
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın təhsil qanunvericiliyində distant təhsil forması təhsil formalarından biri kimi göstərilsə də, bu gün yalnız ixtisasartırma və ixtisasın dəyişməsi təhsili üzrə distant təhsil sistemi tətbiq edilir. Amma hələ indiyədək bakalavr səviyyəsində distant təhsil tətbiq olunmayıb. Bunun səbəbi isə bakalavr səviyyəsi üzrə distant təhsilin təşkili üçün heç bir hüquqi-normativ sənədin olmamasıdır: “Yalnız “Təhsil haqqında” qanunda təhsil alma forması kimi distant təhsil qeyd edilib. Ancaq distant təhsilin hansı mexanizmlə, necə təşkil edilməsi müəyyənləşdirilməyib, bunun əsasnaməsi yoxdur. Bu əsasnamə hazırlanmalıdır. Əgər biz qiyabi təhsili ləğv edib distant təhsilə keçmək istəyiriksə, onda bunun qanunvericilik bazası yaradılmalıdır. Bu isə o qədər də çətin məsələ deyil”.
O əlavə edib ki, yalnız MDB ölkələri istisna olmaqla dünyanın heç bir ölkəsində qiyabi təhsil forması yoxdur, distant təhsil sistemi var.
Azərbaycanda da qiyabi təhsil formasının distant təhsillə əvəz olunmasını vacib sayan komitə sədri deyib ki, bunun üçün çox ciddi texnoloji baza yaratmaq lazımdır.
Ş.Hacıyevin sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universitetində artıq 10 ilə yaxındır ki, ABŞ-ın İndiana Universiteti ilə birgə layihə çərçivəsində distant təhsil sistemi forması çox uğurla tətbiq olunur. Bu təcrübəni Azərbaycanın digər universitetləri arasında yaymaq olar: “Elə universitetlər var ki, onlarda əyani təhsil alan tələbələrin sayı 20 min, distant təhsil alan tələbələrin sayı isə 100 mindir. Bu, indiki bazar iqtisadiyyatı şəraitində çox böyük vəsait gətirər. Həmin əldə olunan vəsait həm müəllimlərin əməkhaqlarının yüksəldilməsinə, həm də maddi-texniki bazanın yaxşılaşmasına, infrastrukturun yaradılmasına sərf oluna bilər”.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Son dəqiqə: Rusiya ikinci peyvənd üçün tarixi açıqladı
Kimlər üçün maskadan istifadə etmək təhlükəlidir?
Lətifələr kitabımdan
Aralarında 33 yaş fərqi olsa da...-FOTO
"Chek-up"dan keçmisinizmi?
Facebookdan yenilik
Azərbaycana qarşı terroru kim və niyə dəstəkləyir?
Azərbaycan XİN-də Seyşel Respublikasının sabiq Prezidenti ilə görüş keçirilib
Günün qoroskopu: düzgün olmayan qərarlar verə bilərsiniz
8 Mart hansı ölkədə necə qeyd edilir?
Bədən üçün kalsium və fosfor
Təzə balığın seçilməsi və saxlanması
Rihanna ana olacaq?
Rayon avtomobillərinə aid qadağa qüvvəyə mindi
Dünyada bu qidaların yeyilməsi qadağan edilib
Sərt karantin günlərində növbətçi apteklər işləyəcək? - RƏSMİ
Hamilələr üçün bandajı necə geyməli?
Uşaq otağı mebelləri
Cins donu necə geyinməli?
Bu şəxslərə müavinət veriləcək - ÖZƏL
İki həftəlik sərt karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA
Dibçək bitkiləri haqqında (2)
2013-də Azərbaycanda neçə film çəkilib?
Burak Özçivit əməliyyat olunacaq
Qarpızın fərqli təqdimatı
Tülkü və Aslan
700 bal toplayan abituriyentlərin SAYI AÇIQLANDI - RƏSMİ
Google Glass artıq açıq satılır
Amine 500 minlik gəlinlikdən danışdı-FOTO
Ronaldinyonun super qolu komandanı finala aparmadı
Çiyələkli mürəbbə (foto-resept)
Xəyanət haradan başlayır
Asan salat (foto resept)
Feyxoanın möcüzələri
Ekzoplanet aşkarlandı-FOTO
Nyu-York rəngləndi
Qeyri adi qaşları olan it – VİDEO
Dünyanın ən varlı adamları Londonda yaşamağa üstünlük verirlər
Kartoflu zapekanka (foto resept)
"Yaprak dökümünün "Şevket"ini bir də indi görün - FOTO
Buz qayalarına belə dırmandılar
2018-2019 Payız/Qış saç trendləri
Hava haqqında
2018/2019 Qış gözəllik trendləri
Bürclər Emelenin qələmindən
"Feysbuk" statusları redaktə etmək funksiyasını ləğv etdi?
Az kalorili məhsullar
Hindistanda üçüncü cinsin nümayəndələri - FOTOSESSİYA
Osmanlı imperiyasının qəribə adətləri
Bölgə müəllimlərinin imtahan verəcəyi vaxt məlum oldu















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]