Bakirəliyin yengəyə sübut olunduğu və öhdəliklərin icra edildiyi həyat...
Qadın yoxsa kadın?
Dünyada, xüsusən yaxın Şərq ölkələrində qadına ikinci dərəcəli münasibət, onun şəxsiyyətini görməzdən gəlmək, onu məhz qadın doğulduğu üçün qaydalar, məhdudiyyətlər, öhdəlik və vəzifələr qəlibinə salmaq kimi bir özünəməxsusluq var. Hətta bizlərdə kişilər padşahları, hökmdarları Allahın yerdəki kölgəsi kimi görürlərsə, qadınlar da ərlərinə Allahın kölgəsi kimi yanaşmağa dəvət olunub.
Həvva o almanı yeməsəydi...
Əlbəttə, mən məsələnin yalnız Şərqlə bağlı olduğunu düşünmürəm. Heç olmasa islam qadını ana olmaq kimi müqəddəs bir öhdəliyi ilə qəbul edir, yaşama haqqını tanıyır: Peyğəmbər «cənnət anaların ayaqları altındadır» deyir. O anaların ki, şəcərəsi Həvvaya gedir çıxır və məşhur alma əhvalatı yada düşür.
«Axı niyə Həvva o lənətə gəlmiş almanı yeyib bizləri bu dünyaya qovdurmalı idi?»
Niyə Həvvadan sonra cəmi qadınlar onu bir başqa cür yamsılayaraq bizi bu dünyaya gətirdi?
Bəlkə kişilərin qadınlara ikinci dərəcəli cins kimi yanaşmasının kökündə elə bu durur?
Nə bilmək olar… Hər halda… İş orasındadır ki, bu yanaşma, münasibət zamanla qadının öz-özünə, öz şəxsiyyətinə münasibətini təyin etməyə başlayıb. Və günümüzə «o kişidir, ona olar», «Qadınsan, otur yerində», «Allahdan və ərindən qorx» kimi kişi üstünlüyünü müdafiə edən, qadını itaətkarlığa səsləyən ifadələrlə gəlb çıxıb (Əlbəttə müsbət yanaşma da var: «qadın insanın dostudur»J). Hər halda məhz bu cür nəsildən-nəslə genetik ötürülən yanaşma olmasaydı, yeri göyü yaradan qüvvə mənə niyə «Allah baba» deyə kişi cinsində təqdim olunurdu? Məgər Allah insandırmı ki, cinsi ola və belədirsə, niyə «Allah nənə» yox «Allah baba»?
Feminist həmkarlarımı cırnadan kişi üstünlükləri, qadın məhrumiyyətləri əsrlərlə bərkimiş bir düşüncə deyilmi?
Özünə günü seçənlər
Əlbəttə, bu əsrdən əsrə ötürülən bir ənənədir. Bunun qarşısını almağa qərb demokratiyasının gücü yetməz, kişilərin beynini dəyişmək xeyli vaxt aparacaq. Gender proqramları sadəcə bir teoriyadır.
Bəlkə şərqli hiyləgərliyi bunun öhdəsindən gələr? Gərək ki, Bestujev Marlinskinin «Mola Nur» əsərində şərqdə qadının vəziyyətinə dair maraqlı fikirlər vardı. Əsərdə qəhrəman çadra taxıb qadınların arasına düşür və qadınların necə böyük məharətlə kişiləri «aldatdığını», onlara həyatlarının əsl personasıymış kimi davranmaqla əslində öz hakimiyyətlərini qurduqlarını görür. Bu romanda təsvir olunan Bir şərqli qadlın cəmiyyəti var, onlar əylənir, qonaqlıqlar təşkil edir, ərlərini bir neçə dəfə evləndirərək özlərinə günü -rəfiqə seçir,və darıxdırıcı həyatı rəngləmək üçün bu kimi başqa seçimlər edirlər. Amma bu bir romandır və özgə dinli birisinin romana qatdığı bir ekzotikadır.
Yaxın tarixdə azyaşlı ərə verilən qızlar, indinin özündə bununla aparılan mübarizə, qadınların təhsil, nigah, geyim, davranış hüquqlarını tapdayan bir patriarxat cəmiyyət motal papaqlı kişilrin dövründən çox da uzaqlaşmadığımızı göstərəcək. Bu vəziyyətə səbəb yalnız kişilərin düşüncə tərzi deyil. Həm də qdınların özləri barədə fikirləridir.
İqtisadi asılılıq - qadın şəxsiyyətinə zərbə
Qadının iqtisadi asılılıq yaşadığı bütün dönəmlərdə onun şəxsiyyətinə, azadlığına,bütövlüyünə bir hədə var. Bu hədə kişilərin dilindən səslənsə də, müəllifi tək onlar deyil.
Yazılmayan qanunlar var. Qadının vəzifə və öhdəlikləri, (əlbəttə kişinin də) ailənin iqtisadi rifahına kömək etsə belə o öz-özünü təmin edə bilmir. Çünki…
Çünki ona zaman-zaman «qadının əsas vəzifəsi ərə getmək, uşaq dünyaya gətirməkdir» deyə söylənib, o, «hər bir insan özünü iqtisadi cəhətdən təmin etməyi bacarmalıdır» kimi fikirdən uzaq - «özgə çörəyi yeyən», «evlərə düşən» kimi tərbiyə olunub. Bu onun şəxsiyyətinə ilk təhqir-hədədir.
Çünki, onu yaxşı təhsil verib əlinin çörəyə çatdığını görmək istəyən ana yox, yaxşı ailəyə düşüb ər çörəyi yeyən görmək istəyən ana böyüdüb. Qızına ev işi öyrədib. Qadının ailədəki vəzifələri ərə qulluq (bu, bir borcdur), uşağa dayəlik (uşağa yaxşı qulluq qayınana iradlarından xilas edər), kişinin seksual tələblərini ödəmək (bu da borcdur və əks halda başqasını tapa bilər) kimi doqmatik öhdəliklər kimi təqdim olunub.
Qadın özünü istismar edir. Öz cinsi orqanını istifadə edir. Öz həyatını, bədənini satır. Ailədə, cəmiyyətdə satır. Çörəyə, suya, evə, uşaqlarına dəyişir.
Müdrik hesab edilən biri deyir:
Ey özünü bir dəfə satan
özünü birdəfəlik ərə satan evli fahişələr...
çörəyi haranızla yediniz?
Hamı əlini qasıqdan aşağı qoysun!
(X.Hass)
Hörmət anlayışı
Günümüzdə evlənən cütlərin, xüsusən qızların dilindən «mən onu sevmirəm, amma hörmət edirəm» kimi cümlələr eşidirik tez-tez. Hörmət necə olur? Hər bir inasanın digərinə hörməti cinsi mənsubiyyətindən başqa onun şəxsiyyətinə hörmətidir. Hörmət «mən sənin hüquq və azadlıqlarını tanıyıram» deməkdir. Öz azadlıqlarını, öz şəxsiyyətini tanımayan, bədəninə, ruhuna qiymət verməyən qadın kişinin, ərinin şəxsiyyətini necə tanıya və ona hörmət edə bilər? Və yaxud əksinə…
Boşanan qadının şəxsiyyəti azad olur?
Lap bu saatlarda təsadüfən İnqmar Berqanın «ailə həyatından səhnələr» adlı filmini izldədim. Hamımız belə səhnələrlə üzləşirik. Bizim «mili dəyərlərimiz» ailədə hamı bir-birini təhqir etsə də, birgə yaşamaq üçün səbəb filan qalmasa da guya müqəddəs odu qoruyurmuş kimi «ailənin qorunması»nı tərcih edir. Hətta bəzi ziyalılarımız guya qərblilərin bizim ailə institutumuzu dağıtmaq istəyirlər» tipli bəyanatlar verirlər. Guya nə cür olursa olsun, ailə dağılmamalı, əsasən, qadın dözüb yaşamalıdır (Yeri gəlmişkən, Türkiyə türkcəsindən ifadələr işlətməyən bu adamlar nədənsə «qadın» sözünü «kadın» kimi tələffüz edirlər və ilk saiti azca uzadırlar).
Oysa bu film ər və arvadın xoşbəxt görünən ailə epizodlarıyla başlayıb ailə drmınadək inkişaf edir, xoşbəxt kişi və qadınla bitir. İohan və Marianna evli olduqları müddətdə münasibətlərində müəyyən boşluqlar yaşayırlar. Bu seksual-mənəvi yıpranmalar yüksək həddə çatır. Film boyu onlar danışır, mübahisə edir, mülahizə yürüdürlər. Sivil söhbətlər… Ayrılmaq çətin olur, amma faydalı olur. İohan da Marianna da bu boşanma ilə şəxsiyyət azadlığı əldə edirlər. İki sevgili, iki dost, iki insan olurlar…Ay Allah… Mən nədən danışıram. Bir ölkədə ki, qadının ailə həyatı bakirə olduğunu yengəyə sübut etməklə başlaya, onu sevən kişi Berqman yox, Superman da olsa xeyri yoxdu. Bir yolumuz qalır - özünü tanımalı! Başqa birini deyil!
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Tolga doğulacaq körpəsinin adını SƏSVERMƏYƏ qoydu
Sabahın HAVAsı
Putin nefti bahalaşdıracaq
Müxtəlif ölkələrdən olan və bir-birini şəxsən tanımayan bəy və gəlinin qeyri-adi toyu - VİDEO
Sosial şəbəkələrdə paylaşılan şəkillərə inanmayın!
Hamiləlikdə ishal
Palma yağı haqqında həqiqət
Qarpızdan zəhərlənməmək üçün...
Əməkdar artist Almaz Mustafayeva dünyasını dəyişdi
Türkiyə seçimini etdi: AKP-nin uğur sirri nədir?
Yaponiya Urmiya gölünün bərpasına kömək etmək istəyir
Qrip bizə ən çox necə keçir?
Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub
"Qaynana" filminin Afətindən etiraf: "Xoş xatirələrdən danışa bilmərəm"
Jurnalı gülləbaran edənlərin biri öldürülüb, biri isə hər şeyi danır
Sabahın hava proqnozu
Gülüş günü
Hava haqqında
Saçınız sağlam olsun
Günün ulduz falı
Bu çimərliklərə getməyin!
Bir milyon bir qızılgülü Bakıda restoranın qabağına səpdi
Qızımın bağçada öyrəndikləri
Yemək otağı modelləri
Bu gündən I sinfə qəbul başlayır
5 yaşlı qız ayda 500 min qazanır
HAVA necə olacaq? 19 Mart
Güvənmədiyiniz adamlara zamin durmayın
HAVA necə olacaq?- 14 MART
Bengü hamiləliyin 8-ci ayında konsert verdi-FOTO
Nazirdən sahibkarlara xəbərdarlıq
"Çarıq" badımcan yeməyi (foto resept)
Yağış geri qayıdır
Leyla Əliyevanın oğlu klip çəkdirdi-VİDEO
Dilan Çiçeyin arıqlamasının səbəbi bəlli oldu-FOTO
Bu dərmanlardan UZAQ DURUN - Zəhərlənməyə səbəb olur
222 kiloqramdan 96-a düşən qızı heç kim tanımadı - FOTO
Onlayn alış-verişin hansı mənfi tərəfləri var?
Bakı metrosunda törədilən terrordan 21 il ötdü
Azərbaycanda tədris ilinin müddəti uzadılacaq? - RƏSMƏN AÇIQLANDI
İsrail yenə raket zərbələri endirdi
Alimlərdən ŞOK ETİRAF: “Yerin altında həyat var”
Yediyimiz toyuqlar belə şişirdilir
Hamiləlik diaqnozu və testləri
Damla şokoladlı keks (foto-resept)
HAVA necə olacaq?- 13 APREL
Günün qoroskopu: Pozitiv gündür!
Meydana atılan modeldən AÇIQLAMA
Ərdoğan ABŞ-ı seçim qarşısında qoydu
Sadə tutmac (foto-resept)
- ŞƏRHLƏR