15-17 yaşlı analar tərəfindən dünyaya gələn uşaqların sayı diri doğulanların ümumi sayına nisbətən 1.7% təşkil edib. Ölkədə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ötən il 25 069 nəfə olub. Onlardan 10 892-si şəhər yerlərində, 14 177-si kənd yerlərində dünyaya gəlib. Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı diri doğulanların ümumi sayına nisbətən 14.5% təşkil edib.
Hüquqşünas Ramil Qaçayev bildirib ki, Ailə Məcəlləsinin 10-cu maddəsinə görə, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur: "Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bunun üçün qızın ailəsi və ya qız özü icra hakimiyyətinə müraciət etməlidir. İcra hakimiyyətində qəyyumluq idarəsi tərəfindən qızın ailə qurmağa hazır olduğu araşdırılır".
Hüquqşünas qeyd edib ki, 15-16 və daha az yaşda ailə qurmaq isə qanunsuzdur. Cinayət Məcəlləsinin 152 maddəsinə görə, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət sayılır. "Yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır" deyən müsahibimizin sözlərinə görə, xanım məcburi ərə verilirsə, polis və prokurorluq orqanlarına müraciət edə bilər: "Əgər qız qaçırılıbsa, bu, adam oğurluğu hesab olunur. Adam oğurluğuna görə də şəxs cinayət məsuliyyətinə cəlb olunur".
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, erkən nikahlar ilk növbədə psixoloji və fizioloiji problemlər yaradır: "Çünki erkən yaşda və nikaha hazır olmayan, bəzi hallarda nəzəri biliklərə bələd olmayan uşaq ərə verilir. Bu, uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır. Çünki Uşaq Hüquqları Konvensiyasına görə, 18 yaşadək hər kəs uşaq sayılır. Onların düşüncə tərzi, fiziki və sosial status baxımından uşaq hesab olunur. Nikaha daxil olmaq qərarını əksər hallarda onların qəyyumları və valideynləri verir. Bu da uşaqların hüquqlarının kobud şəkildə pozulmasıdır" deyən Zeynalovaya görə, düzdür, çox vaxt belə valideyn və qəyyumlar cəmiyyətə bildirirlər ki, uşaqlar özləri ərə getmək istəyir. "Amma istənilən 18 yaşa qədər hər kəs uşaq hesab olunur. Onların, fiziki inkişafı, təhsili və sağlamlığına həm dövlət, həm də valideynlər cavabdehdir. Valideyn uşağı ərə verməklə onun sağlamlığına, təhsilinə, sosial statusunun inkişafına maneçilik törədir".
M.Zeynalova bildirib ki, erkən yaşda ünsiyyət qurmaq və davranış modeli formalaşmır: "Ola bilsin ki, yeniyetmə kənardan yaşından böyük görünsün, hansısa məsələdə fərasətli olsun, amma onun beyninin inkişafı 25 yaşında olan qızın beyninin inkişafı kimi deyil. Bu da onu göstərir ki, onlar hələ ailə münasibətlərinə hazır deyillər".
Onun dediyinə görə, erkən yaşda ərə verilən qızlar ailədə qul kimi işlədilir və yaxud ailə məşişət problemləri ilə yüklənir. Bu isə həmin uşaqların psixologiyasında ciddi problemlər yaradır.
Zeynalova deyir ki, erkən nikahların qarşısını almaq üçün cəzaların ağırlaşdırılması nəzərdə tutulmalıdır: "Valideynlər, qarşı tərəf cinayət məsuliyyətinə cəlb edilməlidir. Bunu bilən və biganə qalan təhsil müəssisələri, həmin ərazidəki polis, tibb müəssisəsi - bunlar hamısı məsuliyyət daşımalıdır. Çünki onlar baş vermiş hadisə barədə susub. Amma bəzi hallarda stereotip və ənənələri qabardırlar. Ölkədə belə qanun var ki, uşaq dövlətə məxsusdur. Valideyn isə bunu anlaya bilmir. Valideynin uşaqla əmlak kimi davranması qız uşaqlarının erkən nikaha girməsinə gətirib çıxarır. Qarşı tərəf də eyni formada əmlak şəklində həmin insandan istifadə edir. İnsan kimi ona yanaşmır".
Onun sözlərinə görə, məcburi nikaha nisbətən erkən nikahın törətdiyi problemlər daha qlobaldır: "Məsələn, ərə gedən qız rəsmi qeydiyyata düşə bilmir, əmlak hüququndan kifayət qədər istifadə edə bilmir, uşağına atalıq haqqı ala bilmir. Onun gələcək statusu müəyyən olunmur".
Müsahibimiz keçənilki statistik məlumatlara istinad edərək, insan alveri qurbanları arasında xeyli erkən nikah quranların olduğunu bildirir: "Təsəvvür edin ki, erkən yaşda ailə quran qızlar cinayət qrupları üçün əlverişli hədəfdir. Onlara heç kim yaxın durmur, kifayət qədər diqqət göstərmir, valideyn öz məsuliyətindən atır. Bu halda cinayətkar qruplar onlardan istifadə edirlər. Çünki onlar uşaqla küçədə qalırlar və ya iqtisadi imkanları olmur, peşə bacarıqları, təhsilləri yoxdur".
Genekoloq Xatirə Bağırovanın sözlərinə görə, erkən cinsi əlaqədə olmaq qız orqanizmi üçün ziyandır: "Erkən cinsi əlaqə həm qız, həm də oğlan üçün psixoloji problemlər yarada bilər. Bununla yanaşı, fiziki sağlamlıq üçün də təhlükəlidir. Yeniyetmə üçün cinsi əlaqə, xüsusilə də, qızın sağlamlığına güclü ziyan vura bilər. Erkən cinsi əlaqə 17-18 yaşa qədər yaşanan əlaqə hesab olunur. Bu yaşa qədər hamiləlik və doğuş həm ana, həm də uşaq üçün təhlükəlidir. Bu yaşlarda hamiləlik uşağın tələf olması və ya abortla nəticələnir. Hər iki halda qadının orqanlarına müdaxilə olunur ki, bu da sonsuzluqla nəticələnə bilər".
Həkim bildirib ki, erkən hamiləlik zamanı hormonal pozğunluq da yarana bilər: "Yeniyetməlik dövründə qızlarda hormonal stabillik olmur. Hamiləlik isə orqanizm üçün hormonal stresdir".
XƏBƏR LENTİ
“Kurtlar Vadisi Vətən” təqdim olundu: Polad Ələmdar həyat yoldaşı ilə qala gecəsində
Kahının inanılmaz faydaları
“Avroviziya” təmsilçimiz Samirə Əfəndi “Kleopatra”sı ilə qalib oldu - VİDEO
Souslu kotlet (foto resept)
Sabahın HAVASI
Yeni planet kəşf edildi
Apple və Google məlumatları paylaşır
Təcavüzdə ittiham olunan Tatlısəslə bağlı məhkəmə qərar çıxardı
Serenayın bu fotosu "like" atəşinə tutuldu
2017-ci ildə uğur qazanmaq istəyirsizsə, MÜTLƏQ BUNLARI EDİN! - TÖVSİYƏLƏ
Mehriban Əliyeva UNESCO-nun Baş direktoru ilə görüşüb - FOTO
Göylər eşqim qədər mənə əzizdir..
Kəpəkli saçlar üçün maska
Qədərində yeyin, sağlam olun!
Südlü şirniyyat (foto-resept)
"Güldür Güldür" Şousu faciə ilə bitdi!-FOTO
DİM buraxılış imtahanı ilə bağlı komissiya yaratdı
Təbii antibiotiklər
Azərbaycan otellərinin 1 gecəlik qiyməti - ŞOK
Azərbaycanda peşə məktəblərini bitirənlərə müjdə
Putin səsvermədə birdəfəlik qələmdən istifadə etdi-VİDEO
Saçlarınız üçün lazım olan qidalar
Doğuşdan sonra idman
Dişlər onurğa sınığı olan pasiyentləri həyata qaytaracaq
Kartof pirojnası (foto resept)
Məşədi İbad yeganə əxlaqlı adamdır...
Məşhur ekstrasens Koronavirusun Bitəcəyi Tarixi Açıqladı
Bayram süfrəniz üçün pendirli şam ağacı(foto resept)
Bunları bilirsinizmi?
Yeni avtobuslar gəlir
Jan-Klod van Dam Türkiyədə idman mərkəzləri açacaq
Toyuq içalatından peraşki (foto resept)
Fahriye və Burakın övladına milyonluq təklif
Koronavirusdan sağalan 11 nəfər infeksiyanın müalicəsi üçün donor oldu
HAVA necə olacaq?-16 yanvar
Sızanaq izlərini yox edən maskalar
Torta Mikki Maus görünüşünün verilməsi
50 yaşlı nənə dördəm doğdu - FOTO
Gözəllik üçün maskalar
İstirahət gününün hava proqnozu
Sərnişin maska taxmasa, avtobus hərəkət etməyəcək - BNA
Limonlu maffınlər (foto resept)
Bürclər necə üzr istəyir?
Ronaldunun 4 -cü uşağı doğuldu - FOTO
İrem Derici şikayətləndi
Antonio Vivaldi
Bu məkanda insan 1000 il yaşaya bilər
Polenlərə qarşı allergiyanızla mübarizə aparın
Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq
Sadə mantı (foto-resept)
- ŞƏRHLƏR