
Təyyarə ilə uçarkən yüngül narahatlıq keçirmək təbii haldır. Lakin bəzi insanlarda qorxu hissi o qədər güclüdür ki, ona qarşı çıxmaq olmur. Psixoloqların fikrincə, belə insanlar aerofobiyadan əziyyət çəkirlər.
Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, aerofobiyadan əziyyət çəkənlər, hətta uçuşdan bir neçə gün əvvəl qorxmağa başlayırlar: "Təyyarəyə minmək isə onlar üçün əsl işgəncədir. Onların ürəyinin döyüntüsü tezləşir, nəfəs almaq çətinləşir, əlləri tərləyir və titrəyir. Aerofobiyadan əziyyət çəkənlər təyyarədə olan müxtəlif səslərdən də qorxurlar. Panik tutma zamanı belə adamlar özlərini qeyri-adekvat aparırlar. Qışqırır, hətta dalaşa bilərlər".
R.Rzayeva bildirib ki, təyyarədə uçmaqdan qorxmağın səbəbləri müxtəlifdir: "Ola bilsin ki, həmin adamlar qapalı yerlərdən, yüksəklikdən qorxurlar. Bəzi insanlarda aerofobiya uşaqlıq qorxuları və ya başqa fobiyalarla bağlıdır. Çoxlarında qorxu məlumatsızlıqdan yaranır. Təyyarənin istənilən titrəyişi çox təhlükəli nə iləsə assosiasiya olunur. Çox vaxt bu, sadəcə titrəyiş olur və heç bir təhlükə yaratmır. Lakin təyyarənin idarə olunması haqqında çox az adam bilir və istənilən titrəyiş onlarda qorxu yaradır".
Həmsöhbətimiz deyir ki, bəzilərinə öz həyatlarını və sağlamlığını pilotlara etibar etmək çətindir. Onlar yüzlərlə insanın həyatının təyyarəni idarə edənlərin professionallığından asılı olduğunu anlayır. "Lakin bəzi hallarda pilot təyyarənin qəzaya uğramasının qarşısını ala bilmir. Elə olur ki, sərnişinlərin təhlükəsizliyi dispetçerdən, ekipajdan, mexaniklərdən və hava şəraitindən də asılı olur. Bu da əksər sərnişinlərin qorxusuna səbəb olur".
Psixolqa görə, aerofobiyaya qalib gəlmək üçün effektiv üsullardan biri qismətin həyatımızda həlledici rol oynamasını düşünməkdir. Belə ki, onun dediyinə görə, dinə və qismətə inam insanda qorxunu yox edə bilər: "İnsanlar əcəlin qaçılmaz olduğuna inandıqda fobiyalardan uzaqlaşırlar. Əgər nəsə olmalıdırsa, qismətdə varsa, mütləq olacaq. Bu cür düşünmək insanda qorxu hissini yox edir. Digər bir üsul isə təxəyyülün köməyi ilə tətbiq olunur. Məsələn, xəyalınızda hava balonunun tədricən daha çox dolduğunu, sonra isə partladığını təsəvvür edin. Hava balonu partlayan kimi siz sakitləşir və özünüzü çox yüngül hiss edirsiz. Və ya misal üçün, sabunlu qovuqa üfürərək onu uzağa gözdən itənə qədər qovursuz. Divarda iri qırmızı dairə təsəvvür edib onu güclə nəzərə çarpan nöqtəyə qədər kiçildin. Nəzərə alın ki, fobiyalarla mübarizədə təxəyyül və özünə təlqin etmə mühüm rol oynayır".
Müsahibimiz məsləhət görür ki, təyyarədə uçmaqdan qorxan adam onun həyacanının və qorxularının hadisələrin gedişatına təsir edə bilməyəcəyini nəzərə almalıdır. Lakin bu hisslər əsəb sisteminə mənfi təsir göstərəcək. Təyyarənin qəzaya uğraması və qəza vəziyyətində yerə enməsinə isə qorxular heç bir təsir göstərə bilməyəcək. Nəsə baş versə belə həyacan və qorxu təyyarənin salonunda qarışıqlığa səbəb olacaq.
"Yaxşı olar ki, təyyarə ilə uçarkən özünüzə maraqlı bir məşğuliyyət tapasız. Musiqiyə qulaq asa, filmə baxa, oyun oynaya, jurnal və ya qəzet oxuya bilərsiz. Kiminləsə maraqlı söhbət etmək də qorxu hissinizi azalda bilər".
Psixoloq bildirib ki, öz qorxularınıza qapanmamaq lazımdır: ""Mən çox qorxuram" dedikcə özünüzü daha da qorxuzursuz. Bunun əksinə qamətinizi düzləşdirib, başınızı dik tutub "Mən təyyarə ilə uçmaqdan qorxmuram" deyin. Bunu deyərkən gülümsəməyiniz də məsləhətdir. Bunu etdikcə vahimənin azaldığını hiss edəcəksiz. Eləcə də, bədəninizi sıxan geyim, kəmər, qalstuk və s. aksesuarları çıxardın və ya boşaldın".
Bəzilərinə psixoloji olaraq müxtəlif talismanlar, dualar, hətta rəqəmlər də kömək edə bilər. Misal üçün, elə adamlar var ki, uğurlu hesab etdikləri rəqəm olan yeri seçirlər. Öz uğurunu rəqəmlə bağlayan belə adamlar uçuşu çox rahat keçirəcəklər: "Uçuş zamanı çətin vəziyyətlərlə üzləşdikdə gözlərinizi bağlayıb nəfəsinizi saymağa başlayın. Bu meditasiya kimi təsir edərək insanı sakitləşdirir. Təyyarədə olarkən düşünün ki, sizdən qabaq da bu təyyarə ilə insanlar istədikləri yerə rahat şəkildə uçublar. Heç kim zərər çəkməyib. Həm də digər sərnişinlər və pilotlar da sizin kimi insanlardır. Hamı öz həyatına görə qorxur və nəsə pis bir hadisə baş versə, var gücləri ilə sağ qalmaq uğrunda mübarizə aparacaqlar".
Rzayeva qeyd edib ki, uçuşdan əvvəl sakitləşdirici də qəbul etmək olar. Onun sözlərinə görə, qorxusu çox olanlara tünd çay və kofeinli qəhvə də içmək məsləhət deyil. "Belə ki, bu, onsuz da qorxan adamın ürəyinin döyüntüsünü daha da tezləşdirəcək. Stresdən uzaqlaşmaq üçün şirniyyat və şokolad yeyə bilərsiz".
XƏBƏR LENTİ
Bu şəxslər ali məktəblərə müsabiqəsiz qəbul olunacaq
Özcan Deniz yenidən evlənir
General müharibə istəyir
Həftənin ilk iş günü hava necə olacaq?
Çimərliklərdə süni qiymət artımı var
Sərt karantin günlərində tullantıların atılması ilə bağlı MÜHÜM AÇIQLAMA
Viber-də yenilik var
Məşhur müğənni üçüncü dəfə ərə gedir
Həkimləri qaçıran xəstəlik
Ölkədə bankların bağlanma təhlükəsi
Heydər Əliyevin vəfatından 13 il ötür
Sabahın HAVAsı
Mikroelementlər-2
Çipsin hazırlanması
Baş Nazir təhsillə bağlı qərara dəyişiklik etdi
Hadise Corc Kluni, Madonna və "Rembo" ilə qonşu olacaq-FOTO
ABŞ defolta hazırlaşır
Mehdiyevdən sərt xəbərdarlıq
Rahat ayaqqabı sevənlərə
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Məleykə Abbaszadənin qızı qəfil vəfat etdi
Evdə müalicə alan və nəzarətdə olan şəxslərin sayı açıqlandı - RƏSMİ
Hərbiyə çağırılan vətəndaşların əməkhaqqı necə ödəniləcək?
Lobbiçiliyə kim ən çox pul xərcləyir?
İki avtobus da bağlandı
Südlü toyuq qızartması (foto resept)
Porsche Macan 4 silindrli olacaq - FOTO
Keçmişin gözəl aktrisaları
Dünyada ilk dəfə "dövlət bitkoini" buraxılacaq
Qarpızın qiyməti niyə bahadır?
Üçlü beyin nəzəriyyəsi
Baş ağrısı (yanaşma)
Günün ulduz falı
Fərqli plov (foto resept)
Baletin ruhu
Emina artıq onunla yaşayacaq-FOTO
Oruc tutanların nəzərinə: ağız qoxusundan necə qurtulmalı
Fantastik aləmi canlandırdı
Hansı vitamin çatışmazlığı yorğunluğa səbəb olur?
Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlandı: Ölən var
Yaddaşı gücləndirən 5 ərzaq
Sabahın HAVAsı
Günün qoroskopu: çoxlu mübahisələr və isti diskussiyalar olacaq
İrem derici yeni klipini təqdim etdi
Aprel ayının qalibləri!
Maykl Ceksonun qızı İsa peyğəmbər rolunda kinoya çəkildi
Beş yeni zavod açılır
Hadise üsyan etdi
Ermənistan ordusu bir neçə istiqamətdə atəşkəsi pozub
"YARAT" Müasir İncəsənət Məkanı "ArtGanja" Festivalının açılışını elan edir















- ŞƏRHLƏR