"Prezidentin sərəncamına əsasən, bu ilin əvvəlinədək növbədə olan əlil və şəhid ailələri 2014-2018-cü illərdə mənzillə tam təmin ediləcəklər. Yaxın vaxtlarda isə bir sıra rayonlarda, həmçinin Şamaxı rayonunda yeni çoxmənzilli yaşayış binası bu təbəqələrdən olan insanlara təqdim olunacaq".
ANS PRESS-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov oktyabrın 31-də İsmayıllı rayonunda vətəndaşları qəbul edərkən bildirib.
Qəbul zamanı İsmayıllı, Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarından olan ümumilikdə 50-yə yaxın vətəndaşın müraciəti dinlənilib. Müraciətlərdə əlil və şəhid ailələrinin mənzillə təminatı, habelə minik avtomobili ilə təmin olunmaq üçün növbəyə yazılma, əlilliyi olan şəxslərin məşğulluğunun təminatı, eləcə də onların peşə reabilitasiyası, sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi, əlilliyin müəyyən olunması və digər məsələlər əksini tapıb.
S.Müslümov vətəndaşların toxunduqları məsələlərin nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq aidiyyatı üzrə tədbirlər görülməsi, həmçinin müraciətlərinə əsasən bir qisim vətəndaşların əlillik müayinəsinə cəlb edilməsi barədə tapşırıq verib: “2014-cü ilin ötən dövründə cənab Prezidentin əlilliyi olan şəxslərin sosial müdafiəsində xüsusi önəm kəsb edən iki mühüm Sərəncamının uğurlu icrası olaraq, cari ilin əvvəlinədək növbədə olan bütün əlilliyi olan şəxslər, yəni 1453 nəfər avtomobillə tam təmin ediliblər. Hazırda da əlilliyi olan şəxslər onlara müvafiq Tibbi-Sosial Ekspert Komissiyasından xüsusi nəqliyyat vasitəsinə tibbi göstəriş verildiyi təqdirdə avtomobillə təmin olunmaq üçün heç bir problem olmadan növbəyə yazıla bilərlər”.
Qəbul zamanı müxtəlif reabilitasiya avadanlıqları ilə təminat, eləcə də sosial müdafiəyə xüsusi ehtiyac duyan kateqoriyalara aid ayrı-ayrı şəxslərin müraciətləri əsasında onların məşğulluqlarının təminatı məsələləri elə yerindəcə həll olunub. Sosial cəhətdən həssas vətəndaşların, o cümlədən əlilliyi olan şəxslərin məşğulluğunun təminatına daha diqqətlə və məsuliyyətlə yanaşılması barədə göstəriş verən nazir həmçinin bir sıra əlilliyi olan şəxslərin sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi ilə bağlı müraciətlərinə baxılmasını tapşırıb:
“Təkcə bu ilin 9 ayı ərzində Nazirliyin müvafiq Komissiyasının qərarları əsasında sosial müdafiəyə daha çox ehtiyacı olan 337 nəfər əlilliyi olan şəxsin sosial-məişət problemlərinin həllinə köməklik üçün onlara birdəfəlik maddi yardımlar verilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 176 nəfər, birdəfəlik maddi yardımlar üzrə ödənilən vəsaitin məbləği isə 4,87 dəfə çoxdur”. Qəbul zamanı ayrı-ayrı vətəndaşların qaldırdıqları məsələlərlə bağlı müvafiq qanunvericilik barədə məlumatsız olmaları səbəbindən onlara hüquqi izahatlar verilib. Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyatı qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla İsmayıllı rayonuna aparılıb gətirilmələri təmin edilib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR