Bütün dünyanın fanatları Braziliyada keçirilən futbol üzrə dünya çempionatını izləyir. Həyəcanla, maraqla, emosiyaların coşqusu ilə. Yarımfinal, final yaxınlaşdıqca həyəcanlar daha da çoxalır: “Görən hansı komandalar üz-üzə gələcək?”, “Favorit kimdir?” suallarına isə fərqli cavablar səslənir. Bir növ hərə öz azarkeşlik kontekstindən çıxış edir. Hərçənd sosiumda istisnasız halda belə bir fikir dolaşır ki, futbol “kişi oyunu”dur və buna da yalnız kişilərin baxması gərəkdir. Yaxşı ki, müasir qadınlar köhnələn stereotipləri tamamilə alt-üst ediblər. Elə təkcə stadionlarda bütün yaşda qadınları görmək kifayətdir ki, bu fikrin doğruluğuna heç şübhən qalmaya. Xüsusən bunu televiziya ilə translyasiya olunan oyunlar zamanı daha aydın görmək olur. Operatorlar da qəsdən kameranın obyektivini tribunada oturan cazibədar azarkeşlərin üzərinə tuşlayırlar.
Qadınların futbola marağını təkcə fan-lıqları ilə məhdudlaşdırmaq da doğru olmaz. Futbol dünyasında nə qədər qadın bu idman növünün inkişafına dəstək olur. Menecer kimi, klub prezidenti kimi, həkim kimi... Demək, güclü idman növünün taleyinə zərif cins də töhfə verir. Hələ oyunlara “stavka” qoyan və futbol oynayan, yarışlara qatılan qadınları demirəm.... Hələ səhərəcən küçələrdəki iri monitorlarda sevdiyi komandanın oyununu izləyən qadınlardan danışmıram.
Mən də uşaqlıqdan futbolun dəlisiyəm. Ailəmizdə kişilər çoxluq təşkil etdiyindən, yəni atam və qardaşlarım həmişə pulta daha çox sahibləndiklərindən mən də evimizdəki yeganə televizorun qarşısında oturub eyni verilişi, eyni filmi, eyni idman növünü, eyni konserti izləməyə məhkum idim. Bununla belə, mənə də maraqlı idi ki, bu nə oyundur? Niyə futbol başlayanda məhəllədən də əl-ayaq çəkilir, yalnız arabir evlərdən kişilərin səs-küyü eşidilir? Qəribədir ki, bəzən hirslə, bəzən hikkə ilə izlədiyim futbol oyunları get-gedə məni də özünün aludəçisinə çevirirdi. Evimizdəki kişilərin oyun boyunca emosional halda “Hara?”, “Kimə?”, “Niyə?” sualları, qəfildən “Qoool!” qışqırıqları, “qapımıza” top vurulduqda isə başlarını tutub dərindən içlərini çəkmələri zaman keçdikcə mənimçün az qala həzin bir musiqiyə çevrilirdi. Yetərdi ki, “Neftçi” udsun, onda atamın əhvalı yüksəlirdi. Ürəyimizdən nə keçirdisə, ondan istəmək də asan olurdu. Nə gizlədim, ona görə “Neftçi”nin udması üçün arabir dua da edirdim. Dünya çempionatlarında isə Argentinanın azarkeşi idi evimizdəkilər. Maradonanı az qala qohum-əqrəbadan da yaxşı tanıyırdım. Oyunlara baxa-baxa, beləcə böyüyə-böyüyə penaltinin (on bir metrlik zərbə), cərimə zərbəsinin, künc zərbəsinin, oyuna mərkəzdən başlamanın da nə demək olduğunu öyrəndim. Hətta çox vaxt oyun qabağı proqnozlarım da düz çıxırdı. Dünya və Avropa çempionatlarının, Çempionlar, UEFA, Kuboklar kubokunun oyunlarını, derbiləri elə maraqla izləyərdim, qollara elə emosional reaksiya verirdim ki, mənim də səsim onların səsinə qarışıb yolun o biri başına gedirdi.
Yadımdadır, oyunun başlamasına az qalmış kimin harada nə işi vardısa lap yarıda qoyub matça baxmağa gələrdi. Futbol ailəmizi bir yerə yığırdı. Sürətli, texnikalı ayaqların və ağıllı başların oyunu evimizdə mehribanlıq yaradırdı. Xokkeyi də beləcə izləyirdik, boksu da, basketbolu da, fiqurlu konkisürməni də, güləşi də...
İndi o vaxtdan illər keçib. Nə “Neftçi”də həmin oyunçular qalıb, nə də Argentinada. Mənimsə futbola marağım dəyişməyib. Elə o vaxtdan sevdiyim komanda uduzanda kədərlənir, məğlubiyyət acısını da az qala onlarla birgə yaşayıram. Hər dəfə maraqlı bir oyundan sonra zövq alıram - həyati bir film kimi, gözəl bir musiqi kimi, füsunkar bir sənət əsəri kimi. İndi qadınları, qızları stadionda görüncə, uşaq vaxtlarımdakı səbəbsiz hikkələrim yadıma düşür. Sən demə, evdəkilər məndə futbola məhəbbət yaradırmışlar. Məni iki saatlıq dünyadan ayırmaqla həyatın ən böyük yaxşılığını edirmişlər. Bu gün idman növlərinə aludəliyim, oyunlara görə işdən evə tələsməyim, hətta bəzi oyunlara canlı baxmağa cəhdlərim məhz həmin illərin yadigarıdır. Elə o vaxtdan beynimə hakim kəsilib ki, qadınlar da futbola kişilər qədər baxmalı, o həyəcanlı anları onlar qədər yaşamalıdır.
Mənim futbol sevgim ətrafımdakı bir çox qadınlara da sirayət edib. Bəzən oyunları kişilərdən çox onlarla müzakirə edirəm. Onlarla fikirlərimiz daha uyğun gəlir. Qadınların futbol sevgisi daha zərif olur.
Elə buna görə də futbol stadionlarında təkcə kişiləri təsəvvür etmək, nə qədər darıxdırıcıdır. Oyunların şahına gözəllik qatan, onu baxımlı edən məncə daha çox onu izləyən qadınlardır. Bu, futbolçuların özlərinə də həvəs verir, onları ruhlandırır. Mürəkkəb kombinasiyalar, gözəl qollar, adi bəxti gətirmələr - həm oyunçularda, həm də azarkeşlərdə gözəl emosiyalar yaradır. Futbolun özünəməxsusluğunu, az qala bayram əhval-ruhiyyəsi yaradan təkrarsız abı-havasını sevir qadınlar. Jurnalistlərə verdikləri müsahibələrdə dəfələrlə “qadınlar futbola gələndə bu onların dünyagörüşündən, intellektuallığından xəbər verir” sözlərini eşitmişəm. Futbol ulduzlarının öz dilindən eşitmişəm. Futbolçular da təkcə pul üçün oynamırlar. Azarkeş sevgisinə cavab olaraq yaxşı oyun göstərməyə, qalib gəlməyə, öz ölkəsinin, şəhərinin adını uğur sırasında yazdırmağa çalışırlar. Təbii ki, bunun müqabilində pul qazanırlar. Onların çoxu xeyriyyəçidir. Sinəsinə döyən, özünü humanist qələmə verən dünya liderlərinin, milyonçuların çoxundan xeyirxahdır, əliaçıqdır. Elə Droqbanı götürək. “Qalatasaray”dan ayrılsa da Soma faciəsindən zərər çəkənlərə 1 milyon yardım etmədimi? Onun ürəyini necə sevməmək olar?
Qızların çılğınlığına gəlincə... Onlar Castin Bibberi də sevirlər, Tom Kruzu da. Messini də sevirlər, Ronaldonu da, Neymarı da. Onların futbola azarkeşliyi heç də təkcə o ulduzlara əlləri çatmaq arzusunu ehtiva etmir. Onlar futbola baxmağa sevdikləri komandalara azarkeşlik etmək üçün gəlirlər, təkcə fərdlərə görə yox. Bu sevgi komandaya çox vacibdir. Yoxsa Angela Merkel sevimli alman komandasının oyununu izləmək üçün okeanın o tayına niyə uçsun ki? Kaş ki, elə bizim bütün qadınlar da millimizə beləcə azarkeşlik edə biləydilər. Bəlkə elə bizim millimizdə çatışmayan bu sevgidir?..
XƏBƏR LENTİ
Apple fenomenal rekord vurdu
Kosmik gəmi havada yandı
İran və Azərbaycan arasında altı ay ərzində ticarət mübadiləsi 285 milyon dollar təşkil edib
Sərnişin avtobuslarında xüsusi yenilik olacaq?
Ən təsirli dəri maskaları
Bu ölkədə "havayı" yükləmə yasaqlandı
National Geographic foto müsabiqəsi-3
Qəhvə souslu keks (foto-resept)
Xərçəng xəstəliyinin müalicəsi tapıldı
İspan dili 16-cı dərs
12 yaşlı oğlanı "İblis" adlandırırlar
Atmosfer havası ən çox hansı şəhər və rayonlarda çirklidir?
SON DƏQİQƏ: Ermənistanda səfərbərlik elan olundu
Di Kaprio və Bred Pitt “Oskar” uğrunda rəqabət aparacaq?
Doğuş sonrası depressiya: nə etməli?
Sezen Aksu villasını 6,5 milyona satır
Dodaq boyanıza görə xarakteriniz
ABŞ-da Zika virusu daşıyıcıları artıb
HAVA necə olacaq?
Ayaqqabı sevənlərə
Ötəri saydığımız xəstəliyin dəhşətli fəsadı
Bu məşhurlara “Eurovision” qadağası qoyuldu - Siyahı
Biz Ermənistanın işğalçılıq siyasətinə artıq dözmək fikrində deyilik
Televiziyalara bu reklamlarla bağlı xəbərdarlıq edildi
İranda zəlzələ oldu
Məktəblərdə payız tətili günlərinin sayı AÇIQLANDI
Azərbaycanda valideynlərə qadağa: oğlanlar qızlardan çoxdur!
Barak Obama: "Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayıram"
Qarındakı yağlar üçün pomidor suyu
Professor pandemiyadan sonrakı fəsadlarından danışdı
Koronavirusdan ən çox ölən xəstələr kimlərdir? - ARAŞDIRMA
Ozan Güvəndən ilk açıqlama-FOTO
Gözəl qadın, ağıllı qadın
Dünyanın У™n dözümlüsü - Tardigrad
Məşhur aktyor evləndi-FOTO
Mövsümün ən dəbli saçı
Azərbaycan xalqının birliyi Türkiyə telekanalında - VİDEO
Üzüklər
"Bakı məktəblərində qış mövsümünə hazırlıq işləri başa çatıb"
Ermənilər Azərbaycana gələsi olmadılar
İşğaldan azad edilən rayonlarımızla bağlı daha bir vacib ADDIM
Günəş şüalarının qarşısını alan maskalar
Nəqliyyatda maska taxmamağa görə cərimə tətbiq olunacaq? - AÇIQLAMA
Gürcüstan müsəlmanları telekanal açdı
Dekorativ şam modelləri
Azərbaycanda problemli kreditləri olanları hansı güzəştlər gözləyir?
Aslı və Murad rəqib oldular-VİDEO
Rusiyada yaşamaq istəyən xarici vətəndaşlar üçün yeni qayda
"Eurovision" mahnı müsabiqəsində dəyişiklik 17:01, 20 sentyabr 2013
Günün qoroskopu: diqqəti əldən verməyin