
Payızın ölkəmizə gəlişi dəyişən hava şəraiti ilə hiss olunmağa başlayıb. "Küləklər şəhəri" oktyabrın 19-dan etibarən güclü küləklərə ev sahibliyi edir. Dəyişən hava şəraiti problemləri də özü ilə birgə gətirib. Belə ki, son iki gün ərzində paytaxtda binalar, fərdi evlər, məktəblər güclü küləkdən ziyan görüb. Evlərin və obyektlərin damları, şüşələri sınıb, üzərlərinə ağaclar aşıb. Paytaxtın elektrik enerjisinin verilişində də problemlər yaranıb. Bəzi ərazilərdə işıqlar sönüb.
Küləyin fəsadları...
Küləyin fəsadlarından biri Xırdalan şəhərində baş verib. Güclü külək şəhərin Qalubiyyə küçəsində inşa edilən hündür mərtəbəli binanın fasadını uçurub, tikinti materiallarını yerə atıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Ancaq binanın yaxınlığında park edilən VAZ 21-07 markalı avtomobil əzilib.
Oktyabrın 19-u axşam saatlarında Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb. Bakı şəhəri Təhsil İdarəsindən verilən xəbərə görə, məktəbdə tədris müvəqqəti dayandırılıb.
Salatın Əsgərova küçəsində baş vermiş hadisə də küləyin fəsadlarındandır. 4-mərtəbəli binanın damı yerə düşüb, nəticədə sürücülərə çətinliklər yaranıb.
Külək nə qədər davam edəcək?
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umara Tağıyeva "Bizim Yol" qəzetinə bildirdi ki, güclü külək oktyabrın 20-dən səngiməyə başlayıb. Onun sözlərinə görə, 21 oktyabrda şimal küləyi cənub küləyi ilə əvəz olunacaq: "Gün ərzində külək əsasən mülayim olacaq. Günorta saatlarında küləyin sürəti bir qədər artacaq. Ancaq təhlükəli, çox güclü külək yaxın 2-3 gün ərzində gözlənilmir. Demək olar ki, oktyabrın 24-nə qədər əsasən cənub istiqamətli mülayim küləyin üstünlüyü gözlənilir. Günorta saatlarında küləyin sürəti arabir 15-18 metrə çata bilər. Bu isə təhlükə törədən külək deyil".
"Quruma heç bir müraciət daxil olmayıb"
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, qurumun "qaynar xətti"nə heç bir şikayət daxil olmayıb. Meriyanın Mənzil-Kommunal Təsərrüfatı Departamentinin direktor köməkçisi Sabit Hüseynovun verdiyi məlumata görə, hələlik onlara müraciət daxil olmayıb. (ansspress)
Sakinlər küləkli hava haqqında nə düşünür?
Bakı sakini Kəmalə Əliyeva deyir ki, küləkli hava istənilən halda onun əhvalına təsir edir. Havanın birdən-birə dəyişməsi çaşqınlıq yaradıb: "Günəşli havadan sonra birdən temperaturun aşağı düşməsi məni çaş-baş saldı. Səhər uşaqları dərsə aparanda da çətinlik çəkdim. Ağaclardan, ya da binalardan uşaqların üstünə nəyinsə düşəcəyindən qorxurdum. Bakı küləklər şəhəridir, düzdür. Amma külək hər dəfə yeni-yeni problemlər gətirir".
Tələbə Leyla İsgəndərova küləkli havanın onun səhhətində problem yaratdığını, buna görə də küləyi sevmədiyini deyir: "Toza qarşı allergiyam olduğundan hər dəfə külək əsəndə çətinlik çəkirəm. Dayanmadan asqırmalı oluram. Onda da nə dərsdə, nə mühazirədə rahat otura bilmirəm. Külək başlayanda beynimə ilk gələn bu havanın nə zaman düzələcəyi olur".
Bakı sakini Tərlan Məmmədova külək olan kimi işıqlarının söndüyünü deyir. Bu isə ev işlərində ona çətinlik yaradıb: "Dünən axşam külək güclənən kimi işıqlarımız söndü. Uşaqlar dərslərini hazırlayırdılar. Elə əllərində yarımçıq qaldı. Yaxşı ki, uzun müddət işıqsız qalmadıq. Tez bir zamanda enerji verilişi bərpa olundu".
Boran, fırtına, tufan nədir?
"Bizim Yol" qəzeti Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, əgər külək çox güclüdürsə, onda onu qasırğa, boran, fırtına, tufan və ya burulğan adlandırırlar. Bu atmosfer hadisələri bir-birindən nə ilə fərqlənir? Tufan - saniyədə 20 metr sürətlə əsən güclü və uzun müddət davam edən küləkdir. Boran - küləyin 20-30 metr və daha çox sürətlə qəfil güclənməsi və istiqamətinin dəyişməsidir. Boranlar alçaq atmosfer təzyiqi (siklon) zamanı meydana gəlir və ağacların sınması və darvazaların dağılması ilə müşayiət olunur. Boranlar qarlı, tozlu, qumlu olur. Qasırğa - saatda 200 kilometr yarış maşınının sürətinə bərabər olan yer qatına yaxın qatda meydana gələn, iri həcmli atmosfer axınıdır. Burulğan - ildırımlı buludlarda yaranan və yer səthinə qədər yayılan atmosfer axınıdır. O, diametri onlarla və yüzlərlə metr olan spiralvari şəkildə burulmuş fantastik əjdahanı xatırladan dirəyə bənzəyir.
Çox güclü külək zamanı nə etməli?
Fövqəladə Hallar Nazirliyinin saytında yerləşdirilən məlumata görə, qasırğa və ya boran sizi küçədə yaxaladığı zaman dağıla bilən yüngül tikililərdən, körpülərdən, elektrik ötürücü xətlərdən və digər obyektlərdən uzaq durmağa çalışmalısınız: "Uçan əşyalardan qorunmaq üçün təbii sipərlərdən, eləcə də əlaltı vasitələrdən, faner lövhələrdən, qutulardan və s. istifadə etmək olar. Bundan başqa zirzəmilərdə, anbarlarda və ya xüsusi sığınacaqlarda da qorunmaq olar. Sizi çöldə yaxalayan qar-boran zamanı böyük magistrallara çıxmağa çalışın, əvvəl - axır yollar qardan təmizlənəcək və sizə yardım olunacaq. Qasırğanın yaxınlaşdığı xəbəri verildikdə dərhal sığınacağa, zirzəmiyə və ya anbara düşün, evdə olduqda isə çarpayının və ya başqa davamlı mebelin altında gizlənin. Çöldə olan zaman isə çalada və ya yarğanda gizlənmək olar".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sabahın HAVAsı
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən hərbi təlimlərdən görüntülər paylaşdı - VİDEO
Albalı tortu "Qara meşə" (foto resept)
Dünyada koronavirusa yoluxanların sayı 1,3 milyonu ötdü
Castin Biber ağır xəstəliyə yoluxdu
Ali məktəblərin tələbələrə verdiyi biliyin səviyyəsi artırılacaq
Müğənni Hadisenin yeni klipi trend oldu-VİDEO
Azərbaycan hərbçisi: “Biz bu yoldan dönməyəcəyik” - VİDEO
Avropanın ən təcrübəli futbolçuları
Bu ərzaqları gecə yemək sizi kökəltməyəcək
XXI əsrin müqaviləsi
Fahriye Evcenin gəlinliyini tikən məşhur modelyer aktrisanın YALANININ üstünü açdı - FOTO
Makaronlu şorba (foto resept)
Əriştə şorbası (foto-resept)
Azərbaycanda tək böyrəkli uşaq doğuldu - Sağ böyrəyi də kiçikdir
Beynində 25 şiş var idi-Özü özünü sağaltdı-FOTO
Tilsimləyən tortlar
"Yuventus" Ronaldodan İtaliyaya qayıtmağı tələb etdi
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Adamlar adlarına bənzəyirlərmi?
Baş nazirdən icbari tibbi sığorta ilə bağlı MÜHÜM QƏRAR
Koronavirusa yoluxan aktrisa: “Sağalmaq üçün əlimdən gələni edirəm”
Günün ulduz falı
Azərbaycanın bir kəndi qorxu içindədir
Jacek Yerkanın sürrealist əsərləri
Günün qoroskopu: kim olduğunu bilmək istəyirsənsə kimi sevdiyinə bax
Dünya mətbəxi - Türkmənistan
Dərmansız ağıl dəvası?
Saç uzadan zeytun yağı
Şirinbiyan haqqında bilmədiklərimiz (1)
"Qarabağ" uduzdu
HAVA necə olacaq?- 11 MAY
Muzdla işləyənlərin əmək haqqı açıqlandı
Erməniləri çox qorxudan səfər
Uçur və düşüncə ilə idarə olunur
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı
Tramp ABŞ-ın kibertəhlükəsizlik agentliyinin rəhbərini vəzifəsindən uzaqlaşdırdı
Kemal Doğulu onu təhqir edənləri HƏDƏLƏDİ
Puluna qənaət etmək istəyənlərin nəzərinə
Döymələrinə görə işdən çıxdı
6 ayda 212 kq arıqladı
Telefonunuzun dinlənildiyini necə müəyyən edə bilərsiniz?
Dəbdəbəli platformlar
Körpü canlı yayım zamanı dağılmağa başladı - VİDEO
Bu vərdiş psixoloji mənşəlidir
Trampın son rəqibi prezident postu uğrunda mübarizəni dayandırıb
Gənc qız psixologiyasına ailə dəstəyi
Məşhur cütlüyün toyu haqqında detallar məlum oldu-FOTO
Sabahın HAVAsı
Makaron salatı (foto resept)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]