
"Azərbaycanda torpağı sənədləşdirmək, onu almaqdan daha çətindir. Mənim şəxsi torpağım var. Torpağı 14 il əvvəl almışam. O vaxtı kənd soveti torpağa sənəd verib. Qanuni yolla torpağı adıma sənədləşdirmişəm. Hətta sonradan həmin ərazidə ev tikmişəm və onun üçün də kupça almışam. Ancaq indi yerli orqanlar mənə bu sənədin vaxtının bitdiyini və etibarlı olmadığını deyirlər. Mənim kimi bu vəziyyətdə olan yüzlərlə sakin var".
Bu sözləri ANS PRESS-in "qaynar xətti"nə müraciət edən şikayətçi Tofiq Məmmədov deyib. Onun sözlərinə görə, indi işi əngələ düşüb. Deyir getmədiyim yer qalmıyıb, amma torpağın sənədini hələ də düzəldə bilmirəm. Üz tutduğu qРіrumlarda ona deyiblər ki, torpağa yenidən sənəd çıxarmalısan. Tofiq isə bu məsələdə çaş-baş qalıb. Deyir ki, bir torpağa neçə dəfə sənəd alınmalıdır? "Başa düşə bilmirəm torpağa verilən sənədin də müddəti olur? Əgər müddətlə idisə, ondan niyə son müddət sənəddə qeyd olunmayıb? Bunlar mənə qaranlıq qalan məsələlərdir".
Mütəxəssislər isə torpaqların sənədləşdirilməsi ilə bağlı problemləri vaxtı ilə düzgün sistemin olmaması ilə əlaqələndirirlər. İqtisadçı ekspert Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında torpaqların sənədləşdirilməsi məsələsinin kökündə dayanan problemlərə toxunub. Mütəxəssis bildirir ki, vaxtilə satılan torpaqlar kortəbii şəkildə və elektronlaşdırılmadan sənədləşdirildiyi üçün hazırkı məqamda ciddi problemlərə səbəb olub:
"Əslində torpaq bələdiyyə tərəfindən satılarkən hərraclar vasitəsi ilə bu həyata keçirilməlidir. Ancaq əksər hallarda bu amilə əməl edilmir və nəticədə torpaqların sənədləşdirilməsində ciddi problemlər yaranır. Torpağı alan şəxs orada ev tikir, torpağa qulluq edir. Bu torpaqlar və orada inşa olunan evlər qeydiyyatsız kimi qəbul edilir. Təkcə Bakı şəhəri və ətrafında 500 min qeydiyyatsız ev var. Bu ərazilərdə torpaqların qeydiyyata alınmaması heç də vətəndaşın günahı deyil. Çünki torpaq alan bələdiyədən və ya yerli özünü idarəetmə orqanından sənəd alır və bunun müqabilində ödəniş edir".
Bakı ətrafı qəsəbələrdəki yerli özünü idarəetmə orqanlarından isə bildirilir ki, bu torpaqlar problemli sənəd sayılır. Qanuni yolla sənədləşdirmə aparmaq üçün həmin daşınmaz əmlak bələdiyyə tərəfindən hərraca çıxarılmalıdır və daha sonra mülkiyyətçiyə satılmalıdır. Yalnız bundan sonra torpağın sənədləşdirilməsi mümkün ola bilər. Yəni, torpaq yiyəsi sənəd ala bilmək üçün öz torpağını satın almalıdır. Bildirilir ki, 10-15 il əvvəl kənd soveti tərəfindən verilən sənədlər həmin qrum ləğv edildiyi üçün artıq qüvvədən düşüb. Bunun üçün də bu üsuldan istifadə edilir.
Ekspertlər isə hesab edirlər ki, bu cür praktika düzgün deyil. Dövlət qurumunun verdiyi sənədin hüquqi əsası olduğu halda onun əhəmiyyəsiz kimi qəbul edərək etibarsız olduğunu bildirmək yolverilməzdir. İstənilən halda vətəndaş sənədləşdirməyə görə dövlətə rüsum ödəyir və torpağa görə vergi verir.
Vüqar Bayramov söyləyir ki, qonşu ölkə Rusiyada isə qeydiyyatsız torpaqların sənədləşdirilməsi ilə bağlı maraqlı bir praktika var: "Orada vətəndaş torpağın sənədi olmasa belə bir müddət torpağda yaşadığı və qulluq etdiyi üçün simvolik rüsum ödəməklə sənədləşdirməni həyata keçirir. Biz də təklif edirik ki, həmin simvolik rüsumun tətbiqi ilə də sənədləşdirmə prosesi aparılsın. Məsələn, vətəndaş 3 ildən artıq müddət həmin torpaqda yaşayıb və torpağa qulluq edibsə ondan sənəd tələb edilmədən, təxminən 1000 manatlıq bir rüsum alınsın. Bununlada torpağın alqı-satqı prosesi və özəlləşdirilməsi həyata keçirilsin".
Mütəxəssisin sözlərinə görə, sənədsiz torpaqların sayının kifayət qədər çox olmasınıı nəzərə alaraq belə bir addım atılmalıdır. V. Bayramovun fikrincə, bu, həmin torpaqların sənədləşməsinə imkan verəcək. Eyni zamanda, bunun müqabilində dövlət büdcəsinə xeyli miqdarda vəsait daxil olacaq.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə ANS PRESS-ə açıqlamasında bəzi suallara aydınlıq gətirib. Komitə rəsmisi qeyd edir ki, bəzən vətəndalar məlumatsız olduqları üçün düzgün sənədləşdirmə aparılmır və nəticədə sənədlərdə problem meydana çıxır:
"Torpağın sənədinin natamam olması nəticəsində həmin daşınmaz əmlak sənədləşdirilmir. Qanuni əsası olmayan sənədin sənədləşdirilməsi mümkün deyil. Bu cür problemlərin qarşısını almaq üçün artıq bütün regionlar üzrə arxivlərimiz də elektronlaşıb. Bu da imkan verir ki, vətəndaşa bizə müraciət edərkən ona operativ qaydada xidmət göstərilsin. Bizdə hər ərazi idarə üzrə Hüquqi məsləhətlər guşələri var. Orada vətəndaşlara hüquqi məlumatlar verilir.İnsanlar sənədlərini bizə təqdim etməmişdən qabaq onlara müraciət edərək bütün sənədləşdirmə prosesi ilə bağlı məlumatlanırlar. Orada izah olunur ki, vətəndaşın sənədi natamamdır və ya qaydasındadır. Əgər sənəddə hansısa problem varsa bunun həlli yolları da vətəndaşlara izah olunur.
Qulu Xəlilov bildirir ki, bununla yanaşı komitənin 29 elektron xidməti var və vətəndaşlara onlayn xidmətlər göstərilir: "Burda həm daşınmaz əmlakın qeydiyyatı sahəsinə, həmçinin əmlakların hərraxı ilə bağlı xidmətlər, icarə haqlarının elektron qaydada öyrənilməsi və s. kimi xidmətlər mövcuddur. Bununla yanaşı bizim iki onlayn xidmətimiz də var. Vətəndaşlar Forma 1 deyilən sənədi və əmlakları barədə məlumatı əldə edilməsi üçün onlayn xidmətdən istifadə edə bilərlər. Bu sistem insanların operativ qaydada işlərini həll etməyə kömək olur. Bunun üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin elektron xidmət portalına girmək kifayət edir".
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Yaponiyada 3800 nəfəri gun vurdu
Hava haqqında
Tarkan 10 il sonra Rusiyada - 1,3 milyon alacaq
Qida əlavələri ilə bağlı MƏHDUDİYYƏTLƏR olacaq
Möcüzəvi əkizlər
3166 sahibkara 229,7 milyon manat güzəştli kredit verilib
Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil!"
Kayli Cenner nişanlandı – FOTO
Prezident İlham Əliyev fəxri adlar verdi
Hava haqqında - 16.08.2013
“Mançester Siti”nin iki əsas futbolçusu yeni mövsüm öncəsi koronavirusa yoluxdu
Dəbli geyim kombinasiyaları
KXCP Müsavat Partiyasının təklifini rədd etdi
Barak Obamanın qızı işə başladı - saatı 9 dollara - FOTO
Hamilələr qurban əti yeyə bilərmi?
Bakı Beynəlxalq Qadınlar Klubu ənənəvi Milad bazarı keçirəcək
Cüdoçularımız 5 qızıl medal qazandılar
Çipsi: biz onu niyə sevirik?
Can Yaman "Diriliş Osman"a qatılır?
"Avropa Oyunları müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir"
HAVA necə olacaq?-12 yanvar
Günün qoroskopu: Ailənin yaşlı üzvlərini sevindirin
Finlandiya meşələri
Soba olladiləri (foto resept)
Məşhur serialın aktyorları sevgili oldular
İlham Əliyevdən 2 yeni təyinat
Dünyanın ən səs-küylü boşanması başlayıb
"Wellington" əridilmiş kərə yağı
Kraliça II Yelizaveta Keyti mükafatlandırdı
Nişan üzüyü şayiələrə səbəb oldu - FOTO
Novruzla bağlı tədbirlər ləğv olundu-SƏBƏB
İspan rəssamın əl işləri
WhatsApp-dan daha bir yenilik
Limon suyunun 10 faydası
100 milyonluq TƏLƏB-FOTO
Turşəngli qutab (foto resept)
Günün ulduz falı
Yeni doğulan körpəni görən MƏƏTTƏL QALDI-FOTO
Sabah hava nə vəd edir?
Toyuq ciyərindən olladilər (foto resept)
Qonaq otağı mebelləri
Bu gecə ilk Qədr gecəsidir
HAVA necə olacaq?
İnanılmaz: 24 saata 11 kq arıqladı
Pensiyaçıların nəzərinə!
"Fast food" yeməkləri qida borusu xərçəngi riskini artırır
Vacib kredit iclası keçirildi
Kəsmikli çizkeyk(foto resept)
Neft ucuzlaşır
Pankek (video-resept)















- ŞƏRHLƏR