
Şimal-qərb bölgəsi Azərbaycanda radon qazının qatılığının yüksək olduğu ərazidir. Radon qazı isə insanların ağciyər xərçənginə yoluxmasına səbəb olur. Bakı Elm Festivalı-2014 çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofiizika İnstitutunun şöbə müdiri Çingiz Əliyevin “Azərbaycanda radon problemi” mövzusunda çıxışı bu məsələni gündəmə gətirdi. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəki Mərkəzi Xəstəxanasının Onkologiya Şöbəsində bu il 16 nəfər qeydiyyatdan keçib. Umumilikdə ağciyar xərçəngi diaqnozu qoyulan 813 nəfərdən 128 nəfəri dünyasını dəyişib. Bu xəstəliyin amillərdən biri də radon qazıdır. Radon qaz olaraq tənəffüs vaxtı insan orqanizminə daxil olur və nəticədə sağlamlıq üçün təhlükəli fəsadlar törədir. Bölgədə ağciyət xərçənginin geniş yayılmasını radon qazı ilə əlaqələndirmək olar. Radon insanlarda siqaretdən sonra ağciyər xərçənginin yaranmasına səbəb olan ikinci əsas risk faktorudur. Radonun əsas mənbəyi geoloji süxurlardan hazırlanan və binaların inşasında istifadə olunan tikinti materiallarındakı radioaktiv elementlərdir. Radon qazının digər başlıca mənbəyi isə tektonik çatlardır. Seysmoaktiv zona olan Azərbaycan ərazisində bu cür çatlar çoxdur. Bir neçə sadə qaydalara əməl etməklə radondan müəyyən qədər mühafizə olunmaq mümkündür. Bunun üçün döşəmənin çatlarını bağlamaq və divar kağızlarını düzgün yapışdırmaq lazımdır. Mətbəxdə isə havatəmizləyici aspirator quraşdırmaq məsləhət görülür. Zirzəmilərin və otaqların havasının tez-tez dəyişdirilməsi də xəstəlik riskini azalda bilər.
Mənbə: Milli.Az

Günün müəllifi

XƏBƏR LENTİ
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək

- ŞƏRHLƏR