Kolleclərə qəbul olan gənclərin 8484 nəfəri Azərbaycan bölməsi, 302 nəfəri rus bölməsinin abituriyentləridir. Müsabiqə nəticəsində qeydə alınmış ən yüksək keçid balı 53, ən aşağı keçid balı isə 16 bal olub.Abituriyentlər arasında bəzən düzgün anlaşılmayan bir məsələyə aydınlıq gətirmək istəyirik. Müsabiqədə iştirak etmək üçün tələb olunan minimal bal həddi ilə hər hansı ixtisasa keçid balı arasında fərq varmı, yoxsa bunlar eyni şeydir? Əlbəttə, bunlar tamamilə fərqli anlayışlardır. Müsabiqə şərti TQDK tərəfindən müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Bu o deməkdir ki, müsabiqədə yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Tutaq ki, cari ildə imtahan verən hər hansı abituriyent 17 bal toplayıb. Lakin onun bir fəndən balı 8-dən azdır. Bu halda mövcud müsabiqə şərtini yerinə yetirmədiyinə görə onun müsabiqədə iştirak etmək hüququ olmayacaq. Keçid balı isə müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 25 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 140 nəfər göstərib. Bu zaman həmin 140 nəfərdən ən yüksək bal toplayan 25 abituriyent bu ixtisasa qəbul edilir və 25-ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur.Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilirdi. Abituriyentlər yalnız öz elektron ixtisas seçimi ərizələrində göstərdikləri ixtisasların müsabiqəsində iştirak ediblər. İxtisas kodlarının ardıcıllığını abituriyentlər özləri müəyyənləşdiriblər. Müsabiqə zamanı abituriyentlərin yerləşdirilməsi onların seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilib və onlar müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdiriliblər.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Rusiyanın məşhur verilişi Bakıda çəkildi
Cem Yılmaz keçmiş xanımından danışdı-FOTO
"Altılıq" Cenevrəyə toplaşır
Hamiləlikdə pilates etməyin faydaları
Bu da dünyanın ən güclü elkektrokarı
Ağ dəriyə qovuşmaq artıq asandır
İlham Əliyev: “Bizim şərtimiz birdir – çıxsın bizim torpaqlardan!”
Ağ kələmin 4 şəfalı xüsusiyyəti
Tərəvəzli pəhriz şorbası
"Ballı tort" (foto-resept)
Xanımlar üçün avtomobillər
Son 60 ilin əfsanə və rekordları
İlham Əliyev: “Artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir”
Zerrin Özer bir daha məhkəməyə müraciət etdi
"Whatsapp"da mesajları "screenshot" edənlərə BƏD XƏBƏR
Ən xoşbəxt olduğumuz saat bilindi
Müasir vanna otaqları
Qadınlar kişilərdən nə istəyir?
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezident İlham Əliyevin Kürdəmir rayonuna səfəri
"Ürəklərindəki şeytanı mələk edəcəyəm"
23 il sonra Lələtəpədə Quran səsi eşidildi
Azərbaycan ordusunun şərəfinə yeni medal təsis olunur
Yeni dünya müharibəsi başlayır
"Terminator"un məşhur aktyoru intihar etdi-FOTO
Zəmzəm suyunun möcüzəsi
Günün qoroskopu: bədbinliyə qapılmayın
Lələtəpə şəhidinin medalı 4 yaşlı oğlunun sinəsində parlayır
Çəntinliklərin öhdəsindən necə gəlməli?
Pendir, bığ və həyatın gözəlliyi
Kosmosdan nə iyi gəlir?
Məşhur aktrisa Ərini Aldadıb Qaçdı-FOTO
Artıq vakant yerlərin müsabiqəyə çıxarılması MƏCBURİDİR
Kadırovdan müsəlman ölkələrinə müraciət
“Stress çarxı”ndan sonra daha bir aksessuar satış rekordları qırdı - FOTOLAR
Ziyafət çantaları
Sağlam ol (1-ci hissə)
Doğuşun yaxınlaşdığını göstərən 4 hal
Leyla Əliyeva körpələrlə görüşdü
365 min dollara kompüter satıldı
Zirəddin Rzayev "Ekstrasenslər"in olmadığını ETİRAF etdi-VİDEO
Ağıllı insanların diqqətəçarpan xüsusiyyətləri
Dünyanın ən varlı adamı artıq odur-FOTO
Diş sağlamlığı üçün qidalar
"Eurovision"da 10 ölkə final mərhələsinə keçdi - SİYAHI -VİDEO
İsti havada necə qidalanaq?
Sinə xərçəngi haqqında
Yarpaqları toxumaq
Tom Kruz karantinə alındı
Atatürk köşkündə gizli sığınacaq tapıldı-FOTO















- ŞƏRHLƏR