
Bəs gənclər niyə evdən qaçır? Onları bu addımı atmağa nə vadar edir? Mütəxəssislərin fikrincə, evdən qaçma ailəylə razılaşa bilməmə, evdəki gərginliklər, ailədə psixiatrik problemlər, təzyiqlər, mübahisələr, narahatlıqlar, spirtli içki qəbulu, zorakılıq qaynaqlı səbəblərlə meydana gəlir. Yoldaşlar arasında olan təzyiqlər, məktəbdəki problemlər, maddə istifadəsi, cinsi zorakılığa və istismara məruz qalmaq və bunu ailəylə paylaşa bilməmək də buna səbəb ola bilər.
Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, evdəki təzyiqlər ən çox qızlara təsir edir. Yəni qızlar çox zaman ailə daxilində olan təzyiqlərdən yorularaq evdən qaçırlar. Evdə mübahisələr, təzyiqlər qızlara daha çox tətbiq edilir, oğlanlar isə dostları ilə münasibətlər, evdən çıxma-evə qayıtma, qız dostları barəsində daha sərbəstdirlər.
Müsahibimiz hesab edir ki, bəzən uşaqlar evdən qaçaraq ailələrini cəzalandırdıqlarını düşünürlər: "Evdən qaçan gənc ailəsini cəzalandırmaq istəyi ilə yanaşı, ailəsindən xilas olmaq və öz həyatını istədiyi kimi yaşamaq niyyətində olur. Bu, bəzən yeniyetməyə çox baha başa gəlir".
Gənclər çox zaman tanıdıqları, yaxın bildikləri dostlarının evinə qaçırlar. Bu da uzun sürmür. Ancaq bu qaçışlar zamanı cinsi istismar, cinsi münasibətlərlə bağlı filmlər və ya cinsi münasibətlərlə vaxtından tez tanış olma, maddə istifadəsi baş verərsə, bu, yeniyetmədə fiziki və psixoloji ciddi ziyanlara səbəb olur.
Psixoloqun dediyinə görə, evdən qaçmaq ailə üçün bir siqnal olmalıdır. Evdən qaçma geri dönmə ilə belə nəticələnsə də, bu vəziyyət ailə üçün əhəmiyyətli bir siqnaldır. Yetkinin yenidən evdən qaçmaması üçün nələr edilməsi lazım olduğu, üzərində dayanılması lazım olan ən əhəmiyyətli hissədir.
Yeniyetmədə psixiatrik bir problemin olub-olmadığının araşdırılması, varsa, müalicəsi, bu tip evdən qaçma davranışlarının bitməsi üçün əhəmiyyətlidir. Ailə bu mövzuda bir mütəxəssisdən dəstək almalıdır. Ailədaxili ünsiyyəti gücləndirmək, sevgini hiss etdirmək, yeniyetməni mühakimə etmədən dinləmək, sərhədləri və qaydaları təyin edərkən bunların səbəblərini öyüd-nəsihət vermədən, həqiqi və yetkinin də anlaya biləcəyi dillə izah etmək lazımdır: "Qeyd etdiyim kimi evdən qaçma ancaq yeniyetməlik dövründə baş verir. Gənc zehnində yaratdığı bir macəraya çatmaq üçün evdən qaçmağa can atır. Hər macəra, naməlumluqlarla doludur. Bu səbəbdən evdən qaçan uşaq çöldə başına nə gələcəyini, hansı problemlərdən keçəcəyini hesablaya bilməz. İkincisi, unutmamaq lazımdır ki, evini tərk edən hər uşaq hər zaman gündəlik həyatında xəyal qırıqlığı yaşamış yaralı bir varlıqdır. Anlayışsız, sevgisini göstərməyən, həddindən artıq cəzalar verən ana-atanın əsəridir. Yaşadığı real dünya dözülməz hala gələn uşaq, xəyalını qurduğu aləminə dalaraq təhlükələrə yelkən açır. Beləcə, özünü nəfəs ala biləcəyi mühitə apardığını düşünür. Halbuki yanıldığını tez bir zamanda anlayır. Dönə bilsə evinə qayıdır, bilməsə, küçələrə düşür".
Biz belə xəbərləri eşidən zaman evdən qaçanlara qarşı aqressivlik göstəririk. Qaçmağa səbəb olanları isə heç düşünmürük. Unutmamaq lazımdır ki, evdən qaçan varsa, buna səbəb olan ana və atalar da var.
Yeniyetmələrin bir dövrü olur ki, onlar bu dövrdə həddən artıq azadlıq istəyir, asılılığı rədd edir, özlərinə qapalı yaşayır, özlərinə inanmır, istəklərini təxirə salma xüsusiyyətindən məhrum olurlar, arzuları həyata keçməyəndə üsyana qalxırlar.
Son zamanlar əsasən rayon yerlərində qızların evdən qaçma xəbərlərini eşidirik. Həmsöhbətimiz buna səbəb kimi erkən nikahı və qızların sevmədikləri insanlarla evləndirilməsi hallarını görür. "Valideyin öz övladının "yaxşılığını" düşünərək qızının özündən daha yaşlı, imkanlı birinə və yaxud sevmədiyi biri ilə ailə qurmasına çalışır. Çox zaman gənc qız bundan can qurtarmaq üçün ya sevdiyi ilə, ya da tanımadığı insanlarla qoşulub qaçır. Qaçmağı bacarmayanlar isə intihar etməyə cəhd edir" deyən A.Əlibəyliyə görə, evdən qaçma hallarının qarşısını almaq üçün ailələri maarifləndirmək lazımdır.
"Hər bir övlad valideynin tərbiyəsinin nəticəsidir. Heç bir valideyn deməməlidir ki, "mən belə deyildim, bu, niyə belə çıxdı". Çünki sizin övladlarınız sizin tərbiyənizin məhsuludur. Hörmət görmək istəyirsinizsə, hörmət etməyi, sayılmaq istəyirsinizsə, saymağı bacarmalısınız. Onların sizin övladınız olması sizə onları təhqir etməyə, əl qaldırmağa, məhdudiyyətlər qoymağa haqq vermir" deyən psixolq bildirir ki, normal tərbiyəli vətəndaş yetişdirmk üçün cəmiyyətə açılıb, normal düşüncəli ailə olmağı bacarmaq lazımdır. Onun sözlərinə görə, qızların təhsildən yayındırılması, oğlanların erkən yaşlarda əməyə cəlb olunması valideyinlərin günahıdır ki, bunun nəticəsində psixi zədəli gənclər, insanlar yetişir.
Mənbə: Ekspress.Az
XƏBƏR LENTİ
Yerin əkizi tapıldı
Merve Bolğur bütün dostlarını sildi
Üzüm şərbəti (foto-resept)
Ata oyuncaqdan ölmüş oğlunun ürək döyüntülərini eşitdi – VİDEO
Hülya Avşarın 30 illik sirri
Dağlar qucağındakı yurdum-Zaqatala
Eşqin yaşı yoxdur
Baxışla alış-veriş etmək mümkün olacaq
Pensiya və maaş artırılacaq
Azərbaycanda yalnız qadınlar üçün çimərlik AÇILIR
Saatlar bir saat geri çəkiləcək
MTN-də gözlənilməz təyinat - Prezident sərəncam verdi
Məşhur cütlük BOŞANDI-SƏBƏB
Sufi İdris Şahdan xoşbəxtliyin açarı
Məşhur aktyorun həbs əmri çıxdı-SƏBƏB
Uber maşın yerinə velotaksi göndərəcək-FOTO
Bakı-Məşhəd aviareysinin açılması üçün şərtlər açıqlandı
Şeymadan yeni FOTO
Ələddinin sehrli çırağı
Əmək kitabçaları tarixə qovuşur
Yaşıl sahələr uşaqları daha savadlı edir!
Mehmet Ali Erbilin 61 yaşı qeyd ediləcək
Koronavirus bu tarixdə YOX OLACAQ - Bill Qeyts açıqladı
Tarkan Yeni il konsertindən 2 milyon qazanacaq
48 kiloqram arıqlayan aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Ebola Berlinə çatdı
Putindən nüvə savaşı təlaşı
Düzgün kitab oxuyaq
Məşhur cütlükdən etiraf
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Acun Ilıcalı: “Avropada futbol klubu ala bilərəm”
Ərdoğanın oğlu Mənsimovdan daha bir gəmi aldı
Novruz süfrəsinin bəzəyi plov (foto resept)
Ledi Qaqa bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağ alanda diqqətli olun: Marketdən aldığı yağ köhnə çıxdı
MN: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir
Epilyasiya çıxış yoludur?
Debaltsevedə evakuasiya əməliyyatı aparılır
Tarixin ən qəddar hökmdarları
Hərbçimiz Şuşada “Sarı gəlin”i ifa etdi - VİDEO
Rəngarəng çantalar (5)
Kənd toyuğu bahalaşdı
Günün qoroskopu: romantik hisslərə qapılmayın
Yeni Nissan Murano
Rusiya Azərbaycana “T-90C” tankları satıb qurtardı
Bakı, Sumqayıt və Abşerona giriş dayandırıldı
Bahar allergiyası
Nəfəskəsən istilər gəlir - XƏBƏRDARLIQ
Dəri və saç gözəlliyi üçün avakado
Nikahdan öncə tibbi müayinədən keçməyin hansı üstünlükləri var?















- ŞƏRHLƏR