İtaliyalı tarixçi və iqtisadçı Karlo Çipolla axmaqlığın təbiəti haqqında olan məsələyə çox dəqiq yanaşma metodunu tapmışdır. Uzun illər apardığı tədqiqarlar alimi belə bir nəticəyə gətirib çıxarmışdır ki, nəticədə o, beş universal qanun tərtib etmişdir, hansı ki, bu qanunlar istənilən cəmiyyətdə yararlı hesab edilir. Məlum olub ki, axmaqlıq sizin düşündüyünüzdən daha təhlükəlidir. Tanınmış iqtisadçının yazdığı məqalədən xırda nüansları məzmun baxımından sizlərlə bölüşürəm:
Axmaqlığın birinci qanunu: İnsan onu əhatə edən axmaqları tam surətdə qiymətləndirə bilmir.
Bu, nə qədər bayağı görsənsə də, həyat bunun əksini göstərir. Siz insanları nə qədər qiymətləndirməyə çalışsanız da həmişə aşağıdakı vəziyyətlərlə qarşı-qaşıya qalacaqsınız:
Bəzən ağıllı və rasional görsənən adam, əslində olduqca axmaq birisi olur;
Axmaq adamlar hər zaman gözlənilməz yerlərdə, özü də lazım olmayan vaxtlarda peyda olurlar, təki sizin planlarınızı darmadağın etmiş olsunlar.
Axmaqlığın ikinci qanunu: İnsanın axmaq olması onun digər xüsusiyyətlərindən asılı deyildir.
İllərin müşahidəsi və təcrübəsi sayəsində məlum olub ki, insanlar bərabər deyil: onların bəzisi əbləh, digərləri isə elə deyillər. Bu insanın təbiətinə uyğun müəyyən edilmişdir, mədəni səbəblərə görə təşəkkül tapmamışdır. İnsan kürən, birinci qrup qana malik olduğu kimi axmaq da olur. Yəni onun xüsusiyyəti bu cürdür.
Cəmiyyətdə yaşayan axmaqların sayının təhsillə bir əlaqəsi yoxdur. Bunu bir çox yoxlama və təcrübələr təsdiq etmişdir. Alim aşağıdərəcəli əməkdaşların dəstəsini analiz edərkən axmaqların sayının nəzərdə tutduğundan daha çox olduğunu (Birinci qanun) aşkar etmişdir. O, belə qənaətə gəlmişdir ki, bunun səbəbi kasıblıq, irqçilik və savad çatışmazlığındandır. Lakin sosial nərdivanla qalxdıqda həmin nisbəti ağ yaxalığı olan kəslər və tələbələr arasında da müşahidə etdi. Daha təsir bağışlayan isə bu vəziyyətin professura arasında görməsi oldu. Alim elə bir heyrət içinə düşür ki, intellektual elita arasında da eksperiment aparmağa başladı ki, onlar arasında Nobel mükafatçıları olur. Nəticə isə belə olur ki, alim təbiətin superqüvvəsini təsdiq etmiş olur: yəni laureatların da müəyyən hissəsi axmaq idi. İkinci qanunun irəli sürdüyü ideyanı qəbul etmək nə qədər çətin də olsa təcrübələr bunun dəmir düzgünlüyünü təsdiq edir.
Axmaqlığın üçüncü qanunu: Axmaq elə bir adamdır ki, onnun davranışları başqa bir adamın və ya dəstənin nələrisə əldən verməsinə səbəb olur. Bununla yanaşı axmağın özünə bir zərər-ziyan dəymir və ya bu ziyan dolayı yolla onun üzünə qayıtmır.
Üçüncü qanun ehtimal verir ki, insanlar dörd yerə bölünür: sadə adamlar, ağıllılar, quldurlar və axmaqlar. Əgər Akif bir hərəkət edirsə və bu hərəkəti itkiyə səbəb olursa, bununla da Mahmud fayda götürürsə, deməli, Akif sadə insanlara aiddir. Əgər Akif həm özünə, həm də Mahmuda fayda gətirəcək bir iş görürsə, deməli, ağıllıdır. Çünki ağılla iş görmüşdür. Əgər Akif bir iş görürsə, nəticədə Mahmud zərər, özü isə fayda əldə edirsə, deməli, Akif soyğunçudur. Nəhayət, axırıncı bölmə axmaqlığa aiddir.
Heç də şübhəli deyil ki, axmaqlar idarəedici orqanlarda çalışsalar, onların vurduğu ziyanın həcmi nə boyda olacaqdır. Lakin əsas bunu bilmək lazımdır ki, axmağı təhlükəli edən nədir?
Axmaq adamlar ona görə təhlükəlidirlər ki, ağıllı adamlar onların məntiqsiz davranışına bir izah tapa bilmir. Ağıllı insan quldurun məntiqini başa düşür. Çünki quldur özünə daha çox mənfəət qazanmaq istəyir. Baxmayaraq ki, bunu özü qazanmaq üçün bir o qədər də ağıllı deyil. Quldurun işini öncədən təxmin vermək və bunun qarşısını almaq mümkündür. Amma axmaq adamın hərəkətini öncədən praqnozlaşdırmaq mümkün deyil. O sizə səbəbsiz, hədəfsiz, plansız, gözlənilməz olaraq zərbə vura bilir. Sizin bunu qabaqcadan təxmin etmə kimi gücünüz yoxdur. Axmaq insan həmişə insanı gözlənilməz yaxalayır.
Hətta hücum aydın olsa da ondan özünü müdafiə etmək qeyri-mümkündür. Çünki o, rasional struktur üzərində qurulmamışdır.
Axmaqlığın dördüncü qanunu: Axmaq olmayan kəslər axmaqların dağıdıcı potensialını kifayət qədər dəyərləndirmirlər.
Adətən axmaq olmayan kəslər unudurlar ki, istənilən vaxtda, istənilən yerdə və istənilən şəraitdə axmaq adamla bir yerdə olmaq səhv buraxmaq deməkdir, hansı ki, yaxın gələcəkdə özünü biruzə verəcəkdir.
Çox vaxt adi insanlar axmaqların nəyə qadir olduqlarının fərqində olmurlar. Bu elə də təəccüblü deyil. Təəccüblü budur ki, axmaqları heç ağıllı və quldur adamlar da ciddiyə almırlar. Axmaq adamın yanında onlar özlərini buraxır, öz intellektual bacarıqları ilə qürur duyurlar. Halbuki onlar bunun əksinə olaraq səfərbər olmalı, axmaq insandan sadir olacaq davranışın zərərlərini minimuma endirməyə özlərini hazır etməli idilər.
Cəmiyyət içərisində belə bir stereotip vardır ki, guya səfeh adam ancaq özünə zərər yetirə bilər. Xeyr, axmaq adamla köməksiz sadə adamı səhv salmaq lazım deyil. Heç vaxt axmaq adamdan şəxsi çıxarışlarınıza görə istifadə edəcəyinizi güman edərək axmaqlarla ittifaqa girməyin. Əgər siz belə edirsinizsə, deməli, siz çox güman ki, axmaqlığın təbiətinin nə olduğunu anlamırsınız. Belə etməklə siz özünüz axmaq adama meydan yaradırsınız ki, o, rahat şəkildə gəzib-dolaşsın və böyük zərbə endirsin.
Axmaqlığın beşinci qanunu: Axmaq - ən təhlükəli şəxsiyət növüdür.
Axmaq adam quldurdan da təhlükəlidir. Quldur adamın hərəkətinin nəticəsi bir faydanın bir adamın əlindən başqa birisinin əlinə keçməsidir. Ümumən cəmiyyət üçün bunun bir istiliyi və soyuqluğu yoxdur. Əgər cəmiyyətin hamısı quldur və soyğunçu olsaydı, bu sakit şəkildə çürüyəcəkdi, ancaq fəlakət baş verməyəcəkdi. Sistemin hamısı elə bir şəkilə düşəcəkdi ki, var-dövlət - bunun uğrunda səy göstərəcək adamların əlinə keçəcəkdi. Belə ki, hər kəs ideal quldura çevriləcəkdi. Bu cür halı istənilən dövlətdə görmək olar, hansı ki, hakim dairələr pul və ya başqa şeylərlə aldanılır, vətəndaşlar isə qanunlardan boyun qaçırır.
Ancaq səhnəyə axmaq adamlar çıxdıqda təsvir tamamilə dəyişir. Onlar mənfəət əldə etmədən zərər verirlər. Səadət məhv olur, cəmiyyət kasıblaşır. Tarix göstərir ki, ölkə yalnız o vaxt tərəqqiyə çatır ki, hakim dairələrdə kifayət qədər ağıllı insanlar oturubdur və onlar aktiv fəaliyyət göstərən axmaq adamları nəzarət altında saxlayır və onlara ağıllıların yaratdıqlarına zərbə endirmək imkanı vermirlər. Tənəzzül edən dövlətlərdə isə axmaqlar kifayət qədərdir. Yuxarıya qədər getdikcə axmaq soyğunçulara daha çox rast gəlinir. Yerdə qalanlar isə sadəlövh camaatdır. Bu cür bölgü dəyişməz olaraq axmaq adamların destruktiv nəticələrini gücləndirir. Beləcə, ölkə xarabalığa çevrilir.
Farid Abdullah
XƏBƏR LENTİ
Yarpaqları yandırmayın!
"Zodiak" salatı (foto resept)
Bredli Kuper yeni sevgili tapdı-FOTO
Tarkan və xanımı 10 il əvvəl-FOTO
Dünyanın ən bahalı almaz ayaqqabısı
“Ağdamı sən azad edəcəksən”: Yaralı hərbçini xilas edərkən şəhid olan əsgərimiz - VİDEO
Toshiba 4K formatlı noutbuk buraxacaq
Zakir Həsənov Ermənistana onqat cavab verilməsinə dair tapşırıq verdi
"Qarabağ qara ləkədir"
Krım erməniləri milli-mədəni muxtariyyət aldılar
Siqaret yenidən ucuzlaşdı
Soçi 2014: dünənin çempionları
Sabahın HAVAsı
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Uşağınızla evdə vaxt keçirmək üçün...
Məşhurlara bənzəmək üçün sərvət xərcləyənlər
Azərbaycan tarixindən yüz şəxsiyyət-39
Düşmənin bir neçə hərbi obyekti, texnikası, 20 nəfərdən çox şəxsi heyəti məhv edilib - VİDEO
Döş xərçənginin dərmanı tapıldı
Hava necə olacaq?
Zeze__cards - 4
Rusiyalı ekspert: “Ermənistan Azərbaycan Ordusunun uğurlu əməliyyatını etiraf edir” - VİDEO
Rənglər haqqımızda nələr deyir?
Bakıda doğru Şaxta babanı necə tapmaq olar?
Uşaq ensiklopediyası(12)
Milyarder insanları Aya aparacaq
Azərbaycanın tanınmış şairinin vəziyyəti pisləşib
Adriana Limadan türk sevgilisinə romantik mesaj
Prezident: "Gürcüstan Rusiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
Şimali Koreyada daha bir qadağa
Öd kisəsində daş yaranmasına səbəb olan hallar
Hamilə olduğunu doğuşdan 1 gün əvvəl öyrəndi-AZƏRBAYCANDA
Azərbaycana yeni vəzifə həvalə edildi
Eminem sosial şəbəkədə telefon nömrəsini paylaşdı
Şeytanla odunçunun döyüşü
Tolqa Karel yeni ev aldı
Sizcə göz dəymə varmı?
Fatma M - "Ürəyim çox cavandı, lap körpə uşaq ürəyi kimi"
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Keti Perridən qəribə açıqlama
Qeyri-adi üzüklər
Hilal Altınbilek AÇIQLAMA verdi
Ən çox koronaviruslu xəstənin hansı ərazilərdə olduğu açıqlandı - RƏSMİ
Ayrılıq səbəbi bəlli oldu-XƏYANƏT
Bu gündən hava soyuyur
"Çukur" cəzalandırıldı-SƏBƏB
Düşmən mövqelərimizi minalarla vurur
Beren Saat onunla görüntüləndi-FOTO
Almalı piroq (foto resept)
Barbi tortu (foto resept)