
Mayın 12-dən Azərbaycanda ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır.
Trend xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədriMəleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ərizə qəbulu iyunun 12-dək internet vasitəsilə aparılacaq. Ümumi orta təhsil səviyyəsini Azərbaycanın ümumi orta təhsil müəssisələrində 2013 və 2014-cü illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu komissiyalarına müraciət etmədən özləri təsdiqləyə bilərlər.
Ümumi orta təhsil səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə Sənəd Qəbulu komissiyalarında təsdiq etdirməlidirlər.
M.Abbaszadə qeyd edib ki, ümumi orta təhsil (9 illik) səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya ümumi orta təhsil səviyyəsini Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün ana dili və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.
Ümumi orta təhsil səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə ana dili və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
Buraxılış imtahanını (9-cu siniflər üzrə) yalnız riyaziyyat fənni üzrə verən cari ilin məzunları (təlim dili gürcü və ya ingilis dilində olan məktəblərin məzunları) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda buraxılış imtahanında riyaziyyat fənni ilə yanaşı, ərizədə qeyd etdikləri bölməyə uyğun ana dili fənnindən imtahan verirlər. Qəbul imtahanında hər bir fənn üzrə abituriyentlərə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
Abituriyentin ümumi balı hər bir fənn üzrə topladığı balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 60-a bərabər olur. İxtisas seçimi qəbul imtahanı başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılır. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər.
M.Abbaszadə bildirib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyənlər ümumi qaydada "Abituriyentin elektron ərizəsi"nin təsdiqini təmin etdikdən sonra mayın 19-dan 29-dək tələb olunan sənədləri Qeydiyyat Komissiyasına təqdim etməlidirlər.
Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən qəbul (buraxılış) imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 2-dən 5-dək seçmə turda iştirak edirlər. Seçmə turlar TQDK tərəfindən təşkil edilən Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sədəf sırğalar
Düşmənin kabusu: “Ermənilər azanın səsini eşidəndə qaçırdılar” - VİDEO
Prezidentin sökdürdüyü erməni dilindəki lövhə gündəm oldu: Düşmənin canına qorxu saldı - VİDEO
Əliyevdən mesaj: Hərəkətə keçin
Qidaların faydalı xüsusiyyətləri
Diabet xəstəsinin əl işləri
Dəhşətli xəstəlik sürətlə yayılır
Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburidirmi?
Aromaterapiya nədir?
"Huawei"in yeni smartfonları "Google"suz olacaq
Ən qəribə adətlər
Hipersəsli silahların yeni erası: Rusiyada daha bir “Avanqard” hazır vəziyyətə gətirildi - VİDEO
Əminə Yusifqızıdan şeirlər
Tanış olun: ən son Subaru Legacy
Azərbaycan dünyanın 20 ölkəsindən BİRİ OLACAQ
Bakıda bu gün əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib
Murad Bozu əsəbiləşdirdi-FOTO
Azərbaycanlı hakim İsveçdə ən yaxşı seçildi
Əsgərimiz xəstəlikdən vəfat edib
Azərbaycanın ən uzunömürlü seçicisi səs verib
Azərbaycan Gürcüstandan silah alacaq?
Beren Saat 34 dərəcə istidə...-FOTO
2050-ci ilə qədər Yer kürəsində yaşayanların yarısı eynək taxacaq
İdeal saç və geyim rəngi
HAVA necə olacaq?-1 Noyabr
Viktoriya Bekhem "Spice Girls"ə qoşulub?
Məşhur aktrisa aylar sonra peyda oldu-FOTO
İxtisas seçimi başladı
Qayınanasının dedikləri yalan çıxdı-FOTO
Telefonunuzda bu simvolu görsəniz açmayın
Səhiyyə sahəsi üzrə bəzi xərclərin maliyyələşdirilməsi prinsipi dəyişdirilir
Göbələkli dolma resepti (foto resept)
Dama-dama çantada həbsxanadan qaçan şəxs 21 il sonra ələ keçdi
Düşmənin canına qorxu salan igidlərimiz - VİDEO
Şaxta olacaq, qar yağacaq
150 evi olan aktyor
Keçmiş pilot gizli 51-ci Zonanın ağılalmaz sirlərini açdı
Ən Gözəl Evli Qadın Seçildi - FOTO
Toy üçün dünyada trendə çevrilən yeni saç düzümləri
Dünyanın ən varlı 10 xanım idmançısı
Kosmetika məhsullarını alarkən nəyə diqqət etməlisiniz?
Bu gün növbəti imtahanlar keçirilir
Mayın 31-dək bunlar qadağandır - Rəsmi
Mətbəx qablarının təmizliyi
Madonna Konsertlərini Ləğv etdi-SƏBƏB
Xocalı soyqırımının iştirakçısı olan polkovnik məhv edildi
Dünyanın malı dünyada qalacaq
Bakıda əsən güclü külək 25-dək ağacı aşırdı
Bakıda benzin krizi: yanacaqdoldurma məntəqələrində satış dayandırılıb
Leysan yağacaq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]