Ölkəmizdə ən çox yayılan xəstəliklərdən biri də şəkərli diabet xəstəliyidir. Təkcə keçən il ərzində statistik göstəricilərə əsasən, Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların sayı 182 min nəfər təşkil edib. Son 10 il ərzində ölkəmizdə şəkərli diabet xəstələrinin sayı təxminən 7 dəfə artmışdır. Bəs dövlət bu xəstəlikdən əziyyət çəkən insanlara hər hansısa güzəştlər nəzərdə tutubmu? Bu xəstəliyin fəsadları nəticəsində hər hansı bir orqanından məhrum olan şəxs əlil hesab olunurmu? Belə şəxslərə sosial yardım nəzərdə tutulurmu? Qanunvericilikdə bu məsələyə toxunulubmu?
Trend-in məlumatına görə, bu suallara Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi vəkil Aqil Layıcov cavab verib. Vəkil bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
"Göründüyü kimi, demokratik cəmiyyətin əsas meyarlarından biri sosial yöndə ehtiyacı olan şəxslərin asılılığına yardım etməkdir. Sosial təminata ehtiyacı olan şəxslərdən biri də anadangəlmə və yaxud sonradan qazanılaraq əlil olan şəxslərdir. Əlilliyin müəyyən olunması isə "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamə ilə müəyyən edilir. Həmin əsasnaməyə əsasən, məsələn, tutaq ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxsin ayağı buddan aşağı kəsilibsə, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs kimi tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy aldıqdan sonra ona 3-cü dərəcəli əlil statusu veriləcəkdir. Bu əlillik dərəcəsi isə Azərbaycan Respublikasının Prezidentinin sosial müavinətlərin məbləğinin artırılması barədə Fərmanına əsasən, 43 manat sosial yardım almaq hüququ verir", - deyə hüquqşünas bildirib.
Vəkil vurğulayıb ki, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli, 32 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli, 101 nömrəli qərarı ilə 2006-2010-cu illəri əhatə edən "Şəkərli diabet üzrə Dövlət Proqramı" qəbul edilmişdir. Həmin dövlət proqramına əsasən şəkərli diabet xəstələrinin bütün profilaktiki və digər zəruri müalicə vasitələri və preparatları dövlət hesabına maliyyəşir. Onun üçün də bu xəstəlikdən əziyyət çəkən şəxslərin ərazi xəstəxanasına müraciət etmələri və şəkərli diabet xəstəsi kimi qeydiyyata düşmələri vacibdir.
XƏBƏR LENTİ
Azərbaycanda qış romantikası
Çingiz Abdullayev "Neftçi" üçün Olimpiya stadionunu istədi
Məşhur futbolçunun 300 milyonu oğurlandı
Telefonla çox danışanlara bəd xəbər
Uşaq sağlamlığı üçün tövsiyələr
Ayda nəhəng tunel aşkarlandı - FOTO
KAPŞONLU JAKETƏ BAŞQA GÖRÜNÜŞ VERMƏK
Hazal Kaya geyimi ilə diqqət çəkdi-FOTO
Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Pakistana kömək təklif edib
Qadın snayperlər yetişdirəcəyik
2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan olundu
Sukerberqin sərvəti 23 milyard azaldı
Qol güləşçilərimiz bir günə 14 medal qazandı
2019-cu ilin ən varlı adamları - Siyahı
Ebru Yaşar Serdar Ortaça dəstək oldu
Xiyarın bu faydalarından xəbərsizsiniz!
BÜRCLƏR bizə nə vəd edir?- 7 fevral
Aynişan 7 il əvvəlki FOTOLARIYLA TƏƏCCÜBLƏNDİRDİ
Badımcan salatı (foto resept)
Pula çevrilmiş insanlar(satirik, tənqidi yazı)
"Qalatasaray" "Arsenal"ın futbolçusunu istəyir
Keyt Middltonun 14 ildir dəyişməyən çəkməsi-FOTO
Ovu qarnını yeyib çıxdı - FOTO
Qara nöqtələrə qarşı maska
"Burada "soyqırım" iddialarından söz gedə bilməz"
Çin yeni peyk buraxdı
Bu robotun emosiyaları var
Yeni dərs ilində uşaqlarınızı onurğa əyriliklərindən necə qorumalı?
Qışda sevgilinizlə necə vaxt keçirə bilərsiniz?
HAVA necə olacaq?
Bayram günlərində hava necə olacaq?
Hamiləlik dövründə faydalı olan qidalar
Gəlin ayaqqabıları
Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradılıb - FƏRMAN
Məşhur serial bu kanalda yayımlanacaq-FOTO
Azərbaycan qatarlarında maraqlı dəyişiklik
Limonlu duş
Elektrikli ütünün icadı
Gəncədə Avropa Oyunları ilə bağlı möhtəşəm fləşmob
Hamilə olduğunu doğuşdan 1 gün əvvəl öyrəndi-AZƏRBAYCANDA
Özcan Deniz yenidən evlənir-FOTO
Ebola təhlükəsi artır
Sabahın HAVAsı
Həyət evlərinin qeydiyyatı SADƏLƏŞDİ
Bakıda şimal küləyi əsəcək
QARABAŞAQ SIYIДћI (foto resept)
Məşhur aktyor aparıcılıq etməyəcək-SƏBƏB
Ən dəbdəbəli təyyarə interyerləri
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
Ermənilər Qarabağdan qaçmağa başladı