
“Dost dediyin cibimin pulu. İndi dost yoxdur. Heç kim kiməsə elə-belə yaxşılıq etməz. Xüsusilə də indiki vaxtda. Mənim yaxın dostum yoxdur. Ümumiyyətlə, heç kimə dost gözü ilə baxmıram. Çünki vaxtıilə dost hesab etdiyim insanlar tərəfindən çox aldadılmışam”, - 22 yaşlı Raqif Zalov deyir.
Bu sözləri eşidəndə, 22 yaşlı gənc həyatda nə görüb ki, bu cür fikirləşsin, deyə sual yaranır. Lakin araşdırmamız zamanı gənclərin əksəriyyətinin bu cür fikirləşdiyi məlum oldu. Səbəblər isə müxtəlifdir: kimi dostun xəyanətindən gileylənir, kimi də yadlara inamının olmadığından, kimi də ümumiyyətlə, dostluğun olmadığını bildirir.
“Müdriklikdən sonra insanlara edilmiş ən gözəl hədiyyə - məhz dostluqdur…”
Bu haqda Milli.Az-a psixoloq Sevinc Allahyarova və Svetlana Məcidovaaçıqlama verdilər.
Sevinc Allahyarovanın dediyinə görə, gənclərin dostluğa inanmaması səbəbi zəmanə ilə əlaqədardır: “Bu gün müxtəlif kinolarda, teleseriallarda o qədər dost xəyanətindən bəhs olunan səhnələr var ki, gənclərin psixoloji durumuna da təsir edir. Çünki indi gənclərin əksəriyyəti məhz, teleseriallardakı qəhrəmanları özləri üçün ideal tuturlar. Əgər film dostun xəyanətindən bəhs edirsə, bunu görən gənc də fikirləşir ki, deməli, hər kəs belədir. Və istər-istəməz həmin gəncdə insanlara qarşı bir növ aqressiya yaranır.
Bundan da əlavə bu gün cəmiyyətdəki münasibətlərdə bir növ dəyişikliklər müşahidə olunur. Bu, həmçinin gənclərin bir-biri ilə münasibətlərinə də aiddir. Son vaxtlar bəzi gənclər aqressiv olublar. Bu aqressiyanın səbəbləri müxtəlifdir. Burada həm valideyn və uşaq münasibətləri, həm gənclərin münasibətləri, həm də bizi əhatə edən mühit böyük rol oynayır”.
Lakin hər bir kəs eyni fikirdə deyil. 23 yaşlı tələbə Rəşid Ələkbərovdostlarsız həyatını təsəvvür belə, etmədiyini bildirir.
“Mənim çox yaxşı dostlarım var. Biz bir-birimiz üçün hər şey edərik. Əminliklə deyə bilərəm ki, dar günümdə hər bir dostum yanımda olacaq. Düzdür, hər kəsə dost demək də olmaz. Lakin dost qazanmağı da hamı bacarmır. Şəxsən mənim üçün düşməni məğlub edəcək ən güclü silah dostlarımın sədaqəti və bağlılığıdır”, - R. Ələkbərov deyir.
Dost necə olmalıdır?
Psixoloq Svetlana Məcidova isə gənclərin əksəriyyətinin dostluğa qarşı olan fikirlərini bu cür izah etdi: “Dostluq hər zaman olub və olacaq. Hətta sevgililər arasında belə, dostluq var. Çünki bir insan sevdiyi şəxslə ilk növbədə, dost olmalıdır. Dost, bağışlamağı bacarmalıdır. Hər münaqişədə üz çevirməməlidir, lazım olanda üzr istəməyi bacarmalıdır. Dost olan şəxslər bir-birini dinləməyi bacarmalıdırlar. Dost olan şəxs sözlərində diqqətli olmalıdır. Çünki ən çox ona yaxın olan insandan, yəni dostu dediyi sözlərdən inciyə bilər”.
Kişi və qadın dost ola bilərmi?
“Mənim oğlan dostum var idi. Bunu rəfiqələrimə dedikdə, mənə qəribə suallar verməyə başladılar: "Necə biridir?" "Qəşəngdir?" "Yaraşıqlıdır?" "Xoşun gəlir ondan?" və s. Bu səbəbdən də, oğlanla dostluq etdiyimi bir müddət hər kəsdən gizlin saxladım. Lakin bunu bilən dostum da sonradan məndən küsdü. Və beləliklə münasibətlərimiz korlandı. Bizdə oğlanla qızın dostluğu alınmır. Bunu başa düşmürlər”, - 22 yaşlı tələbə Nəzrin Fətullayeva deyir.
Svetlana Məcidova dostluğa gənclərin inanmamasının səbəblərinin müxtəlif olduğunu qeyd etdi: “Bizim cəmiyyətdə dostluğa tam fərqli yanaşırlar. Hətta qadınla kişinin dostluğunu belə, qəbul etmirlər. Əslində isə bizdə problem cəmiyyətdədir, insanlardadır, dostluqda deyil. Sadəcə, bizim cəmiyyətdə qadın və kişinin dostluğunun mövcudluğuna inanmırlar və bu münasibəti birmənalı qəbul etmirlər. Lakin başa düşmürlər ki, bəzən qadınla kişi arasındakı dostluq daha sədaqətli və möhkəm olur”.
“Gənclərin dostluğa inanmama səbəbi maddi çətinliklərlə də bağlıdır. Bəzi insanlar dostlarını aldadırlar, bəziləri də məyus olurlar. Gənclər unutmamalıdırlar ki, dostsuz həyatlarını çətinləşdirmiş olurlar. Çünki elə məsələlər var ki, onu valideynə danışmaq mümkün deyil. Ən azı, gənclərimiz ehtiyatlana bilərlər. Dosta isə rahatlıqla deyib məsləhət ala bilərlər”, - S.Məcidova dedi.
Britaniyada aparılan araşdırma zamanı, qadınların kişilərdən daha yaxşı dost olduğu məlum olub.
Araşdırma zamanı o da üzə çıxıb ki, hər 10 qadından 3-ü orta məktəbdən tanıdığı dostları ilə əlaqə saxlayırsa, kişilər arasında bu, hər 10 nəfərdən 2-nə şamil oluna bilər. Tədqiqatçılar bildirirlər ki, bu, kişilərlə müqayisədə qadınların dost seçiminə daha ciddi yanaşması ilə əlaqədardır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Nəhəng qeyri-adi dəniz canlısı aşkarlandı-FOTO
Attestatla xarici universitetlərə qəbul olanlara BƏD XƏBƏR
Məhsul bol, qiyməti də çox ucuz, lakin alan yoxdur
Azərbaycan gimnastı İtaliya çempionu oldu
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Dünyanın ən yaşlı “Youtuber”i vəfat etdi - 107 yaşında
Zibilyığanın marağı 900 illik mumiyanı üzə çıxardı
İran kişiləri arvadlarının müdafiəsinə qalxır
Ofis işçiləri bunları etsin
Süd sudan ucuzdur
14 il əvvəl və sonra-İnanılmaz Dəyişiklik_FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Mərdəkandakı bağçanın açılışında iştirak edib
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozdu - RƏSMİ
99 yaşlı barmen nənə: "Ölənədək işləyəcəyəm" - FOTO
Aqillərin inamına görə...(3)
Yarmanın faydaları
Nə qadını 3 yaş daha cavan göstərir?
"Qarabağ" mərhələ adlasa, kimlə oynayacaq?
Məşhur müğənnidən gözlənilməz qərar
Alov püskürür, daşlar əriyir
Azərbaycanda rabitə və internet tariflərinin - YENİ QAYDALARI
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
Sabah hava necə olacaq?
Günün qoroskopu: münasibətlərdə ciddi problem yarana bilər
Məşhur müğənninin konsertini 7500 nəfər izlədi - FOTO
Sosyopatdan uzaq durmaq üçün nə etməli?
Bu il 10 min ailə dağılıb
Türkiyə Ermənistana hərbçi göndərir
Yemək, yuxu, idman, intim həyat və s. üçün ən uyğun vaxtlar - HƏKİMLƏRİN TÖVSİYƏLƏRİ
Kənan "Selena"sı haqqında danışdı-FOTO
Hollivur Ulduzu Qəzada öldü -FOTO
Kəsmikli, limonlu peçenye (foto resept)
Daha aktiv Porsche 911 Turbo
Daxili Qoşunlarda aparılan yoxlamaların nəticələri açıqlandı
Bakıda Dua Lipanın başına iş gəlib-FOTO
İnternetin uşaqlara zərəri
2018-də qarşınıza çıxacaq 3 trend
Paşinyan: “Qarabağ müharibəsinin bitməsi ilə bağlı Rusiya və Azərbaycan prezidentləri ilə bəyanat imzaladım”
Cəbhədə minaatan və pulemyotlar işə düşdü
Stomatoloq Bakıda hepatit virusu ittihamına cavab verdi
Qadın.Netlilərin fobiyaları (Son)
Millimiz Türkiyəyə də uduzdu
Rihanna bu dəfə də ənənəsinə sadiq qaldı - FOTO
“Ermənilər saçlarımdan tutub sürüyəcəklərini deyirdilər”
Zakir Həsənovdan erməniləri qorxuya salan bəyanat
Dünya liderliyinə iddialı olan Çin iqtisadiyyatı çökür
Məktəb direktoru vəzifəsinə qəbul başladı
“Coker” filmi daha bir uğura imza atdı
Oturma tərzinizə görə xarakteriniz
Qalıcı makiyaj ilə tətilin dadını çıxardın















- ŞƏRHLƏR