
31 yaşlı Nərminə Vəliyeva da diş əyriliyindən əziyyət çəkir. Dişlərinin uşaqlıqdan əyri olduğunu deyən müsahibimiz indiyədək gülüş hədəfi olduğunu bildirir: "Dişlərim adi əyri dişlərdən deyildi. Üst-üstə çıxır, vampir görünüşü verirdi. Normal danışanda görünmür, lakin güləndə qarşımdakıların donub baxmasından başa düşürdüm ki, gülüşüm qorxuncdur. Universitet illərində mənə həkim o dişlərin mütləq çəkilməli olduğunu dedi. İllər sonra başqa bir həkim breketlər vasitəsilə dişlərimin qaydaya düşəcəyini bildirdi. 4 aydır breketdəyəm. Nəticəsinin yaxşı olacağına inanıram".
Dişlərin və diş sırasının anomaliyalarının əmələ gəlməsi bir çox faktorlardan asılıdır. Çənənin qüvvədən qalması, damaq əyrilikləri dişlərin damaqda müxtəlif hissələrdən çıxmasına səbəb olur. Uşaqlıqdan bir sıra pis vərdişlər, uzun müddətli əmzik əmmək, barmaq sormaq, tənəffüs yollarının xəstəlikləri, genetik faktorlar da şərait yaradır ki, dişlər düzgün yerləşməsin. Əyri və düzgün olmayan dişlər insanı kompleksə salır, diş xəstəliklərinin yaranması riskini artırır, dişlərin vaxtından əvvəl sıradan çıxmasına səbəb olur. Dişlərin düz olmamaması çeynəmə prosesini də çətinləşdirir və nəticədə gicgah-çənə oynağında disfunksiyalara səbəb olur. İstər kosmetik, istərsə də fizioloji problemlərin yaranmaması üçün dişlərin sıraya salınması vacibdir.
Həkim-stomatoloq Firuz Qurbanovun sözlərinə görə, dişlərin əyriliyi ilə ortodontik stomatoloqlar məşğul olur və bu gün Azərbaycan bu baxımdan çox inkişaf edib. Dişlərin düzəlməsi üçün çıxan plastinkalar, funksional aparatlar və çıxmayan breketlər, konstruksiyalardan istifadə edilir ki, bunun nəticəsi də çox effektiv olur: "Ağızda düzgün yerləşməyən, bir-birinin üstündə çıxan dişlər, təbii ki, damağa ziyan vurur. Bu cür dişlər sonradan xəstədə qinqivit, daha ağır halda paradontit əmələ gətirir. Bu formada davam etdikdə hətta ən sağlam dişlər belə bir müddət sonra laxlamağa başlayır və nəticədə düşür. Bir-birinin üstündəki dişlər normal yerləşmədiyindən qida qalıqları qalır, kariyesə, çürüməyə səbəb olur. Dişlər tez-tez fırçalansa belə, ağız qoxusu davam edir. Bu vəziyyətin tək çıxış yolu odur ki, breketlərdən istifadə olunsun".
Onun dediyinə görə, əvvəllər breketlər indiki kimi rahat deyildi. Belə ki, üst damağa oxşar damaq təbəqəsi və qarşısından dişləri ön tərəfdən sıxmaq üçün tel keçirilirdi. Xüsusən azyaşlılar üçün bu cür breketlər çox əlverişsiz idi. Üstəlik belə tellərlə effektiv nəticə almaq olmurdu. Çünki səhər-axşam bu damaq çıxarılmalı, yuyulmalı və yenidən ağıza salınmalıdır. Əksər hallarda xəstələr bunu unutduqları üçün breketlərin də effekti olmurdu. "Lakin hazırda breketlər də fərqlidir və xəstə özü breketi söküb yenidən dişlərinə bağlaya bilmir".
Breketlərin istifadəsindən danışan həkim bildirir ki, breketlər valideynin istəyinə uyğun deyil, dişlərin vəziyyətinə uyğun təyin olunur. Əksər valideynlər uşaqların dişləri formalaşmamış, dişlər tam çıxmamış digər dişlərə breket qoyulmasını tələb edir, halbuki breket 13-15 yaşından aşağı uşaqlar üçün, eləcə də dişləri tamamilə çıxmayanlar üçün olmaz: "Bəzən elə hallar olur ki, dişlər diş sırasından yuxarıda çıxır və valideyn tələb edir ki, bu diş çəkilsin. Diş bir müddət sonra aşağıya enib digər dişlərlə eyni sıraya gəlir. Eləcə də əyri olan dişlər digər dişlərin çıxması ilə normal vəziyyətinə qayıdır. Breket o zaman qoyulur ki, dişlərin çıxması artıq sona çatır və heç bir dəyişiklik olmur. Bu zaman breketlər qoyula bilər. Uşaqlarda isə dişlərin fizioloji olmayan vəziyyətini breket-sistemlərin deyil, xüsusi çıxarılan ortodontik plastinlərin köməyilə düzəltmək mümkündür. Breketin ümumi yaşı yoxdur. Bu müalicədən ağzında dişi olan hər kəs istifadə edə bilər".
Həkimin bildirdiyinə görə, müalicə müddəti 1 il, bəzən daha çox olur ki, bu da dişlərdən asılıdır. Onun sözlərinə görə, yenə dişlərin vəziyyətindən asılı olaraq bir neçə aydan sonra breketlər sıxlaşdırılır. "Çox az ağrısı olur, lakin hər sıxlaşdırmadan 1 gün sonra ağrı yox olur. Xüsusi qulluq tələb edir. Əks halda müalicənin müddəti də uzanacaq və xəstə daha tez-tez həkimə müraciət etməli olacaq. Gündə 2 dəfə və xüsusi kiçik fırçalarla qulluq olunan və təmiz saxlanılan breketlər 2-3 ay müddətində çıxarılmadan saxlanıla bilər".
Breketlər görünüş və qiymət baxımından da müxtəlifdir. Linqval breketlər qiymət baxımından bahalı breket hesab olunur. Çünki bu breketlər dişin arxa divarı boyunca hörülür və gülən, danışan zaman gözə görünmür. Eyni zamanda belə breketlər görünmədiyindən onları təmizləmək də çətin olur. Sapfir breketlər şəffaf olmaqla yanaşı, dişlərin xarici tərəfindən bərkidilir. Diqqətlə baxmadıqca breketlər insan gözünə dəyməz, yox hissiyatını verər. Metal breketlər dişlərin xarici tərəfindən bərkidilir, gözlə görülür. Belə breket sahibləri də breketlər çıxarılana qədər kompleksli olur, çünki diş üzərindəki dəmirlər aşkar gözə çarpır. Rəngli breketlər də mövcuddur ki, bu, plastikdən hazırlanır, amma belə breketlərlə çox ciddi qüsurları düzəltmək məsləhətli deyil.
Stomatoloq bildirir ki, Azərbaycanda breketə ehtiyacı olan insanlar kifayət qədərdir. Lakin nədənsə həkimə bu baxımdan müraciət edənlər azdır. Onun sözlərinə görə, ciddi müayinə olunsa, hər 3 insandan 2-si müalicə olunmalıdır. "Uşaqlarda dişlərin dəyişmə dövründə çənə inkişaf edir və sümük toxuması tam formalaşmadığı üçün ortodontik müalicə çox yaxşı effekt verir. Buna görə də diş sırası dişləmdə olan problemlərin erkən yaşlarda həll edilməsi daha məsləhətdir".
Mənbə: Ekspress.Az
XƏBƏR LENTİ
Eynşteynin məktubu ŞOK qiymətə satıldı
Koronavirusdan ölüm riskini 40 faiz artıran SƏBƏB
Ana ölümlərinə görə tibb işçilərinə SƏRT CƏZALAR VERİLİB
Həyat ölümdür!
36 uşaqlı ailə
Azərbaycanın bir rayonu bu gün qazsız qalacaq
Psixoloqdan HƏYƏCAN TƏBİLİ: "Uşaqlarınızın məhrəm yerlərinə toxunmayın"
Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO
Çöplü peçenye (foto resept)
Yağış, sulu qar və külək
2019 MTV Avropa Musiqi Mükafatları
Dünya belə səyahət görməmişdi
Balanın ana sevgisi: kövrək hekayət
Gmail-də daha bir yenilik
Günün ulduz falı
İstanbula qış səyahəti (I hissə)
Oskar almağa ən çox şansı olan filmin adı açıqlandı
COVID-19-la bağlı son STATİSTİKA
Uşaqlığın düşməsi (sallanması)
Bakının göydələnləri: gözəllik, yoxsa əsəb?
Şahzadə Beatris ərə gedir-FOTO
Antibiotiklərdən əvvəl həyat necə idi?
Hava haqqında - 26.01.2014
Ledi Qaqa yenə Geyimi ilə Diqqət Çəkdi-FOTO
İpoteka kreditləşməsində yeni mərhələ
Meyvələrə sehirli toxunuş
Azərbaycan idmançıları Rusiyadan 8 medalla qayıdırlar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Beyin xərçənginin müalicəsində yeni üsul tapıldı
DİQQƏT! Lazer epilyasiyası sonsuzluq yaradır? - FOTO
Düşmən qüvvələri arasında silahlı qarşıdurma: Ölənlər var - RƏSMİ
Azərbaycanlı fanatından Bülent Ersoya 100 min dollarlıq hədiyyə
Beren Saat bikinidə görüntüləndi - FOTO
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Ovannisyan istefa verdi və ya “taktiki olaraq geri çəkildi”
Ərdoğandan Bakıya gözlənilən səfəri ilə bağlı VACİB AÇIQLAMA
"Yeni il" salatı (foto-resept)
Gəlinlər üçün gözəl ayaqqabı modelləri
Metabolizmanı 15 günə sürətləndirmək üçün tövsiyələr
ABŞ-da dünyanın ilk vakum qatarı sınaqdan keçirildi
İkinci imtahanın VAXTI açıqlandı
Elçin Sanqu yeni serialla qayıdır
Cəbhə bölgəsinə zirehli texnikalar yeridildi
Qocalmaqdan qorxursuz? Ölümü gözləmək gərək deyil
Həftənin ilk iş günü hava necə olacaq?
BÜRCLƏR bizə nə vəd edir? - 21 APREL
Haram insanın övladına nə kimi təsir edir?
Düşüncə dərsi (2)
Böyük səhraya düşən meteoritdə Marsa məxsus su tapılıb - FOTO
9 yaşlı azərbaycanlı "Master Chef Junior"da-FOTO















- ŞƏRHLƏR