Azərbaycanda magistralların istismarının yolların yaxınlığında yaşayan insanların sağlamlığına necə təsir etdiyi öyrəniləcək.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev Trend-ə bildirib ki, ilkin mərhələdə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsində tədqiqatın aparılması planlaşdırılır. Tədqiqatlar zamanı avtomobil yollarından keçən avtomobillər vasitəsilə ətraf mühitə nə qədər tullantının atıldığı, bu tullantıların bitki örtüyünün üzərini örtməsi, bitki ilə torpağa qarışma vəziyyəti öyrəniləcək. Layihənin icrası zamanı ərazidəki səs-küyün də xüsusi cihazlarla ölçülməsi nəzərdə tutulur. İlkin mərhələdə tədqiqatın yolun bir hissəsində aparılması planlaşdırılır.
Alim bildirib ki, təqribən 200 km uzunluğunda olan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun ətrafı ciddi şəkildə çirklənməyə məruz qalır: "2010-cu ilin məlumatına əsasən, bu yoldan sutka ərzində təqribən 28 200 avtomobil keçir. Bunun da nəticəsində ətrafa 100 tonlarla müxtəlif növ tullantılar atılır. Müxtəlif təsərrüfat, tərəvəzçilik sahələri, bağlar, Bakını su ilə təmin edən Samur-Abşeron kanalı da buradan keçir. Tullantılar torpağa, oradan bitkiyə, meyvəyə, heyvana, daha sonra insan orqanizminə daxil olur və bununla da bioloji dövranın bir halqasına çevrilir. Bu isə bizim sağlamlığımız üçün təhlükə yaradan prosesdir".
Ə.Əliyev qeyd edib ki, artıq tədqiqatın aparılması ilə bağlı layihə hazırdır. Layihə maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim olunub. Layihə fond tərəfindən maliyyələşdirilsə, 2015-ci ilin yanvar ayından onun icrasına başlanılacaq. Layihənin sonunda avtomobil yollarından ətrafa atılan tullantıların fəsadlarından sığortalanma yolları müəyyənləşdiriləcək.
Tədqiqatçının sözlərinə görə, növbəti 5 il ərzində bütün magistral yollarda - Bakı-Qazax-Tbilisi, Bakı-İranla dövlət sərhədinə qədər olan yollarda da tədqiqatın davam etdirilməsi planlaşdırılır.
XƏBƏR LENTİ
Xüsusi Təyinatlı Qüvvələrin qazisi: “Şəhid olmağı da gözə almışdıq” - VİDEO
Daban çatları (1)
"Dəmir ledi"nin şəxsi əşyaları rekord qiymətə satıldı
Sabahın hava proqnozu
Özcan Deniz haqqında gözlənilməz xəbər
Geri qayıdan trendlər
Bir həftəyə 4 kq arıqladan pəhriz
Quru meyvəli çörək dilimləri (foto-resept)
Qaraciyərin böyüməsinin səbəbləri
Cəbhə xəttində atəşkəs bir neçə istiqamətdə pozulub
Xəyanətlə üzləşən kraldan AÇIQLAMA-FOTO
Souslu tavakababı (foto resept)
Doğuşdan sonra bunlara əməl edin!
“Taxt oyunları”nın ulduzu ata olacaq-FOTO
Hamilə olan Fahriyənin son halı - FOTO
İş yerinizi nə zaman dəyişməlisiniz?
Türkan Şorayda gözəl addım-FOTO
Dünyanın ən gözəl 13 qadını
Ramil Səfərov ata oldu
İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)
"Batman"ın çəkilişinə hazırlıqlar gedir-FOTO
Cennifer Lopez yeni FOTOsu ilə diqqət çəkdi
“Instagram”da “TikToka”a bənzər yenilik
Çəmənotu
Qadın idmançımız 12 rekordla Avropa çempionu oldu
Dünyanın ən yaxşıları seçildi
Uşağa eyni vaxtda altı orqan köçürülüb
17 asteroiddə su aşkarlandı
Altı aktyor serialı tərk etdi-SİYAHI
Ordumuzda yenilik
Alla Puqaçovaya nə olub?-FOTO
Məşhur modelə 250 minlik hədiyyə-FOTO
2 yaşındakı qız üçün qonşular işarət dili öyrəndi
Türkiyədə bina çokdü
Dağlıq Qarabağ: yeni savaş nə zaman başlayacaq?
Hündürdaban ayaqqabılar
Məşhur aktrisa illər sonra etiraf etdi-FOTO
Günün qoroskopu: Təmkinli olun!
Dreyk 100 milyona təyyarə aldı
Azərbaycan valyuta bazarının həftəlik icmalı
HP yeni noutbukunu göstərdi
Azərbaycanda özəl pensiyalar ola bılər
Cem Yılmazdan evlilik açıqlaması
Günün qoroskopu:Çətinliklərdən qorxmayın
Polad Həşimovun adı bu küçəyə verildi - FOTO
Gi pəhrizi
Göbələkli qovurma (foto-resept)
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Qaşlarını yan dara, qız...
Kolleclərə qəbulun nəticələri - Açıqlandı
- ŞƏRHLƏR