Uşaqlıqdan hər birimizin xarakterində müxtəlif xüsusiyyətlər və vərdişlər yaranır. Onların bəziləri bizə kömək edir, bir hissəsi isə həyatımızı korlayır və enerjimizi azaldır. Tez inciyir və küsürsünüz? Elə isə bu yazımız sizə aiddir.
Tez inciməyin mənfi cəhətləri
Əhvalımızı korlayır
İnsanlar arasındakı münasibətləri korlayır. Bu zaman sizin münaqişənizdə günahkar insanlarla yanaşı, günahı olmayan insanlar da zərər çəkir. Çünki aramızda öz incikliyini buna aidiyyatı olmayanlarının üzərinə tökənlər də az deyil.
İş qabiliyyətini azaldır
Küsəyənlərin yaddaşı və diqqəti zəifləyir, hansısa işlə məşğul olmaq həvəsi ölür. İnsanın fikri dağınıq olur, özünə qapanır. Fikrini işinə cəmləyə bilmir, çünki bütün enerjisini xətrinə dəymiş söhbətlərin həyəcanına sərf edir.
Sağlamlığa zərərdir
Bir çoxlarında inciklik ucbatından qan təzyiqi yüksəlir, ürək döyüntüsü artır, iştah azalır və müxtəlif psixosomatik xəstəliklər yaranır.
Zəhlətökən fikirlərin yaranmasına səbəb olur
Bu fikirlər heç də həmişə həqiqətəuyğun deyil, onlar incimiş şəxsin fantaziyalarından asılı olur. “Həyat yoldaşım mənə fərqli intonasiya ilə cavab verdi, demək, daha məni sevmir”, “Müdir mənə birtəhər baxdı, yəqin işdən çıxarmaq istəyir”, “İş yoldaşım mənə göz qoyur, yəqin badalaq vurmaq istəyir” və s.
Şəxsiyyət kimi inkişaf etməyə mane olur
Fikir vermisinizmi, bir çox yaşlı insan uşaq kimi küsəyən olur. Bu davranış infantil vəziyyət (uşaqlıq dövrünə xas olan xüsusiyyətlərin yaşlı adamlarda qalması) adlanır. Bu zaman illər keçsə də şəxsdə münaqişələrə reaksiya təkmilləşmir. O, sübut etməyi, lazımi cavabı verməyi, zərbəni tutmağı və mübahisədən kənarda qalmağı öyrənə bilmir. Onun üçün ən asan yol “dodaqlarını sallamaq” və qapını vurub getməkdir: “Mən incimişəm, sizinlə danışmayacam!”
Psixikaya təzyiq edir
İncik olan şəxs onu incidənlə ünsiyyət saxlamasa da başa düşür ki, məsələ hələ də həll edilməmiş qalıb. Bu zaman “Gərək özümü bir qədər düşüncəli aparaydım” fikri yaranır.
İnciklik necə kömək edir?
Bir çox insan şüurlu olaraq inciklik strategiyasını seçir, çünki bu, başqaları ilə manipulyasiya etmək üçün yaxşı üsuldur: “Onu bil ki, sən mənimlə çox pis davrandın, mən səndən incimişəm”. Bu strategiya mütləq buna reaksiya verəcək olan insanlarda yaxşı nəticə verir. Onları “vicdanları narahat edir” və ya yanlış hərəkət etdiklərini anlayaraq üzrxahlığa başlayırlar. Unutmaq olmaz ki, bu strategiya üçün zaman və mənəvi itkilər tələb olunur.
Sizi incidirlərsə...
- Özünüzü sevin və əzizləyin. Yaxşı cəhətlərinizi və etdiyiniz yaxşı əməllərinizi qiymətləndirin. Gündəlik tutun və hər gün etdiyiniz yaxşı işləri ora yazın. Həftənin sonunda bu əməllərə görə özünüzü nəyləsə sevindirin. Siz buna layiqsiniz...
- Sarsaq sözləri ürəyinizə salmayın. Əgər qarşınızdakı sizi alçaldırsa, onu ağcaqanad kimi təsəvvür edin - o vızıldayır, siz isə onu eşitmirsiniz.
XƏBƏR LENTİ
Məşhur müğənni ərə gedir
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Dünyanın ən kök futbolçuları
Bu gün gənclərin bayramıdır
Tənbəl zəriflərimiz
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
HAVA necə olacaq?- 3 MAY
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Balıq buğlaması (foto resept)
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Pensiya ilə bağlı yeni xəbər
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
Beren qayınanasını sildi
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Gəlinlər üçün ayaqqabı modelləri
Azərbaycanda qeyri-adi toy karvanı
Obama müsəlmanları təbrik edib
Real həyat əsasında çəkilmiş filmlər
Ay tutulmasının vaxtı məlum oldu
Samsung yeniliyə sürətlə hazırlaşır
Atamın məhəbbəti
Şəhadətnamə və attestat almaq istəyənlə
Ən ucuz noutbuk təqdim edildi
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Günün qoroskopu:Təşkilatçı olun!
Ən populyar şəhər seçildi
Çimərliklərdə nələr qadağandır? - SİYAHI
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Siz uşağınızı tanıyırsınızmı?
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Həzmi çətinləşdirən 4 qida
Arıqlamağa kömək edən salat
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Smartfonda istənilən insanı izləmək mümkündür
Körpə dərisi və şirin yuxu
Halvalı keks (foto resept)
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
Sabahın HAVAsı
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Dünyada "Atalar günü"...
Azərbaycanda elektron hərraclar keçiriləcək
Taysonu Çiliyə buraxmadılar
Məşhurların şəkillərini təqlid edən Tom
2013-cü ilin dəbli gəlinlikləri
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu
- ŞƏRHLƏR