Qadin.NET / Bu bölgədə ağciyər xərçənginin geniş yayılmasının səbəbi nədir?

Bu bölgədə ağciyər xərçənginin geniş yayılmasının səbəbi nədir?

 

Şimal-qərb bölgəsi Azərbaycanda radon qazının qatılığının yüksək olduğu ərazidir. Radon qazı isə insanların ağciyər xərçənginə yoluxmasına səbəb olur. Bakı Elm Festivalı-2014 çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofiizika İnstitutunun şöbə müdiri Çingiz Əliyevin “Azərbaycanda radon problemi” mövzusunda çıxışı bu məsələni gündəmə gətirdi. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəki Mərkəzi Xəstəxanasının Onkologiya Şöbəsində bu il 16 nəfər qeydiyyatdan keçib. Umumilikdə ağciyar xərçəngi diaqnozu qoyulan 813 nəfərdən 128 nəfəri dünyasını dəyişib. Bu xəstəliyin amillərdən biri də radon qazıdır. Radon qaz olaraq tənəffüs vaxtı insan orqanizminə daxil olur və nəticədə sağlamlıq üçün təhlükəli fəsadlar törədir. Bölgədə ağciyət xərçənginin geniş yayılmasını radon qazı ilə əlaqələndirmək olar. Radon insanlarda siqaretdən sonra ağciyər xərçənginin yaranmasına səbəb olan ikinci əsas risk faktorudur. Radonun əsas mənbəyi geoloji süxurlardan hazırlanan və binaların inşasında istifadə olunan tikinti materiallarındakı radioaktiv element­lərdir. Radon qazının digər başlıca mənbəyi isə tektonik çatlardır. Seysmoaktiv zona olan Azərbaycan ərazisində bu cür çatlar çoxdur. Bir neçə sadə qaydalara əməl etməklə radondan müəyyən qədər mühafizə olunmaq mümkündür. Bunun üçün döşəmənin çatlarını bağlamaq və divar kağızlarını düzgün yapışdırmaq lazımdır. Mətbəxdə isə havatəmizləyici aspirator quraşdırmaq məsləhət görülür. Zirzəmilərin və otaqların havasının tez-tez dəyişdirilməsi də xəstəlik riskini azalda bilər. 

Mənbə: Milli.Az

 

12 noyabr 2014
GO BACK