Azərbaycan və İran hər iki ölkənin gömrük-buraxılış məntəqələrinin işini sutkalıq rejimə keçirmək məsələsini müzakirə edəcəklər. Bunu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib.
Biləsuvar sərhəd-keçid gömrük məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsinə dair razılaşma avqust ayında birgə hökumətlərarası komissiya çərçivəsində əldə olunub.
Səfirin sözlərinə görə, sentyabrın 29-da İranın Gömrük Xidmətinin rəhbəri Məsud Kərbasiyanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək. O, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Azərbaycanın digər rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
M.Pakayin qeyd edib ki, İran nümayəndə heyətinin Azərbaycan səfəri oktyabrın 2-dək davam edəcək: "Səfər çərçivəsində tərəflər arasında gömrük problemlərinin həlli məsələləri, gömrük güzəştlərinin sayının artırılması, kadr və zəruri avadanlıqlarla təmin etmək yolu ilə Ələt və Biləsuvarda gömrük-keçid məntəqələrinin sutkalıq işinin təşkilini müzakirə edəcəklər".
Diplomat əlavə edib ki, İran nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iki ölkənin gömrük xidmətləri rəhbərlərinin Astara və Biləsuvar gömrük-keçid məntəqələrinə baş çəkməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan və İran yaxın vaxtlarda gömrük sahəsində yeni saziş bağlamaq barədə artıq razılığa gəliblər. İki ölkə arasında gömrük sahəsində əməkdaşlıq haqqında sonuncu saziş 2002-ci ildə imzalanıb.
İran-Azərbaycan sərhədində 4 sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Bunlar Biləsuvar, Şahtaxtı-Poldəşt, Astara və Culfa məntəqələridir. Hazırda Azərbaycan və İran arasında Aslandüz-Horadiz beşinci sərhəd-keçid məntəqəsinin açılması üzrə də razılıq əldə olunub.
XƏBƏR LENTİ
Hicablı xanımlar üçün baş örtükləri
Unikal rəssam: göz yaşı ilə şəkil çəkir
Cins donu necə geyinməli?
Təhlükəli oyuncaqlar
Ermənilərin Türkiyədəki dili Rusiyaya eyham vurdu
Bakıda güləş üzrə beynəlxalq turnir keçiriləcək
Gələcəkdə enerji daşdan çıxacaq
Hər evli cütlüyün bilməli olduğu 4 maddə
Əli Əsədovdan iki mühüm QƏRAR
Əl tutma formasına görə münasibətin analizi
Çində rəsmli qəhvələr
Diqqət! Qasırğa var!
Hörük formaları
Kişilər üçün idman tərzi
Kişilər 130 kiloluq modelə güləşmək üçün pul ödəyirlər
Xankəndi tamamilə boşaldılıb – FOTO
Ərdoğan qalmaqallı qanunu təsdiqlədi
Qarağat mussu (foto resept)
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi başa çatır
Yapon uşaqları niyə dahi olur?
55 yaşlı kişi ən yaşlı tələbə oldu - Azərbaycanda -FOTO
ABŞ-da nəşr olunan yəhudi qəzeti bir sayını Azərbaycana həsr edib
Gündə 3 ədəd ərik yesəniz..
Məşhurların 14 fevral paylaşımları
Hava necə olacaq?
Yeni ilə hazırlaşanlar, diqqətli olun!
Nəqliyyat kartı hans avtobuslarda işləyəcək?
Uşaqların sosial-psixoloji inkişafı-25
Adobe Photoshop (Dərs-16)
“Oskar” müsabiqəsində iştirak qaydaları dəyişdi
Manat ajoitajına düşənlər, "qiyamət" hələ qabaqdadır!
Emal edilmiş ətdən uzaq durun - xərçəng riskini xeyli artırır
Hazal Kaya ana oldu-FOTO
"Mənim 100 kiloqram çəkim olmayıb ki, plastik əməliyyat etdirim"
Aslı Özcanla bağlı iddialara cavab verdi
Türkiyədə vahimə yaşandı
Kraliça şahzadənin qərarından narazıdır
Aldadıldım! Nə edəcəm indi?!
Prezidentin sərəncamı KİV-lərin məsuliyyətini artırdı
Gəlinlik saç düzümləri
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
1 dollara nə almaq olar?
Bakı 2015: Hansı ölkə medal sayına görə irəlidədir?
Türkiyə Azərbaycanla hidrometeorologiya sahəsində əməkdaşlıq protokolunu ratifikasiya edib
Günün qoroskopu:Uğurlu gündür!
Bu əlamətlər xərçəngdən xəbər verir
İngilis dili-Nn
Sabahın HAVAsı
Son 25 ilin ən yaxşı rejissorları seçilib
Ruslar Şvartseneggerin paylaşımına reaksiya verdi - FOTO















- ŞƏRHLƏR