
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bu, ümumtəhsil müəssisələrinin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir.
Komissiyadan bildirilib ki, buna görə də bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır: “Təəssüflə qeyd etmək lazımdır ki, son illər Azərbaycan bölməsinin abituriyentlərinin riyaziyyat və fizika fənləri üzrə imtahan nəticələrində irəliləyiş, müsbət tendensiya nəzərə çarpmır. Bu fənlər üzrə müxtəlif ixtisas qruplarını təmsil edən orta statistik abituriyentlər, əsasən, test tapşırıqlarının 23-28 faizinə düzgün cavab verir, 30-50 faizinə isə cavab verməkdən imtina edirlər. Ötən illə müqayisədə ən böyük fərq Azərbaycan tarixi fənni üzrə olub. Belə ki, bu il Azərbaycan tarixi fənni üzrə Azərbaycan bölməsi abituriyentlərinin nəticələri 39,19%-dən 32,92%-ə qədər aşağı düşüb”.
Komissiyadan qeyd edilib ki, imtahan fənlərindən sıfır bal toplayan abituriyentlər Azərbaycan bölməsində çoxluq təşkil edir. Bu bölmə üzrə I qrupda xarici dil, kimya və riyaziyyat, II və III qruplarda xarici dil və riyaziyyat, IV qrupda riyaziyyat, fizika, kimya və biologiya fənlərindən sıfır bal toplayanlara nisbətən daha çox təsadüf olunur. Rus bölməsində daha çox sıfır bal I qrupda riyaziyyat və kimya, II qrupda riyaziyyat və Azərbaycan tarixi, III qrupda riyaziyyat, IV qrupda riyaziyyat, fizika və kimya fənlərindəndir. Azərbaycan bölməsi üzrə IV qrupda ana dili, riyaziyyat, kimya və biologiya, III qrupda riyaziyyat və xarici dil, II qrupda ana dili, riyaziyyat, Azərbaycan tarixi və xarici dil, I qrupda bütün fənlər üzrə sıfır bal toplayanların sayı ötən ildəkindən çoxdur.
Rus bölməsində isə IV qrupda ana dili, riyaziyyat və biologiya, III qrupda ana dili, riyaziyyat və xarici dil, II qrupda ana dili, riyaziyyat, Azərbaycan tarixi və xarici dil, I qrupda bütün fənlər üzrə sıfır bal toplayanların sayı ötən ildəkindən çoxdur.
Bu il ən yüksək nəticəni Azərbaycan bölməsində Salyan rayonu, rus bölməsində isə Mingəçevir şəhərinin abituriyentləri əldə ediblər.
XƏBƏR LENTİ
Azərbaycanda daha 20 nəfər koronavirusdan öldü: 2075 yeni yoluxma
Uşaqlarda otit xəstəliyi
BÜRCLƏR bizə nə vəd edir?-20 İyul
Azərbaycanda iki telekanal birləşib
Yaddaşınızı zəiflədən səbəblər
Diordan çanta kolleksiyası
Fevral ayının qalibləri!
Sabahın HAVAsı
Bu faciə dünyanı şoka saldı
Dünyanın Putin qorxusu
Atalara 7 aylıq ödənişli "DEKRET" veriləcək
Gilaslı, limon souslu keks (foto-resept)
Bred Pitt uşaqlarını görmək üçün buna əl atdı-FOTO
Bürcünüzə görə hansı işdə işləməlisiniz? (2)
Şokoladlı pryanik (foto-resept)
Vaşinqton Xankəndidəki girovlarımızdan danışmaq istəmir
Çağatay və Gizem haqqında məhkəmə qərarı
Neslihan və Kadirdən yeni FOTO
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - VİDEO
Mən də gözəl olmaq istəyirəm!
Özbək plovu (foto resept)
Erməni müğənninin Türkiyədəki konsertinə icazə vermədilər
Məşhur tarixçidən Meqan Markl barədə - İlginc sözlər
Məşhur aktyor koronavirusdan öldü
Sürücüsüz avtobuslar gəlir - İLK SINAQ keçirildi - FOTO
"Sürpriz" çörək (foto-resept)
Çinin ağılagəlməz kosmik planı
Aspirin maskası və dəriyə faydası
Hər gün 10 min addım atın!
Xüsusi icazəsi olmayan nəqliyyat vasitələri necə aşkar ediləcək? - RƏSMİ
Bu gün Milli Teatr Günüdür
Palazzo şalvar modelləri
Dünyanın ən gözəl yerləri
""McDonalds" Azərbaycan gənclərini məhv edir"
Özümü sevəndən sonra anladım
Ay tutulması belə görüntüləndi - Dünyadan fotolar
Facebook-da daha bir yenilik
Bürcünüzə görə hansı işdə işləməlisiniz?
7 addımda daha uzun ayağa sahib ol
İrem Derici hər kəsi təəccübləndirdi
Zəvvarlarımız həcc ziyarətinə xüsusi təyyarələrlə gedəcəklər
Ölkələrə görə ən yaraşıqlı kişi
Günün ulduz falı
Bakıda yeni metro stansiyası
Belə heyvanlar görmüsünüz?
Yay üçün hündür daban ayaqqabılar
Anne Laure Maisin ilham verən toyu
20 dəqiqəyə arıqla
Ulduzları utandıran anlar
Məşhur aktrisadan gözlənilməz etiraf















- ŞƏRHLƏR