni yazanlar dedektiv janrında çox oxuyublar. Yox, yox, onlar vaxtilə, hətta indi də azərbaycanlı girovların başlarına açdıqları oyunlardan ibarət bir mətn yazıblar və onu bu ailəyə oxutdurublar. Onlar qeyri-adi heç nə etməyiblər. Sadəcə, öz etdiklərini, öz əməllərini azərbaycanlıların adına yazıblar və bu biçarələrə “tutuquşu kimi” əzbərlədiblər, onları kameralar önündə oynadıblar.
Qayıdaq, bu erməni ailəsinin Azərbaycana sığınma hekayəsinə. Azərbayacana sığınanda Yeğişe Gevorkyan deyirdi ki, onlar Naxçıvanın Sədərək rayonu tərəfindən erməni postunu yarıb Azərbaycan tərəfə keçiblər: “Bizim sərhədçilər maşında körpə uşaqların olduğunu bilsələr də, atəş açdılar. Həmin vaxt qızım Qayane yaralandı. Amma biz Azərbaycan postuna çatanda mən dayandım. Onlar maşında ailəmin olduğunu görəndə bizə atəş açmadılar. Sonra sizin tərəfə keçdik”.
Gevorkyan Yegişe həyat yoldaşı Mardanyan Ruzanna və ailəsilə birlikdə Azərbaycana keçdikləri gün 2010-cu ilin yanvarın 10-da Ermənistana qayıtmaqdan imtina edib, üçüncü ölkəyə göndərilmələri üçün Azərbaycan hökumətinə yazılı müraciət ünvanlayıb.
Bu gün isə geri qayıdan ailənin başçısı deyib ki, onlar burda “qul, kölə vəziyyətində” yaşayıblar. Onları “döyüblər”, “elektrik cərəyanına qoşublar”.
Ruzanna Gevorkyan isə bu “dözülməz şərait”də, “gecələməyə yeri olmadığı” halda hamilə qalmağa da imkan tapıb. Hətta onu “abort etməyə məcbur ediblər”.
Ailə başçısı Gevorkyana isə daha fantaziyalı bir mətn yazılıbmış. O, hətta “Manvel Saribekyanın asıldığını da bilib”.
Ailənin qızı Eqişe isə iddia edib ki, onlara “soyqırım olmadığını deməyə” məcbur ediblər. Axı kimə deyəcəkdilər bunu? Azərbaycanlılar erməni demədən də soyqırım olmadığını, bu ermənilərin uydurması olduğunu bilirlər. İkincisi, bu ailə karantin altında, xüsusi himayə ilə saxlanılıb. Beynəlxalq Qızıl Xaç Komitəsi ailə ilə görüşlərini, onlara baş çəkməsini təsdiq edən onlarla xəbər yayıb. Bunların heç birində bu danışılan “dəhşət hekayələri” əksini tapmayıb. Və bu ailənin Azərbaycana sığınmasından 4 ay deyil, 4 il keçib.
Orta “obıvatel” gözü belə bu ailəyə Ermənistanda, yoxsa Azərbaycanda daha qayğı ilə davranıldılğını görür. Bunun üçün 2010-cu ildə Azərbaycana gələrkən və indiki şəkilləri müqayisə eləmək yetər. Dörd il öncə aclıqdan üzləri saralmış adamların indi bəyanat verəcək qədər çəkiləri artıb. Bu dediklərini yaşayan adamlar necə olur ki, sağ-sağlam, fiziki cəhətdən gumrah, hətta kilo almış vəziyyətdə kamera önünə çıxırlar? Amma Ermənistan hakmiyyətinin şou düzəltmək üçün hər gün televiziyalarında, saytlarında yeni şəkillərini yaydığı kəlbəcərli girovları isə qoluna girən erməni əsgəri bir yerdən başqa yerə gətirir. Bütün video görüntülərdə Dilqəm Əhmədov və Şahbaz Quliyevin cəmi bir neçə ay içində nə qədər çəki itirdikləri, işğəncələrə görə addım ata bilməyəcək halda olması açıq görünür. Bunu görmək və müqayisə eləmək üçün Ermənistanın indiki hakimiyyətindən bir az ağıllı olmaq yetir.
Erməni ailəsinə bu gün oxutdurulan bu mətnlər danılmaz bir həqiqəti ortaya qoyur: Bu ailələrə o bəyanatı verməyə məcbur edən bugünkü Ermənistan rəhbərliyi azərbaycanlı əsir və girovlara o dəhşətli, tükürpədici, insanlıq üçün təhqir olan işğəncələri verən şəxslərdi. Onlar belə hesab edirlər ki, girovla, köməksiz şəxslə belə davranılır. Çünki xislətləri budu, hər kəsi özləri kimi bilirlər və ona görə də “belə dəhşət hekayələri” uydururlar. Onlar başqa cürünü bacarmırlar, görməyiblər.
Və onlar bu gün də belə davam edirlər. Öz doğma torpağını, evini ziyarətə gedən Həsən Həsənovu güllələdilər, Dilqəm Əhmədov və Şahbaz Quliyevə ağır işğəncə verdikləri kadrları çəkib televizya kanllarında şou düzəltdilər. Beynəlxalq hüququ ayaq altına alıb girovlara “məhkəmə” düzələltdilər.
Bu arada Ermənistanın Əsir, girov və itkin düşmüşlər üzrə Komitəsinin nümayəndəsi Andranik Mkrtumyan bildirib ki, ailənin sərhədi keçmə səbəbləri və hadisənin təfərrüatları müəyyənləşdirilir. Yəni ailənin həbs təhlükəsi var. Yeri gəlmişkən, axı Gevorkyan ailəsi Azərbaycana sığınanda Ermənistan ailənin başçısı Yegişenin “cani” olduğunu, barəsində cinayət işi olduğunu da qeyd etmişdi. Yəqin indi o iş də yenilənəcək.
Bu, bir ölkənin rəsmi qurumunun öz vətəndaşına olan təhdididir. Onu şou göstərmək, yalan üfürmək üçün hələ istifadə edəcəyinin mesajıdı. Bu, həm də Ermənistan hakimiyyətinin ermənilərin öz ölkələrindən kütləvi imtina edib Azərbaycana sığınmalarından olan qorxunun etirafıdır. Guya “önləm” alırlar.
Azərbaycanda indi də 30 mindən çox erməni yaşayır. Onlara qarşı heç bir disskriminasiya yoxdu. İndiyə qədər bu ölkədə bir nəfər də erməni olduğu üçün disskriminasiyaya məruz qalmayıb, buna görə məhkəməyə müraciət etməyib. Bu, reallıqdı!
Və bu qədər açıq, informasiyalı dünyada bunu beynəlxalq təşkilatlar da bilir, Ermənistanda yaşayan sadə ermənilər də. Belə oyunlar Ermənistan hakimiyyətinin nə qədər ucuz şouya möhtac olduğunu göstərməkdən başqa bir işə yaramaz…
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR