Yeməkdən doymamaq insanın yalnız fiziki sağlamlığına deyil, ruhi sağlamlığına da zərbə vurur
Bəzi insanlar çox yesələr də, doymaq bilmirlər. Onlar bütün günü yemək haqqında düşünür və aclıq hissini yatırmaq üçün hədsiz qida qəbul edirlər. Belə insanlar bulimiyadan əziyyət çəkənlərdir. Onlar xüsusilə əsəbiləşdikdə daha çox yeyirlər.
Psixoloq Nailə Bağırovanın sözlərinə görə, bulimiyadan əziyyət çəkənlərin iştahı çox yüksək olur və nə qədər etsələr də, bunun qarşısını ala bilmirlər. Bəzən onlar o qədər yeyirlər ki, bu, səhhətlərində problem yaradır. Özlərini pis hiss etdikləri üçün süni qusma yaradaraq qidadan azad olurlar. Belə adamlar çox vaxt artıq çəkidən əziyyət çəkir və arıqlamaq üçün xüsusi həblər içirlər. "Bir sözlə, bulimiya xəstəliyi sağlamlığa ciddi ziyan vurur və bu xəstəlik uzun müddət davam etdikdə, xəstə sağaldıqda belə orqanizmini əvvəlki vəziyyətinə qaytarmaq olmur".
Bulimiyadan əziyyət çəkənlər arasında qadınlar çoxluq təşkil edir. Nə qədər qəribə olsa da, bulimiya xəstəliyinin əsas səbəbi kökəlməkdən qorxmaqdır.
Psixoloq bildirib ki, bu qorxu ilə yaşayan insanlar qida qəbulunu tənzimləmədikdə tədricən doyma hissini itirir və bulimiya qurbanına çevrilirlər. Onun dediyinə görə, sağlamlığına ciddi ziyan vuran və bulimiya nəticəsində artıq çəki alan qadınlar çox vaxt arıqlamaq üçün qida qalıqlarından orqanizmi təmizləyir, qusma vasitəsilə arıqlamağa nail olmaq istəyirlər. Bu yolla isə nadir hallarda arıqlamaq olur. "Bu cür üsullarla orqanizmi təmizləməyə meyl edənlərdə orqanizm ona lazım olan vitaminləri itirir. Orqanizmdə maddələr mübadiləsi pozulur. Bulimiya zamanı boğaz xəstəlikləri yaranır, həzm sistemi orqanlarının vəziyyəti pisləşir, dəri, saç və dırnaqlarda problemlər yaranır. Üzdə və bədəndə şişkinlik əmələ gəlir. Bulimiya qurbanlarında hətta daxili qanaxmalar da müşahidə olunur. Bulimiyadan əziyyət çəkənlər anemiya, əzələ tonusunun zəifliyi, diabet, fibroz kimi xəstəliklərə də tutulurlar".
Bulimiya çox yeməklə əlaqəli xəstəlik olsa da, müsahibimizin sözlərinə görə, müxtəlif pəhrizlər tutmağa meyllilik bulimiyaya gətirib çıxarır. Uzun sürən aclıq və pəhrizlər metabolizmi azaldır. Nəticədə insan kökəlməyə başlayır və doyma hissini itirir: "Beyində doyma hissinə cavab, qida qəbulunun miqdarını tənzimləyən serotonindir. İnsan nə qədər çox ac qalır və pəhriz saxlayırsa, onda doyma hissinin tənzimlənməsi pozulur. İnsanın az yemək istəyi əksinə nəticələnir və o, ifrat dərəcədə çox yeməyə başlayır. Hədsiz çox yeyən adam özünü əzgin və yorğun hiss edir. Belə adamlar çox enerjisiz olur və passiv həyat tərzi sürürlər. Onlar apatiya və depressiyadan da əziyyət çəkirlər".
Bulumiya qurbanları diqqətini cəlb edə bilmir, əhvalları tez-tez və səbəbsiz yerə dəyişir. Onlarda yaddaş pozuntusu da müşahidə olunduğu üçün diqqət tələb olunan işlərdə işləyə bilmirlər. Bulimiya xəstəliyinə tutulanların bir qismi bu xəstəliyin gətirə biləcəyi fəsadlardan qorxuya düşür və bunun qarşısını almaq istəyirlər. Onlar az yeməyi qərara alsalar da, daim yemək haqqında düşünürlər. Və həyatda tədricən ancaq yeməkdən zövq almağa başlayırlar. Bu istəklərini başqalarından gizlətməyə çalışır və bulimiyadan əziyyət çəkdiklərinə görə utanırlar. Daim stress keçirir, yedikləri üçün özlərini günahlandırırlar.
N.Bağırova deyir ki, bulimiya xəstəliyi insanın yalnız fiziki sağlamlığına deyil, ruhi sağlamlığına da zərbə vurur. Belə ki, psixoloji sıxıntılardan əziyyət çəkən xəstələr özlərinə xəsarət də yetirə bilərlər. Həmsöhbətimizin bildirdiyinə görə, bulimiya qurbanları şəxsi həyatda və karyerada da problemlərlə üzləşirlər. Ona görə ki, hətta əhəmiyyətsiz qərarlar verməkdə belə çətinlik çəkirlər. Məsələn, kafeyə gedəndə harada əyləşmək, nə sifariş vermək, nə demək, hansı geyimi almaq, hansı saç düzümünü etmək və s. Bu səbəbdən də bulimiya xəstəliyinə düçar olanlar asanlıqla idarə olunurlar. Onlar tez-tez tərəddüd edir və qətiyyətli ola bilmirlər. "Onlar çox kövrək olur, stressə tab gətirə bilmirlər. Stress vəziyyətinə dərhal reaksiya verir, əsəbləşdikcə daha çox yeyirlər. Onlar həyatlarında nəsə uğursuzluq baş verəndə, zəifliklə üzləşən kimi yemək yeməyə başlayırlar. Çox vaxt bulimiya qurbanları iradəsiz insanlar olurlar. Onlar stressi azaltmaq, neqativ fikirlərdən qurtulmaq üçün çox yeyirlər. Bu cür adamlar yeməyi çox sürətlə yeyir və yaxşı çeynəmirlər".
Psixoloq əlavə edib ki, bulimiyanın səbəbləri müxtəlif olur. "Bulimiyaya stress, özünə güvən hissinin aşağı olması, beyində kimyəvi maddələrin və hormonların balansının pozulması səbəb olur. Lakin bulimiyada genetik faktorlar da müəyyən dərəcədə rol oynayır", - deyən mütəxəssis bildirib ki, nə qədər acınacaqlı olsa da, bulumiya uşaqlarda da müşahidə olunur: "Valideynlər uşaqları yemək yeməyə məcbur etməməlidirlər. Uşaqlarda piylənmə və ya bulimiya tutmaları müşahidə etdikdə isə ehtiyatlı olmalıdırlar. Valideynlər uşağı rejimlə yedizdirməyə çalışmalıdırlar. Bundan başqa, yeməkdən uşaq üçün mükafat və ya cəza kimi də istifadə etmək olmaz. Məsələn, bəzi valideynlər yanlış olaraq uşağa deyir ki, "dərslərini yaxşı eləmisən deyə sənə tort düşür" və ya əksinə".
Psixoloq məsləhət görür ki, insan özündə bulimiyanın əlamətlərini hiss edirsə, mütləq mütəxəssisə müraciət etməlidir: "Xəstə bulimiya zamanı elə psixoloji durumda olur ki, özü-özünə kömək edə bimir. O, vəziyyəti daha da ağırlaşdırır. Bulimiyaya laqeyd yanaşmaq və buna qarşı heç bir tədbir görməmək isə xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər. Xəstə müalicə olmaq üçün ilk növbədə anlamalıdır ki, onda bulimiya xəstəliyidir və o, müalicə olunacaq. Hər şey yaxşı nəticələnəcək və bunun çıxış yolu var. Eləcə də, bulimiya xəstəliyinin qurbanına çevrilməmək üçün profilaktik tətbirlər görmək lazımdır. Bunun üçün harmoniyada yaşamaq, heç kimlə konfliktə girməmək, özünə güvən hissini artırmaq lazımdır".
XƏBƏR LENTİ
Əvvəl 5, sonra 2 rayon qaytarıla bilər
Bu müalicə beyni dağıdır
Cennifer Lopesin 48 yaşı var, amma... - FOTO
Fındıqlı piroq (foto resept)
Şişləmə tort (foto resept)
Hava haqqında
Marsda həyat izləri 40 il əvvəl tapılıb
Spiral
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycanda münaqişəli ailələrin sayı artıb
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Nüvə müharibəsinin qarşısını almış sovet zabiti
Serdar Ortaç yeni sevgili tapdı?-FOTO
Şevval Şahinə sevgilisindən 120 minlik hədiyyə
Günün ulduz falı
Gəncədə həndbol üzrə açıq birinciliyə yekun vuruldu
Huawei - 20 milyon smartfona doğru
Azərbaycanda gənclər günüdür
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Azərbaycanda "inqilab ssenarisi": alver, acgözlər, villalar və milyonlar - ARAŞDIRMA
Xan Lənkəran
Trampın təriflədiyi 15 yaşlı Reyhan: "İxtiramla bağlı 5 investordan təklif gəlib"
Prezident İlham Əliyev yenidən jurnalistlərin dostu seçildi
Dəbli yay donları
Qaçqınlar təhlükə altında qalıb
Şəkil çəkmək asan iş deyil
İrəvanda böyük Qarabağ qorxusu
Məleykə Abbaszadə Beynəlxalq Mütəxəssislər Qrupunda təmsil olunacaq
Engin Altandan gözlənilməz qərar
Metro bağlanır - RƏSMİ
Sevginin əlamətləri
Sumqayıt və Xırdalan sakinlərinə ŞAD XƏBƏR
Cəbhədə gərgin gecə
Dilan Çiçək Kann festivalında göz oxşadı-FOTO
Metroda pulsuz Wi-Fi işə düşdü
“Qalatasaray” da PSJ-nin halına düşdü
Əxlaqi degenerasiya
Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü
Yumşaq divan dəstləri
Kökəlməyə səbəb olan pəhriz xətaları
Saçlarımız üçün hansı vitaminlər mütləqdir?
Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində məktəblərə 15 minə yaxın çanta və dərs ləvazimatı paylayıb
Mişel Obama kələm turşusu hazırlamağın sirrini bölüşüb
Şəhərlə birgə oyanır Bakı bulvarı...
Çiyələyin içərisində iynə aşkarlanıb-FOTO
Ay Yerə YAXINLAŞIR
"Zəhərli ata" xarakterinin xüsusiyyətləri
4 yaşlı oğul atanı peşman etdi
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Vətən Müharibəsində kəşfiyyatçı meşədə övladını itirib: “Oğlum gözümün qabağında vuruldu” - VİDEO