
Çiban - furunkul tük kisəciyinin və piy vəzisinin kəskin iltihabıdır. Çibanı əksər hallarda sarı, yaxud ağ stafilokokk törədir. Frunkul çox vaxt bədənin piy vəziləri ilə zəngin olan və tez-tez qaşınan nahiyələrdə (boğaz, boyun, çiyin, bel) inkişaf edir. Müxtəlif infeksion xəstəliklər, diabet, avitaminoz, həmçinin dərinin çirkli olması çibanın yaranmasına səbəb olur.
Həkim-dermatoloq Gülsüm Quliyeva Milli.Az-a açıqlamasında deyir ki, çiban dairə şəklində olub sıx iltihab və irin düyünündən ibarətdir. İltihab mənbəyi isə dərinin piy vəzisini və tük kisəciyini əhatə edir. Bu zaman qızartı yaranır, bu da ağrı ilə müşahidə olunur. Az sonra düyünün (infiltrat) üstündə sarı nöqtə əmələ gəlir. Həmin nöqtə ölü piy vəzisindən ibarətdir və konus şəklində olur.
İltihabi proses bir vəzinin və bir tük kisəciyinin iltihab mənbəyindən ətraf toxumalara yayılır və karbunkul, fleqmona törədə bilir. Bundan başqa çiban ümumi infeksiya ilə də ağırlaşa bilər. Çiban üzdə və üst dodaqda olanda xüsusi təhlükəlidir. Çünki belə hallarda proses ətraf toxumalara keçir və irin venalarda tromboz əmələ gətirir. Bununla da infeksiya tədricən beyin ciblərinə keçərək meningit və meninqoensefalit yaradır.
Dodaqdan beyinə
G.Quliyeva bildirib ki, üzdə əmələ gələn frunkulların ağırlaşmaları çox vaxt ölümə gətirib çıxarır. Burada üst dodaqda yararanan çiban daha təhlükəlidir. Çünki proses üst dodaqdan sürətlə toxumalara keçərək ön üz venasının anastomoz torunu əhatə edir. Ön üz venası – vena angularis vasitəsi ilə gözün daxili bucağından – vena ophthalmica ilə birləşir. Bununla da kəllə boşluğu ilə əlaqə yaranır. Nəticədə artan tromboflebit üzdən beyin ciblərinə keçərək ölümlə nəticələnən meningit əmələ gətirir. Bu səbəbdən çibana ehtiyatla yanaşmaq və vaxtında müalicə etmək lazımdır.
İltihabi proses yüksək inkişaf nöqtəsinə çatdıqda və infeksiyanın təsiri ağır şəkil aldıqda xəstəyə tam rahatlıq verilməli, çoxlu maye içirilməli, pantopon və lyuminal tərkibli dərman preparatlarından istifadə olunmalıdır. Çiban güclü ağrı yaratdığı üçün ağrıkəsicilərdən istifadə etmək mütləqdir. Həmçinin çibanın üzərinə quru istilik verilir, fizioterapiyada istifadə olunan kvars lampasının şüası ilə terapiya tətbiq edilir və bakteriya əleyhinə mazlardan istifadə olunur.
Müalicə
Dermatoloqun sözlərinə görə, kiçik çibanlar adətən konservativ üsulla müalicə edilir. Bu zaman xəstəyə rahatlıq verilir, dərmanlar içirilir, quru istilik tətbiq edilir. Ölü toxumaların neytralaşdırılması üçün buxardan və müxtəlif fizioterapiya vasitələrdən istifadə olunur. Şiş böyüyüb şiddətli ağrı törətdikdə, limfa vəzilərində limfanqoit əmələ gəldikdə, temperatur yüksəldikdə və bədəndə gizilti şəklində ağrılar artdıqda cərrahi əməliyyat vasitəsi ilə çiban yarılır. Bu zaman kəsik frunkulun ölçüsündən, yerindən və xassəsindən asılı olaraq xətt şəklində və ya xaçabənzər formada olmalıdır. Əməliyyat zamanı irini çibandan sıxıb çıxarmaq qəti qadağandır. Belə kobud travma nəticəsində iltihabi proses dərinləşir və yayılmağa başlayır. Bu zaman vena trombozu, septikopiemiya və başqa təhlükəli xəstəliklər yarana bilər. Belə travmadan sonra infeksiyanın venoz sistemə keçməsi ölümlə nəticələnir. Dərinin qonşu hissələrini mikroblardan qorumaq üçün onu təmiz saxlamaq, çibanın ətrafında olan tükləri təmizləmək və paltarın ona sürtünməsinin qarşısını almaq lazımdır.
Furunkulyoz
Həkimin dediyinə görə, çibanların bədənin müxtəlif hissələrində külli miqdarda inkişaf etməsi və bəzən resediv verməsi furunkulyoz adlanır. Bu zaman bəzi çibanlar ilk frunkul hündürlüyü və ölçüsünə çatır. Furunkulyoz çox vaxt irinli iltihab ocağının ətrafında, xüsusən uzun müddət kompres qoyduqdan sonra zəif xəstələrdə əmələ gəlir. Furunkulyozu müalicə edərkən əsas diqqət orqanizmin ümumi vəziyyətinə verilməlidir. Xəstə belə hallarda çoxlu vitamin qəbul etməli və qida rejiminə xüsusi diqqət yetirilməlidir. Bədən zəif olduqda retikuloendotelial sistemi (infeksiyaya qarşı müdafiə) qıcıqlandırmaq üçün xəstəyə autohemoterapiya, autovaksinasiya, laktoterapiya, kvars lampası və rentgenoterapiya təyin edilir. Bundan başqa gigiyenik məqsədlə xəstə tez-tez yuyunmalı, paltarlarını dəyişməlidir. İri çibanlara isə cərrahi müdaxilə edilməlidir.
Korçiban
Həkim-dermatoloq vurğulayıb ki, korçiban – karbunkul bir çox tük kisəciklərinin, piy vəzilərinin iltihabı nəicəsində əmələ gəlir və bir neçə furunkulların birləşməsindən ibarət olur. Karbunkulu əmələ gətirən şərait və səbəblər digər çibanlarda olduğu kimidir. Karbunkula gənclərdə deyil, çox vaxt yaşlı və qocalarda təsadüf edilir. Bu növ çiban adətən stafilokokk, streptokokk bəzən isə qarışıq infeksiya – stafilakokkla streptokokk birlikdə əmələ gətirir. Bu zaman ən çox nəzərə çarpan əlamət iltihabın və nekrozun kəskinləşməsidir. Burada yalnız bir sıra tük kisəcikləri və piy vəzləri deyil bütün birləşdirici toxuma (bunlara daxil olan piy toxuması, əzələ fassiyaları və əzələlər) ölüb çuruyur.
Qırmızı şiş
G.Quliyevanın söylədiyinə görə, karbunkulun klinik inkişafı sürətlə artan iltihabi prosesdən, tünd-qırmızı, şişmiş və ətrafı qızarmış infiltratdan ibarətdir. Bu növ çiban müəyyən hüduda malik olmadıqda və proqressiv şəkildə böyüdükdə kəskin ağrılar və ümumi hallar əmələ gəlir: temperatur yüksəlir, baş ağrıyır, bəzən sayıqlama və huşsuzluq müşahidə olunur. İltihabın mərkəzində irinli tıxac şəklində bir sıra nöqtələr əmələ gəlir. Bunlar irinli və qanlı maye ifraz edən, dərinin ayrı-ayrı hissələrini çürüdüb öldürən nekroz mənbələridir. Zaman keçdikcə çibanın bütün mərkəzi nekrozlaşıb ölür. Çibanı yardıqda isə içərisi irin və nekrotik maddə ilə dolu olan boşluq əmələ gəlir. Adətən belə iltihabi prosesə qan damarları da cəlb olunur və əmələ gələn vena trombozu yayılıb iri venalarda tromboflebit törədir. Tromboflebit isə şiddətlənən infeksiya və sepsislə nəticələnə bilər.
Xaçvari kəsik
Həkim qeyd edib ki, xəstəliyin müalicəsi, əsasən, ümumi tədbirlərdən ibarətdir. Belə ki, xəstəyə duru xörək, süd və bitki qidası, çoxlu miqdarda su və tam rahatlıq verilməlidir. Xəstə yataq rejimində olmalı, daim nəzarətdə saxlanılaraq ürəyin fəaliyyətini tənzim edən və ağrıkəsici dərman preparatlarından istifadə edilməlidir. Cərrahi əməliyyata ehtiyac olduqda karbunkul xaçabənzər kəsiklə yarılır, bununla da irinli və nekrozlu sahə təmizlənir. Bu zaman qanaxma yaranmaması üçün diqqətli olmaq lazımdır. Qanaxma baş verdikdə isə yaraya aseptik tampun qoyulmalıdır.
Konservativ müalicə isə kompres və qızdırıcı tampunlardan ibarətdir. Bu vasitələrlə ayrı-ayrı irin tıxacları müdaxilə olmadan öz-özünə açılır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
“Moody's” iqtisadiyyatı çətin vəziyyətə düşən ölkələrin adlarını açıqlayıb
Xüsusi karantin rejimi iki həftə uzadıla bilər - RƏSMİ
Saçlarınızı dəsmalla qurulamayın
Yumurta hər yaşda faydalıdır
Üzü sökülən binaların aqibəti necə olacaq?
Bu ilin ilk Nobel mükafatı verildi
Kənan uşaqlıq fotosunu paylaşdı
Rəsmi Ankaradan müharibə açıqlaması
Azərbaycanda 4,3 bal gücündə zəlzələ oldu
Gənc ailə
Messi əməliyyat olunacaq
Komitə sədri: “Azərbaycanda uşaq hüquqları müdafiə sistemi yaradılsa da, görülməli işlər çoxdur”
Ünvanlı dövlət sosial yardımının müddəti uzadıldı
Günün qoroskopu:Fiziki aktivlikdən uzaq olun!
Sualtı restoran
Dünyada aclıq başlayacaq
Prezident və xanımı açılışda
Sabah 10 dərəcə isti olacaq
Hamam üçün dekorasiya
Oruc tutmağın faydası
Ecaskar xanımlar üçün
Saunanın zərərləri
İyun ayının qalibləri!
Brent neftinin qiyməti 48 dolları ötdü
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Droqbanın transfer söhbətləri qollarından çox oldu
Ən uzun saçlı qadınlar
Ayda qeyri-adi obyekt aşkarlandı-FOTO
Şahzadə Harri və Meqanın səfəri davam edir-FOTO
Buxarlı təmizləyici ilə kimyəvi zəhərlərə son!
Günün qoroskopu: Bədxərclik etməyin!
Azərbaycanda daha 32 nəfər koronavirusdan öldü: 4212 yeni yoluxma
Böyüklər və uşaqlar
Oğlunun rəsmlərindən cizgi film qəhrəmanları yaratdı
Türkiyəli müğənnidən maraqlı addım - VİDEO
Günün ulduz falı
Dəri üçün maskalar
Putindən hər şeyi alt-üst edən qərar
Sabahın HAVAsı
Ölüm vaxtını təyin edən test inkişaf etdirildi
Dırnaq boyalarını tez qurutmaq üsulları
Qızıl xərçəngi müalicə edir
Şərf və yaylıq bağlama üsulları - 2
Yüngül pəhrizlə 8 kq arıqladım!
Qədərində yeyin, sağlam olun!
Məhşurların uşaqlıq vəziyyəti
“Diriliş Ertoğrul”da İNANILMAZ SÜRPİZ- FOTO
İkibaşlı pişik doğuldu - FOTO
Koronavirusun necə yayıldığını görmək üçün konsert təşkil edəcəklər
Dünyanın ən varlı 10 xanım idmançısı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]