Ölkədə bankların bağlanma təhlükəsi barədə xəbərlər yayılır. Burada əhalini narahat edən əsas məsələ əmanətlərin sığortalanması ilə bağlıdır. Sığortalanmayan əmanətlərin payı isə son bir ildə 34 faizdən 47,6 faizə yüksəlib. Yəni əhali tərəfindən banklara yatırılan hər 100 manatın ancaq 52,4 manatı sığortalanır. Əmanətlərin Sığortalanması Fondunun 2014-cü ilin III rübü üçün açıqladığı hesabata əsasən, qorunmayan əmanətlərin həcmi 3,14 milyard manata çatıb. Halbuki 2013-cü ilin III rübündə onun həcmi 1,97 milyard manat olub.
Ekspert Samir Əliyevin sözlərinə görə, il ərzində 1,17 milyard manatlıq əmanət 9 faizdən yuxarı faizlə yerləşdirilib və buna görə də sığortadan kənarda qalıb. Bu müddətdə qorunan əmanətlərin həcmi 450 milyon manat azalaraq 3,42 milyard manata düşüb. O bildirir ki, qorunan əmanətlərin azalması kompensasiya olunmuş əmanətlərə də təsir edib. İl ərzində kompensasiya olunmuş əmanətlərin həcmi 105 milyon manat azalaraq 1,8 milyard manata düşüb. Qorunan əmanətlərin 53 faizi kompensasiya olunur.
Ekspertin sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondunun son hesabatının təhlili göstərdi ki, artıq əmanətlərin sığortalanması mexanizmi səmərəli işləmir və onun təkmilləşdirilməsinə ehtiyac var: “Ölkə üzrə əmanətlərin cəmisi 30 faizi sığorta mexanizminin təsir dairəsinə düşür. Yerdə qalanları həm qorunmadıqlarına, həm də məbləği 30 min manatdan çox olduğuna görə sığortadan kənarda qalırlar. Ölkədə kredit faizlərinin aşağı salınması məqsədilə əmanətlərin sığortalanma faizlərinin mərhələlərlə 12 faizdən 9 faizə endirilməsi kredit bazarına ciddi təsir etməsə də əmanət bazarında faizləri xeyli aşağı salıb. Təbii ki, aşağı faizlər əmanət bazarının böyümə sürətini azalıb. Təsadüfi deyil ki, 2013-cü ilin 10 ayı ərzində əmanət qoyuluşu 1,2 milyard manat artdığı halda, bu ilin müvafiq dövründə artım 2 dəfəyədək azalaraq 600 milyon manat
təşkil edib. Əvvəllər gözləmə mövqeyi tutan əhali indi çəkinmədən əmanətlərini yüksək faiz verən banklara həvalə edir. Kompensasiya olunan əmanətçilərinin yatırımlarının orta məbləği 314 manat olduğu halda, qorunmayan əmanətçilərdə bu göstərici təxminən 5216 manatdır. Artıq yüksək faiz ehtirası etibarlı olan az faizi üstələyir. Əgər hökumət əmanət qoyuluşundan əldə edilən gəlirə tətbiq edilən güzəştin müddəti uzatmasa, sığortalanmayan əmanətlərin payı daha da artacaq. Çünki ”Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında" Qanun bu il qüvvədən düşür. Deməli, güzəşt müddəti uzadılmasa, 2015-ci ildən başlayaraq əmanət faizlərindən gəlir vergisi tutulacaq. Bu isə əhalini yüksək faizli əmanət təklifinə yönəldəcək. Fond isə faktiki olaraq 6,6 milyard manatlıq əmanətin 1,8 milyard manatına zəmanət verir. Yəni banka qoyulan hər 100 manatın yalnız 30 manatının taleyinə 100 faiz zəmanət verir. Deməli, 4,8 milyard manatlıq əmanətin taleyi bankın gələcək fəaliyyətindən və onun maliyyə vəziyyətindən asılır".
S.Əliyevin sözlərinə görə, dünyanın 100-dan çox ölkəsində tətbiq edilən əmanətlərin sığortalanması mexanizmi əhalinin bank sektoruna inamını artırmaq, bank sektorunda dayanıqlığı təmin etmək məqsədi daşıyır: “Azərbaycan bəlkə də sığorta mexanizminin əmanətin faiz dərəcəsinə tətbiq edildiyi yeganə ölkədir. İlkin araşdırmanın nəticəsi bunu göstərir. Çünki digər ölkələrdə əmanət faizinə münasibətdə sığortalanma mexanizminin tətbiqi təcrübəsinə rast gəlinməyib. Azərbaycanın mövcud sığorta mexanizmi daha çox bankların mənafeyinə cavab verir, nəinki müştərilərin. Ancaq mövcud mexanizmin təkmilləşdirilməsinə ehtiyac var. Düzdür, faiz limiti götürülsə, banklar yenidən əmanətlərin faiz dərəcələrini qaldırmağa qaçacaqlar. Ancaq reallıq göstərdi ki, gözlənilənlərə rəğmən əmanət faizlərinin aşağı salınması kredit bazarına ciddi təsir göstərmədi. Əmanətlə kredit faiz dərəcələri arasındakı fərqin artması yalnız bankların qazancının artması ilə nəticələndi.Belə vəziyyətdə Mərkəzi Bank əmanətlərin sığortalanması mexanizminin səmərəliliyini artırmaq barədə addımlar atmalıdır. Bunun üçün kompensasiya məbləğinin artırılması, məsələn, 30 min manatdan 50 min manata çatdırılması yaxşı olardı. Digər dəyişiklik sığortanın tətbiq edildiyi faiz limitinin, yəni 9 faizin aradan qaldırılması ola bilər. Onsuz da banklar, xüsusən də kiçik banklar yüksək faiz təklif edir və əhali bu təklifdən yararlanır. Bunun yollarından biri əmanətin faiz dərəcəsi ilə sığorta haqlarının məbləği arasında əlaqə yaratmaqdır. Yəni bank nə qədər yüksək faizlə əmanət cəlb etsə, fonda bir o qədər də yüksək sığorta haqqı ödəsin. Bu, bankları daha məsuliyyətli olmağa sövq edə bilər".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Keramikadan hazırlanmış əl işləri
WhatsApp-da boşluqlar tapılıb
Günün ulduz falı
Südəmər uşaqlarda zökəm
Ərdoğan Azərbaycana gəldi
Mobil telefonlar haqqında bilmədiklərimiz
Leyla Əliyevanın təşəbbüsü ilə fləşmob keçirilib
BÜRCLƏR bizə nə vəd edir? -18 İyun
Zeytunlu çörək (foto resept)
Hərəkətin möcüzəvi gücü (2)
Yaşlanmaya qarşı 4 meyvə
Reallıq düşündüyümüz kimi deyil
Yeni ildə daha güclü münasibət qurmaq üçün...
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Şvartseneqqerin özündən geri qalmayan oğlu - FOTO
Bu şəxs attraksiona minmək naminə 85 kiloqram arıqladı
4D çap texnologiyası yaradıldı
"Diriliş Ertuğrul"un aktyoru aparıcılıq edəcək-FOTO
Azərbaycanın təhsil sistemində yenilik
Bədənizdəki xallar sizin haqqınızda nə deyir TEST
Mövzular üzrə avatarlar (2)
Daha 6 rayon və 3 şəhər üzrə 190 manat birdəfəlik ödəmə veriləcək
Lavaşlı sadə paxlava (foto resept)
Analar və qızları
BÜRCLƏR bizə nə vəd edir? -13 MAY
Buraxılış imtahanlarının vaxtı bilindi
Baş infeksionist Azərbaycanda COVID-19-a yoluxanların vəziyyətini açıqladı
Kolleclərə qəbul üçün müsabiqə şərtləri açıqlandı
Xalq artisti dünyasını dəyişdi
Vitamin çatışmazlığının 3 əlaməti
Rusiyalı alimdən Azərbaycanda dəhşətli zəlzələ proqnozu
Günün qoroskopu:hamıdan yaxşı olduğunuzu düşünməyin
Ajda Pekkan ən böyük arzusunu dilə gətirdi
Yaşıl sahələr uşaqları daha savadlı edir!
Rəqəmlər (2)
Sürətli gəzişi sınayın
Cəbhədə misilsiz atışma
Fetoskopi və ya ana bətnində fotoşəkil
Hamiləlik zamanı həkim müayinəsi
Rəngli gəlin ayaqqabıları
Kişilər qadınlardan daha sürətli arıqlayır
Planetin ən yaşlı insanı vəfat edib
Ekoloqdan sərt qış xəbərdarlığı: "Bunun tam əksini gözləmək lazımdır"
Sosial şəbəkələrdə dərmanlarla bağlı monitorinq keçirilsin - TƏKLİF
Prezidentin köməkçisindən kinoteatrların fəaliyyəti ilə bağlı AÇIQLAMA
Azərbaycan tarixindən yüz şəxsiyyət-32
İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı
Qədərində yeyin, sağlam olun!
Ancelina Coli hər kəsi heyrətləndirdi-FOTO
COVİD-19 testlərinin cavabı e-təbib vasitəsilə açıqlanacaq - TƏBİB
- ŞƏRHLƏR