1.Xiyarın tərkibində gündəlik ehtiyacımız olan bir çox vitaminlər var. Tək bir dənəsində Vitamin B1, Vitamin B2, Vitamin B3, Vitamin B5, Vitamin B6, Folik Asit, Vitamin C, Kalsiyum, Dəmir, Mağnezyum, Fosfor, Potasyum ve Sink var. 2. Günortadan sonra yorğunluq hiss etdiniz? Çayı, qəhvəni, soyuq içəcəkləri bir tərəfə qoyun və bir xiyar yeyin. Xiyar yaxşı bir B vitamini və karbohidrat qaynağıdır və yediyiniz zaman saatlar sürən yorğunluğunuz bir anda yox olacaqdır. 3. Duş qəbul etdikdən sonra hamamda aynanızın dumanlanmasından şikayətçisiniz? Bir xiyar dilimi götürüb aynanı sürtün. Həm dumanlanma yox olacaq həm də parıldayan bir aynaya, nəfis qoxulu hamama sahib olacaqsınız. 4. Həşəratlar baxçanızı və ya dibçək bitkilərinizi məhv edir? Baxçanız üçün bir alminum qaba, ya da alminum klyoka xiyar dilimləri qoyub bir tərəfə qoyun. Saxsı dibçəklərinizə isə yenə də bir neçə dilim xiyarı alminum qaba qoyub torpağın içinə yerləşdirin. 5. Xanımlar, küçəyə çıxmazdan əvvəl və yaxud dənizə, hovuza girməzdən əvvəl bir müddətliyə sellütlərinizdən xilas olmaq istəyirsiniz? Problemli nahiyənizi xiyar dilimi ilə bir neçə dəqiqəlik ovun. Xiyardakı fitokimyasallar dərinizdəki gərilimi artırar və xarici təbəqəni sıxlaşdırıb sellütlərin görüntüsünü azaldar. Eyni zamanda qırışıqlara da yaxşı təsir edir. Xüsusən də gözətrafı dəriniz üçün. 6.Baş ağrısından qurtulmaq istəyirsiniz? Yatağa girməmişdən əvvəl bir neçə dilim xiyar yeyin. Sabah səhər sapsağlam,baş ağrısız qalxın. Xiyarda vücudun itirmiş olduğu lazımlı maddələri yetərli miqdarda əvəz edən şəkər, B vitaminleri ve elektrolitleri olduğu üçün yediyiniz bir neçə dilim problemləriniz tez bir zamanda yox edəcək.
7. Xüsusilə pəhrizdə olanlar, aclıq hissinizi ortadan qaldırmaq üçün xiyar yeyin. 8. Eviizdə ayaqqabı boyanız qurtarıb? Təzə kəsilmiş bir xiyarla ayaqqabınızı sürtün. Içindəki kimyəvi maddələr ayaqqabınıza tezliklə həm gözəl görüntü verər həm də su keçirməsinin qarşısını alar. 9. Evinizdə qapı, pəncərə və yaxud oxşar bir şey cırıltı edir? Bir dilim xiyarı cırıldayan yerə sürtün. Təbii ki, dəqiq yerə sürtün əks halda faydası olmaz. 10. Özünüzü gərgin, bitgin hiss edirsiniz? Xüsusilə də dərs hazırlayan şagirdlər, imtahana hazırlaşan tələbələr, yeni ana olmuş qadınlar və s. Bir qab qaynar suyun içinə bir xiyarı doğrayıb qoyun, qabı da olduğunuz otağa qoyun, xiyardakı vitaminlər və digər maddələr qaynar su ilə təmasa girərək suyun buxarı ilə birlikdə olduğunuz otağa yayılaraq nəfis bir qoxu yaradacaq, bu qoxu sizin bütün gərginliyinizi aradan qaldıracaq. Tələbələr bunu hökmən sınaqdan keçirməlidirlər. 11. Yemək yemisiniz və ağzınızdan pis qoxu gəlir?bir xiyar dilimi alıb ağzınıza yerləşdirin, və ən az 30 saniyə elə tutun, pis qoxuya səbəb olan bakteriyaların bu yolla yox olduğunu görəcəksiniz. Soğan və sarımsaq yönündə hələ ki bir təcrübə yoxdur, bunu da siz sınaqdan keçirib əmin olun.
12. Hamam otağınızı, karantınızı ətrafa ziyan vermədən bir şəkildə təmiz etmək istəyirsiniz? Bir dilim xiytarı təmizləmək istədiyiniz yerə sürtün. Sadəcə illərlə yığılmış çirki, ləkələri təmizləməklə kifayətlənməz, əlavə olaraq gözəl bir parlaqlıq verir. Bunun yanında əlləriniz də o kimyəvi maddələrin yaratdığı ziyandan xilas olmuş olur. 13. Qələmlə yazarkən bir xəta etdiniz və onu silmək istəyirsiniz? Xiyar qabığını alıb yavaşca silmək istədiyiniz yazıya sürtün. Boya qələmlərində də olduqca yararlıdır. Bildiyiniz kimi, bəzən uşaqlar divarlara lazımsız yazılar yazır, onları da təmizləmək üçün sınaya bilərsiniz.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR