Milli.Az bildirir ki, bu sözləri Modern.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc doktorant və magistrlər üçün hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi məsələsindən danışarkən deyib.
Deputat bildirib ki, bu gün magistr və doktoranturada təhsil alanların 83 faizi qadın və 17 faizi isə kişilərdir:
"Hərbi xidmətdən qayıdan kişilərin bakalavr təhsilindən sonra elm dalınca getmək istəyi yox dərəcəsindədir. Alimlərdə orta yaş həddi 55-dən yuxarıdır. 30 yaşına qədər olan kişilərin içində alim olan yoxdur".
Zahid Oruc magistratura və doktoranturanda əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsində iki yeni variant təklif edib:
"Mən bu məsələ ilə bağlı 2 variant təklif edirəm. Birinci təklifim odur ki, universitetə qəbul olunan oğlanların hərbi xidmətə getməsi təhsildən qabaq baş tutsun. Yəni 23-24 yaşını gözləmədən hərbi xidmət həyata keçirilməlidir.
İkinci təklifim isə odur ki, bakalavr təhsili olan oğlanlar öz ixtisasları üzrə hərbi xidmət yerlərinə göndərilsinlər. Ordu daha çox kontrakt qaydaları ilə xidmət keçmiş qüvvələrdən təşkil olunanda güclü olur.
İstənilən tibb sahəsində mütəxəssisi aparıb tanka, topa yerləşdirmək səhv addımdır. Texniki sahəni daha yaxşı bilənləri savadsız hərbi qulluqçularla eyni tutmaq düzgün yanaşma deyil.
Ali təhsilli oğlanların hərbi xidmət yerləri daha çox onların ixtisaslarına uyğun təşkil edilsin. Burada artıq kompüterin avtomatik seçimi olmasın".
Deputat üzvü olduğu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi məsələsində fərqli baxışın olmadığını söyləyib:
"Bu məsələ ilə bağlı qanun layihəsinin ilk oxunuşundakı müzakirələr zamanı deputatlar tərəfindən fərqli fikirlər səsləndirildi. Bizim komitədə bu məsləyə fərqli baxış mövcud deyil.
Parlamentdə də əksər deputatlar hərbi xidmət keçənlərə yalnız 1 dəfə bakalavr təhsili zamanı möhlət hüququnun verilməsinin tərəfdarıdırlar.
Mənim baxışım odur ki, sadəcə, çeçenlər kimi səngərə dolmaqla müharibənin taleyini həll etmək mümkün deyil. Müasir texniki qurğuları idarə edəcək kadrlara daha çox ehtiyac var".
Xatırladaq ki, artıq Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Elm haqqında" qanun layihəsindən çıxarılıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli möhlət hüququnun layihədən çıxarılmasının səbəbini təmas xəttində gərginliyin artması ilə əlaqələndirib.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Avstraliyada güclü zəlzələ
Spirtli içkilər haqqında
Sosial şəbəkədən qorxan ölkələr.
Hamiləlikdə bunları bilmək vacibdir
Skype-da gözlənilən yenilik gerçəkləşdi
Qaya boyda qızıl tapıldı-FOTO
Tarkan ata oldu-FOTO
Ermənistanda panika: Gümrüdə nə baş verir?
Bakıda klassik avtomobillərin yürüşü start götürüb
Bakıdakı məşhur xəstəxana bağlandı
Bakı Şəhər İcra Hakimiyyətidən daha bir xəbərdarlıq
Həcc ziyarətində olan zəvvarlar üçün Ərəfat günü mərhələsi başladı
ABŞ hərbçiləri Gürcüstana girdilər
Peskov: “Federasiya Şurasından icazənin alınması Qarabağdakı sülhməramlı missiyanın müddəti ilə əlaqədar olub”
Azərbaycanlı zəvvarlara ŞAD XƏBƏR
Məşhur müğənninin anası öldü-FOTO
Koronavirusla bağlı son STATİSTİKA
Estoniya 3 təkərli elektromobil hazırladı-FOTO
Koronavirusa yoluxma riskini artıran yeni bir səbəb
Hava haqqında
Mehriban Əliyeva xalq artistlərini mükafatlandırdı - FOTO
Qadın elə bir ayaqqabı geyindi ki...
Azərbaycan neftinin qiyməti dəyişdi
13 yaşlı oğlandan qeyri-adi bacarıq - VİDEO
Azərbaycana quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyuldu-SƏBƏB
Kağız halva (1)
Gürcü xingəli (foto resept)
Qəzəblənə bilirsinizmi? (test)
Dünyanın ən cəsur ofisiant qadını: o əsla qorxmadı
Azərbaycan istifadəçiləri internetsiz qalacaq? -RƏSMİ cavab
Dişlərin təbii üsulla müalicəsi
Kəsmikli badımcan ruleti (foto resept)
"Instagram"da DƏYİŞİKLİK
Dadlı, ləzzətli əl işləri
Bu gündən Azərbaycanda Ticarət Festivalı başlanılır
Xama sousu ilə göbələkli kartof(foto resept)
Bu qışın dəbi: Fəxriyyə Xələfovadan məsləhətlər
Facebook-dan növbəti yenilik
Zeze__cards - 2
BÜRCLƏR bizə nə vəd edir? - 18 APREL
Darçınlı kök keksi (video-resept)
YouTube Kids platformasını təqdim edəcək
Aldığı quzunu kəsə bilmədi - FOTO
Dünya gözəlləri səhnədə və real həyatda (2)
Saçını yığmağı sevənlər üçün saç modelləri
Bitkilər və təbabət (3)
HAVA necə olacaq?- 6 APREL
"Zarafatı"na görə həbs edildi-FOTO
Saduların dəhşətli vərdişləri
Hansı halda şəxsi avtomobildən istifadəyə icazə verilir?
