
"Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsiyəm. Ancaq əlil olduğumdan dərslərə getməkdə çətinlik çəkirəm. İstər küçədə olsun, istərsə də nəqliyyatda, əlillər üçün normal şərait yoxdur. Məcbursan taksi ilə gedib-gələsən. Ona da pul çatdırmaq olmur" - deyir Kamran Rəhimli. O, Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsində qiyabi təhsil alır. Deyir ingilis, rus dillərini öyrənmək üçün kursa yazılmaq istəyir. Ancaq universitetdəki dərslərini ötürməmək üçün hər gün yola xərclədiyi pul imkan vermir: "Dövlət mənim kimi tələbələrə güzəştlər etsə, mən də hər gün taksiyə xərclədiyim pulla istədiyim kurslara yazılaram. Ancaq nə bizə dəstək olur, nə də nəqliyyatı, küçəni, universiteti əlillərin rahat hərəkət edəcəyi bir məkana çevirmir".
K.Rəhimli anadangəlmə əlil olmayıb. Deyir 9 yaşında xəstələnib. O vaxtdan da sağlamlığını itirib: "Hələ onda rayonda yaşayırdıq. Məktəbdən evimizə göndərilən müəllimlərdən təhsil alırdım: "11-ci sinifi bitirəndən sonra ali məktəbə sənəd verdim. Ancaq qəbul ola bilmədim. Sonra bir il hazırlığa getdim. Növbəti il Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini seçdim. Və bütün çətinliklərim də bundan sonra başladı. Universitetə gedib-gəlmək faciəyə çevrildi. Evdən çıxıb universitetə rahat gedə bilməyim üçün heç bir şərait yoxdur. Şəhərdəki düşünülməmiş şəraitdə demək olar ki, hər gün, hər yerdə problemlə qarşılaşıram. Tək hərəkət edə bilmirəm. Gərək yanımda mütləq kimsə ola. Kim işini gücünü atıb hər gün mənimlə maraqlanmalıdır? Məcburam dərsə taksi ilə gedəm. O da ki, maddi sıxıntılara gətirib çıxarır".
Jurnalist, 2-ci qrup əlil Aynur Elgünəş də hesab edir ki, əlillərin bu gün cəmiyyətə inteqrasiya edə bilməməsinin səbəbi şəraitsizlikdir: "Dövlət, eləcə də çoxsaylı təşkilatlar əlillərin cəmiyyətə inteqrasiyası istiqamətində iş aparırlar. Əlilin cəmiyyətə inteqrasiyası, ilk növbədə, onun sağlamlarla bir yerdə yaşaması, təhsil alması, işləməsi deməkdir. Ancaq hələ də Sovet sistemindən qalma üsulla hərəkət edilir, əlillər üçün evlər tikilir, onlar bir yerə yığılır. Əlilin evlə təmini normal haldır, amma ona sağlamların yaşadığı binalarda da ev vermək olar. Bunun üçün şəraitin olmaması bəhanə gətirilir. Problem də elə bundadır. Əlil üçün şərait yalnız yaşadıqları binalarda yaradıldığından onlar kənara çıxa bilmirlər. Xarici ölkələrdə isə bu cür şəraitlər bütün binalarda, səkilərdə var".
A.Elgünəş deyir ki, Bakıya gətirilən iritutumlu avtobuslarda əlillər üçün yerlər var. Ancaq ora hansısa əlilin mindiyini görən olmayıb: "Çünki avtobusa minmək üçün dayanacaqlarda uyğun şərait yoxdur. Əlil araba ilə tullanıb minsin avtobusa? Əlil arabalarının hərəkət etməsi üçün köməkçi yollar çəkilir. Amma bu yollar standartlara cavab vermir, əlil arabalarının ölçülərinə uyğun gəlmir. Bunlar da onu deməyə əsas verir ki, görülən bütün işlər sadəcə görüntü yaratmaq, pul silmək məqsədi daşıyır. Lap tutaq ki, əlilə uşaqlıqdan peşə təhsili verildi və ya özü oxudu, onun hərəkəti üçün şərait yaradılmayandan sonra bunun nə əhəmiyyəti var? Fakt odur ki, əlillər kimdənsə asılı olmadan, təkbaşına hərəkət edə bilmirlər. Ya gərək yanlarında biri ola, ya da taksi ilə gedib-gəlsinlər. Bunların da hər birinin özünün çətinlikləri var. Evində əlil olan insan ya bütün gün işini-gücünü atıb onunla məşğul olmalıdır, dərsə, işə aparıb-gətirməlidir, ya da ayda 2-3 min maaş almalıdır ki, övladı hər istədiyində taksidən istifadə edə bilsin. Hər iki halda valideyn çətinlik çəkir".
Konstitusiyada əlilliyi olan vətəndaşların hüquqlarını qoruyan maddələr yetərincədir. Bu maddələrdə hər bir əlilliyi olan insanın reabilitasiya, sosial müdafiə, təhsil (xüsusi), məşğulluq, təhlükəsizlik, tibbi sığorta, psixoloji yardım və s. kimi hüquqları qorunur və təmin olunur. "Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının 25 avqust 1992-ci il Qanununun 6-cı maddəsində əlilliyi olan insanların sosial müdafiəsini təmin edən dövlət orqanlarının siyahısı göstərilib. Həyata keçirilməsi isə tapşırılıb müvafiq icra hakimiyyəti orqanlarına. Burada müvafiq icra hakimiyyəti orqanları deyəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Bu orqanlar əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları ilə birlikdə bu insanlar barəsində dövlət siyasətinin həyata keçirilməsinə dair uzunmüddətli və qısamüddətli proqramları işləyib hazırlayır, habelə onların yerinə yetirilməsinə nəzarət edir. Onların sosial müdafiə və digər problemlərinə dair təkliflər verirlər. Qanunun 7-ci maddəsində isə əlilliyi olan insanların sosial müdafiəsinə dair dövlət siyasətinin həyata keçirilməsində müəssisələrin, idarələrin iştirakı da nəzərdə tutulub. Bu insanların sosial təminatını yaxşılaşdırmaq məqsədilə müəssisə və idarələr öz vəsaitləri hesabına onların həyatının sığortası və bədbəxt hadisələrdən sığortasını təmin etməlidir.
Bundan əlavə, qanunda əlilliyi olan şəxslərə xüsusi güzəştlər nəzərdə tutulub. Məsələn, qanunun 24-cü maddəsində də onların əmək hüququnun həyata keçirilməsi qaydaları müəyyən edilib. Yaradıcılıq və istehsal qabiliyyətinin həyata keçirilməsi məqsədilə fərdi reabilitasiya proqramları nəzərə alınmaqla, onların adi iş şəraiti olan müəssisələrdə, idarələrdə və təşkilatlarda, əlilliyi olan şəxslərin əməyini tətbiq edən ixtisaslaşdırılmış müəssisələrdə, sexlərdə və sahələrdə işləmək, habelə sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən başqa fəaliyyət ilə məşğul olmaq hüququ təmin edilir. Bəs, reallıq bunu göstərirmi?
Kamran Rəhimli deyir ki, gələcəkdə işlə təmin oluna bilməsi üçün öncə universiteti bitirməsi gərəkir. Ancaq onun universitetə gedə bilməsi üçün heç bir şərait yaradılmayıb: "Normal təhsil almaq istəyirsənsə gərək çoxlu pulun ola. Çünki taksidən başqa heç nə ilə getmək mümkün deyil universitetə. O da ki, 1 il taksi ilə gedib-gəldim. Getdikcə o da çətinləşir. İstəklər artır".
"Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" qanun əlillər barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi doğuran səbəblərin aradan qaldırılmasına, əlillərin reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir: "Əlillər barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Bu qanuna görə əlil - anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir".
"Azərbaycanda 425 min əlil var. Onlardan 61 mini uşaqdır", - Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədri Hadı Rəcəbli "Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxış edərək bildirib.
"Bizim cəmiyyətdə əlilliyi olan şəxslərə xəstə kimi baxılır. Halbuki, onların içində potensiallı insanlar da var. Onlar çalışırlar, özlərini və ailələrini dolandırmağa qadirdirlər. Təkcə, bu deyil problem. Eyni zamanda bizdə əlil olmaq evə məhkum olmaq deməkdir. Çünki bu insanların evdən çıxıb kinoya, teatra, konsertə getməyi üçün heç bir şərait yaradılmayıb. Parklarda, keçidlərdə olan panduslardan nəinki əlilliyi olan insanlar, normal, sağlam insan addımını atsa o dəqiqə yıxılıb başını-gözünü zədələyər", - bu sözləri isə Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimov deyir.
XƏBƏR LENTİ
İlham Əliyev UNESCO-ya şərt qoydu
Ali məktəblərdə II qrup üzrə yerlər boş qalacaq - AÇIQLAMA
Dahi yetişdirməyin yolu tapıldı: sən demə, o uşaqlar 10 qat...
Ermənistan KİV: “Paşinyan ABŞ səfirliyinin binasında gizlənir”
Görənləri heyrətə salan dodaq makiyajı
"Hamilə qalım, siqareti atacam", - deyənlərə bəd xəbər
Hava haqqında
Azərbaycanlı professordan KORONAVİRUSLA bağlı ŞOK AÇIQLAMA: 1 aydan sonra...
Deputatların etik davranış qaydaları haqqında qanun qəbul olunub
Ekzoplanet aşkarlandı-FOTO
Putin açıqlama verdi
Övladlarını təqlid etdilər - FOTO
Qızılı rəngli gəlinliklər
Ürəyinizə yağ tökün
"Qarabağ" 3 xalı 1 qolla qazandı-Video
Ceki Çan 10 milyonluq mülkləri əlindən alındı
Göz qripinə diqqət etmək lazımdır!
Dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı TƏKLİF
Qadın.Net-lilərin ilk körpə həyacanı
Makiyaj ustasından dodaq makiyajı
Məşhur müğənni itinin ayı balası olduğunu öyrəndi-FOTO/VİDEO
Bakıda qurbanlıq heyvanların satılacağı ünvanlar - SİYAHI
Bu ilin dəbi
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
NASA-dan mühüm açıqlama
Kələm qutabı (foto resept)
"Erkenci kuş"a Yeni Aktyor daxil oldu-FOTO
Yüksək iradəli uşaqlar
Bədən dili bizi ələ verir (1)
Pensiyaçılara ŞAD XƏBƏR
2017-nin bahar dəbi
Gözətrafı qırışlar üçün yağlar (1)
Şakira paylaşdığı FOTO ilə təəccübləndirdi
Azərbaycanda karantin rejimi belə yumşaldılacaq - RƏSMİ AÇIQLAMA
Bu gün 5 min ildə bir olan hadisə baş verəcək
Vaşinqtonun görməli yerləri
Küləkli günlər nə vaxtadək davam edəcək?
Ramazanda hava necə olacaq? - PROQNOZ
Temperatur 5-10 dərəcə azalcaq
Məşhurların sevdiyi yoqa
Seda Sayanın 30 min manatlıq Paris Tətili
“Sədərək” ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Zövqlü don modelləri
Ən gənc tələbə
Demet Akalın qızını məktəbə göndərməyəcək
Bakıda pulsuz internet olacaq
Cəbhədə şiddətli atışma
EMİN: "Seçim qarşısında qalsam, biznesi seçərdim"
Duyğu Şənyürək















- ŞƏRHLƏR