
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan Prezidentiİlham Əliyevin rəsmi dəvəti ilə İran Prezidenti Həsən Ruhaninin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə imzalanıb. Bu barədə Trend-ə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və İran İslam Respublikasının Prezidenti (bundan sonra Tərəflər); ikitərəfli əlaqələrin vəziyyətini və perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələləri müzakirə edərək, hər iki ölkənin xalqları arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərindən çıxış edərək;
20 may 2002-ci ildə imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında Müqavilə”yə əsaslanaraq;
hərtərəfli əməkdaşlıq və milli maraqlara qarşılıqlı hörmət əsasında ədalətli dünya qaydasının formalaşdırılmasına və dövlətlərarası əlaqələrin inkişafına yardım edilməsinə çalışaraq;
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında etimad və tərəfdaşlığın möhkəmləndirilməsinin regionda sülh və sabitliyə yardım edəcəyinə əminlik ifadə edərək;
BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn digər ümumtanınmış prinsip və normalarına və ilk növbədə beynəlxalq hüquq qaydasının dəstəklənməsinin və möhkəmləndirilməsinin əsası qismində dövlətlərin suveren bərabərliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət, zor işlətməmək və ya zor işlətməklə hədələməmək və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq olduqlarını təsdiq edərək;
Regionda ölkələrin normal inkişafına, onlar arasında hərtərəfli əməkdaşlığa mane olan həll olunmamış münaqişələrin mövcudluğundan xüsusi narahatlıqlarını ifadə edərək;
İki ölkənin üzvü olduqları beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətə yardım etmək niyyətlərini bəyan edərək;
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında siyasi, ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsinin zəruriliyini qeyd edərək;
İran İslam Respublikası Prezidentinin Azərbaycan Respublikasına hazırkı səfərinin dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə edərək;
aşağıdakıları bəyan etdilər: Tərəflər bərabərhüquqlu, qarşılıqlı faydalı və konstruktiv ikitərəfli münasibətlərin hərtərəfli inkişafını təşviq edəcəklər;
Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrində qarşılıqlı maraq doğuran beynəlxalq və regional problemlərə dair müxtəlif səviyyələrdə siyasi dialoqu davam etdirəcəklər;
Parlamentlərarası əlaqələri ikitərəfli əməkdaşlığın mühüm tərkib hissəsi kimi qiymətləndirərək, iki ölkənin parlamentləri arasında əməkdaşlığın fəallaşması və parlament üzvlərinin müntəzəm qarşılıqlı səfərlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğuladılar;
Tərəflər öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiq etdilər;
Tərəflər beynəlxalq və regional məsələlərlə bağlı əməkdaşlığı inkişaf etdirəcək, regionda sülhün və sabitliyin qorunması məqsədilə qarşılıqlı fəaliyyət göstərəcəklər;
Tərəflər BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq, dövlətlərarası münasibətlərdə təcavüz aktlarının, zor işlətmək və ya zor işlədəcəyi ilə hədələməyin yolverilməz olduğunu təsdiq edərək, beynəlxalq tanınmış sərhədlərin zor işlətməklə pozulmasının nəticələrini tanımır və münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsasən həll edilməsinə tərəfdar çıxırlar. Yuxarıda qeyd olunanlara əsaslanaraq, Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinin əhəmiyyətini bir daha təsdiq etdilər;
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Opal haqqında
Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılacaq
Bulud şirniyyatı (foto resept)
Nazirlik yoluxanların evdə müalicə prosesini açıqladı
Öskürəyi kəsən çaylar
Pərəstişkarları Mustafa Cecelilin yananını aşkarladılar -FOTO
Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-2
Süni beyin yaradıldı
BÜRCLƏR bizə nə vəd edir? -26 MAY
Azərbaycan "Vikipedia" ensiklopediyasında iştirakını genişləndirəcək
YARAT! "Love Me, Love Me Not" sərgisini təşkil edir
Günün qoroskopu: maraqlarınızı qurban verməyin
Yay makiyajı necə edilməlidir
Bu gün 36.613 şagird imtahan verəcək
İrem Sak Kvançı təriflədi
Günün qoroskopu: gün gözlədiyinizdən də uğurlu olacaq
Günün ulduz falı
Hava şarında rekord vurdular
Yıldız Tilbenin SİRRİ məlum oldu-FOTO
Google yeni şirkət aldı
Hava haqqında - 18.08.2013
Azərbaycanda 4 universitetin rektoru dəyişəcək
TV-yə baxmaqdan yaranan QORXULU XƏSTƏLİK
Evdə idman etməyin faydaları
Azərbaycan təhsilində YENİLİK olacaq
Azərbaycanın "Eurovision 2016"dakı çıxış sırası bilindi
Avropa Olimpiya Komitəsinin prezidenti Bakıda
Obama bunu edən ilk prezident oldu
Çiyələkli tort(foto resept)
Eyni yaşda fərqli görünən məşhurlar
Koronavirusa görə səhnəyə nəhəng balonda çıxdı - VİDEO
Gözəllik məhsulları dünən və bu gün
Ərdoğan qondarma “soyqırımı” barədə ABŞ-a xəbərdarlıq etdi
Bəzəkli lampalar
Erməni mafiozunu ABŞ-da 100 illik həbs gözləyir
Küsülü prezidentlər barışdı
Hadisə fanatını həbs etdirdi
Şuşanın işğalından bir neçə saat əvvəl...
Messi daha bir rekorda imza atdı
Qışın sərtliyi
Nilufər 63 yaşını qeyd etdi-FOTO
İtaliya çempionatı: "Yuventus" "Napoli" matçının nöqtəsini Poqba qoydu
Acunun Şeymaya ödəyəcəyi alimentin məbləği MƏLUM OLDU
Bakıda ən qorxulu yerlər
Günün ulduz falı
HAVA necə olacaq?
Məktəblərdə VİRUS TƏHLÜKƏSİ - Şagirdlər özlərini necə qorumalıdır?
75 yaşlı məşhur gözəllik sirrini AÇIQLADI
Günün ulduz falı
Dünyanın ən bahalı akvarium balıqları















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]