Hazırda xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar bır sıra tədbirlər həyata keçirilir. Bu, təbii ki, əhali arasında müsbət əhval-ruhiyyə yaradır. Lakin unutmaq olmaz ki, hələ COVİD-19 təhlükəsi tamamilə aradan qalxmayıb.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, karantin rejiminin yumşaldılması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun şəkildə bəzi ayaqqabı mağazaları, geyim satışı ilə məşğul olan bəzi butiklər, telefon təmiri mağazaları fəaliyyətini bərpa edib.
Bu halda insanlar müəyyən qədər karantin qaydalarını unudaraq gigiyenik normalara, sosial məsafəyə laqeyd yanaşmağa başlayır. Təəssüf ki, bu, yoluxma hallarının artmasına gətirib çıxara bilər və heç də arzu olunan hal deyil.
Bəs karantin qaydalarının yumşaldılmasından istifadə edərək, küçələrə çıxan insanlar yoluxma hallarının artmasına səbəb ola bilərmi? Gigiyenik normalara riayət edilməməsi ölkədə koronavirus pandemiyasının ikinci dalğasını başlada bilərmi?
Qadin.Net bildirir ki, məsələ ilə bağlı ölkənin Baş infeksionisti Cəlal İsayev oxu.az-a danışıb. Onun sözlərinə görə, koronavirus pandemiyasının başlanğıc dövründə həyata keçirilən tədbirlərə ciddi şəkildə riayət olunmalıdır:
“Mövcud karantin rejimi yavaş-yavaş yumşaldılır. Lakin bu heç də təhlükənin tamamilə aradan qalxması demək deyil. Əhali arasında yaranan müəyyən rahatlıq gigiyenik qaydalara riayət edilməli olduğunu unutdurur. Bütün dünya ölkələrini cənginə alan COVID-19 infeksiyası çox ciddi və uzunmüddətli prosesdir. Bu günə qədər çəkilən maarifləndirici videoçarxlarda vətəndaşlara tövsiyə edilən zəruri profilaktik tədbirlər davam etdirilməlidir. Əks təqdirdə bu günə qədər atılan bütün addımlar, qabaqlayıcı tədbirlər öz əhəmiyyətini itirəcək”.
C.İsayev onu da əlavə edib ki, əhali arasında virusa yoluxma hallarının artması pandemiyanın ikinci dalğasının başlanğıcı ola bilər:
“Gigiyena qaydalarına ciddi riayət edilməsə, pandemiyanın ikinci dalğası başlaya bilər. Bu isə özü ilə bərabər daha böyük təhlükələr gətirər. Xəstəliyin dinamikasında artım olarsa, yumşaldılan karantin rejimi yenidən sərtləşdirilə, hətta müvafiq məhdudiyyətlərin müddəti daha da uzadıla bilər. Bu səbəbdən, bu gün hər şey insanların özündən asılıdır. Məhdudiyyətlər nisbətən azaldılsa da, hər bir şəxs gigiyena qaydalarına riayət etməli, əllərini tez-tez yumalı, tibbi maska və əlcəklərdən istifadə etməlidir. Mümkün qədər özünütəcrid prosesinə əməl olunsa, yaxşıdır. Xüsusilə, yaşı 65-dən yuxarı olan vətəndaşlar diqqətli olmaldırlar. İctimai yerlərdə, qapalı məkanlarda çox qalmamalı, sosial məsafəni, iki metrlik distansiyanı nəzərə almalıdırlar. Xəstəliyin ikinci dalğasının başlamasına şərait yaratmamaq üçün bütün profilaktik tədbirlərə riayət olunmalıdır”.
Xatırladaq ki, ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində “Evdə qal!” “Sağlam qal” həştəqləri ilə sosial çarxlar hazırlanaraq maarifləndirici məlumatlar paylaşılır.
XƏBƏR LENTİ
Meyvə qurusu daha faydalıdır
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Saçlar üçün maskalar
Qocalma hormonu genlərin nəzarətindədir
Uşaqların sosial-psixoloji inkişafı-17
İçərişəhərə YUNESKO tərəfindən "gücləndirilmiş mühafizə" statusu verildi
Günün ulduz falı
Kişiləri evlilikdən uzaqlaşdıran səbəblər
HAVA necə olacaq?
Hamısına cəmi bir kart!
Hava haqqında
Sadə sirniyyat (foto resept)
Özünüzü yuxularınızla tanıyın: qırmızı enerjili, güclü insanların rəngidir...
Məşhur yazıçıdan İslam dini bağlı fikirlər
Yemək, idman və yuxu üçün ən uyğun zaman
Tibbdə İNQİLAB
Doğru cavabı tapan hər il 1 milyon dollar alacaq
Tələbələrin ixtiraları
MƏHƏBBƏT HAQQINDA
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - RƏSMİ
İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
Tatarların sürgünü soyqırım kimi tanındı
Bu gün Bakının iki rayonu qazsız qalacaq
Yağış yağacaq - Sabahın HAVASI
Yataq örtükləri
Zirəddin Rzayev 2014-cü ilin proqnozunu verdi
Üzüyünü xəstəxana xərclərini ödəmək üçün satdı-FOTO
Zəifləmiş saçlar üçün maska
Silahlı Qüvvələrimiz erməni mövqelərinə 140 atəş zərbəsi endirib
Dünyanın ən gözəl əkiz bacıları - FOTO
İlham Əliyev OPEC-lə zarafat etdi
Sobada toyuq (foto resept)
Azərbaycanda karantin rejimi dekabrın 28-dək uzadıldı - RƏSMİ
Erməni saytları dağıdıldı
Ordumuz ermənilərə daha bir zərbə
İlham Əliyevin doğum günüdür!
ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz
Dəri quruluğunu önləyin
Vatsapdan YENİLİK
HAVA necə olacaq?-30 Oktyabr
Ancelina Colinin oxşarı-FOTO
Pakistanda Azərbaycanla bağlı sərgi
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Kağız halva - 13 (son)
iPhone 7 necə olacaq?
Mobil telefonunuz enerji yığarkən diqqət!
İspan dili 3-cü dərs
Məşhur aktrisa ana oldu-FOTO
Saçaqlı geyimin tikilişi
Ofisdə işləyənlər idmanla necə məşğul ola bilər?