Saat 17:00-da başlamış iclasda “Neftçi”nin Müşahidə Şurasının üzvləri təsdiqlənib.
Xatırladırıq ki, “Neftçi”nin strukturunda ediləcək dəyişikliyə görə, bundan sonra klubda prezident postu olmayacaq. Əvəzində Müşahidə Şurası kluba rəhbərlik edəcək.
İclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayev çıxış edib: “Bu gün nəinki "Neftçi"nin, Azərbaycan futbolunda dəyişiklik vaxtı gəlmişdi. Keçən il qərara alınmışdı ki, klublarda Müşahidə Şurası yaradılsın. Müəyyən problemlər oldu. Bilirsiniz ki, "Neftçi" Futbol Klubu ayrı qurum idi. Bizim "Neftçi" İdman Klubumuz var ki, 36 idman növündə 5 minə yaxın idmançı var. "Azərneftyağ" neft emalı zavodu bağlandıqdan sonra qərara gəldik ki, futbol klubunu cəmiyyətin tərkibinə verək. Futbolun inkişafı üçün yeni struktur düşündük. Bu gün bunun qərarını verdik. "Neftçi" Futbol Klubunda artıq Müşahidə Şurası yaradıldı. Bu Müşahidə Şurasına 7 üzv təklif edirik. Seçim sonra olacaq. Düşündük ki, tanınmış simalar yer alsın bu şurada. Çingiz Abdullayevdən xahiş etdik ki, bu şuraya rəhbərlik esin. O, "Neftçi"sevərlərdəndi. Sağ olsun ki, təklifimizi qəbul etdi. Bəhram Bağırzadə də təklifimizi müsbət qarşıladı. Tanınmış futbolçularımız Mübariz Zeynalov və Səməd Qurbanov da razılıq verdilər bu Şurada iştirak etməyə. Biz də "Neftçi" Zaur Qəhrəmanov və mən də bu şurada yer alacağıq. "Neftçi"nin aksiyaları buraxılacaq. Biz də gələn ilə qədər artıq şəxsi klub olmayacaq, ictimaiyyət idarə edəcək”.
Komandanın aksiyalarının satılacağını deyən AFFA rəhbəri bildirib ki, klub idarəçiliyi ictimailəşəcək: “Bunun təhlilini aparmışıq. Azərbaycanda son 15 ildə 18 klub fəaliyyətini dayandırıb. Bunun qarşısını almağa çalışırıq. Avropada klubların 100 yaşları var. Çünki orda klublar ictimailəşib. Biz də qərara aldıq ki, bu yolla getməliyik. Rayonlardakı klublar da belə idarə olunacaq. Dövlət tərəfindən maliyyələşmə mexanizmi düşünüləcək. Artıq heç bir klub bir adamın olmayacaq. Artıq hər klub öz bölgəsinin klubu olacaq, orda hamı cavabdeh olacaq. Məncə, bu daha doğru yoldu. Biz də bunu "Neftçi"dən başladıq. Bu, İdarə Heyətinn giriş iclasıdı. Müşahidə Şurasında yer alanlar bu işə həvəslə girişirlər. İnanıram ki, bunun futbolumuza dəstəyi olacaq. Bütün klubun idarəçiliyi Müşahidə Şurasına keçib”.
Ardından Çingiz Abdullayev çıxış edib: “Son iki gündə bu barədə çox oxudum. Futbolu çox sevirəm. Biz hüquq fakültəsində oxuyanda – 1976-cı ildə böyük komanda yaratmışdıq. Hətta həmin vaxt "Neftçi"ni də məğlub etmişdik. O vaxt cəsarətim çatırdı, başa düşürdüm ki, məndən güclü oynayanlar var. İndi görürəm ki, mənim bu təyinatımı tənqid edənlər var. Amma söz verirəm ki, meydana çıxmayacam. Futbolu da bilirəm. Uşaqlıqda həmişə "Neftçi"nin stadionunu dolu görürdük. Amma 1966-cı ildən sonra böyük uğurumuz olmadı. Bu təklifi eşidən kimi razılıq verdim”.
- Düz başa düşdüksə, "Neftçi" artıq futbol brendinə çevrilib. Sizin missiyanız nə olacaq? Beynəlxalq aləmdə bu klubu tanıtmaq üçün hansı addımlar atacaqsınız?
Çingiz Abdullayevə ünvanlanan bu suala AFFA prezidenti Rövnəq Abdullayev cavab verib: "Birinci ölkə daxilində uğurlar qazansın. İlk növbədə azarkeşləri bura yığmaq lazımdı. Çingiz müəllimin də bunda böyük rolu olacaq.
Ç.Abdullayev: - Oturan kimi dedim ki, Olimpiya stadionunu "Neftçi"yə verin. Amma dedilər ki, əvvəlcə indiki stadionu doldurun. Hamı gəlməlidi ki, böyük stadion dolsun.
- Çingiz müəllim, yeni sistemdə "Neftçi"nin hansı planları var?
- İlk iş yığışıb danışmaqdı. İnsan vəzifəyə gələndə düşünür ki, hamıdan ağıllıyam. Bu yanlış düşüncədi. Mən o vaxt elə bilirdim ki, harasa rəhbərlik edə bilmərəm. Amma sonra Yazıçılar Birliyinə çağırdılar, rəyasət heyətinə rəhbərlik etməli idim. Halbuki, onda dahi şəxsiyyətlər var idi. Dedim ki, mən bu iclası apara bilmərəm. O vaxt onlardan biri desəydi ki, cavansan, dur get, gedərdim. İndi "Neftçi"də də təcrübəli adamlar var, ömür boyu futbolla məşğul olanlar var. Səmədağa Qurbanovun oyununu yaxşı xatırlayıram. İlk növbədə məsləhətləşməliyik. Bu təcrübəlilər nə məsləhət verirlər. Fakt mən yazıçıyam. Bu işləri tək həll edə bilmərəm, peşəkarlarla çalışacam. Əgər növbəti seçkidə məni ismətəsələr, burda qalmayacam.
- Müşahidə Şurasında jurnalist olmayacaq? AFFA tərəfindən bu məsələ də qeyd edilmişdi...
- Rövnəq Abdullayev: Seçim dediyim kimi, yerlərdə olacaq. Rayonlarda ictimaiyyət özü seçəcək. Bu məşvərətli orqan olmayacaq. Qərar verən orqan olacaq. Futbolda hələlik gəlir gözlənilmir. Hazırda iki variantımız var, bununla bağlı hökumətlə də, nazirlərlə də danışırıq. Böyük bazalarımız var. Onların inkişafına çalışırıq. Federasiya hamısının öhdəliyini üzərinə götürə bilməz. Klubları şirkətlərin maliyyə asılılığından qurtarmağa çalışırıq.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kağız "qarlar" (FOTO)
Halitlə Bergüzar dostlarına hədiyyə almağı qadağan etdi-SƏBƏB
"Canım qurtardı"
Tez ev tikmək üçün sadə konstruksiya
Quran öyrənib ölümdən qurtuldular
Xərçəngə qalib gəlib Türkiyə gözəli oldu!-FOTO
Şotlandiya müstəqilliyə "yox" dedi
Anomal, yoxsa normal hava?
Bakıya duman çöküb
Cerenin “güpür” qalmaqalı - FOTO
7 ildir gəmidə yaşayır
VB 6 Pəhrizi (Vegan Before 6)
Müsəlman uşağın xeyirxahlığı
Putinin Qarabağ planı işə düşür
Gələn həftə son 68 ilin ən nadir hadisəsi baş verəcək
Prezident yeraltı keçidin açılışında iştirak etdi (FOTO)
Birinci sinfə qəbulda yenilik
Hacıqabul gölündəki flaminqolar...
İştah açan ayaqqabılar
EVlilik təklifi etdi HƏBS olundu-SƏBƏB-VİDEO
Qadınlar ideal olmaq istəyir (2-ci hissə)
Dünyanın ən məşhur muzeyləri
Azərbaycanda koronavirusa yoluxan həkimlərin sayı açıqlandı - RƏSMİ
"Bir ailə bir uşaq" siyasəti ləğv olunur
Ekler peçenyesi
Beren Saat Kənan Doğulunun sözünü yerə saldı-FOTO
"İlin qadını" o seçildi
Azərbaycanda İİV-in ən çox yayıldığı şəhər və rayonlar
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
Mərci şorbası (foto resept)
Paytaxtda güclü külək olacaq
Pomidorun orqanizmə xeyri
Milli Qəhrəman Çingiz Qurbanov haqqında film
Kirpiklərin qənimi
Ən çox qazanc əldə edən film oldu
Gün işığı görməyənlərə
Murat Bozdan 1 MİLYONLUQ MÜQAVİLƏ
Manikür modelləri
İşdə sizə kömək olacaq oyuncaqlar
Şuşa ətrafında gedən döyüşlərdə həlak olan hərbçilərin cəsədlərinin mübadiləsi həyata keçirilib
İrina Şeykdən gözlənilməz FOTO
Aclıq hissinin aradan qaldırmağın yolları
“Eurovision-2014”ün yarımfinal və final mərhələsinə biletlər aprelin 4-dən satışda olacaq
Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər - VİDEO
Girovlar qaytarılmalıdır
Bankok sakinləri havasız qaldı-FOTO
Qadın.Netlilərin körpələri - 5 (Son)
Dərviş Kiyevi partladır və kəsək daşa ağlayanda
Hipnoz















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]