Təbii ki, hərə öz imkanına görə. Özünü belə dağa-daşa salanlar isə heç də kefdən ev tikmirlər. Yeni tikilən binalarda mənzil sahibi olmaq hər kəs üçün əlçatan olmadığından gənc ailələr torpaq sahəsi alaraq, fərdi ev tikintisinə üstünlük verirlər. Sadəcə, bir məsələ var, o da son illər bu sahədə qaydaların sərtləşdirilməsi. Birotaqlı ev sahəsi üçün vətəndaş zəncirvari şəkildə ərazidəki müvafiq dövlət orqanlarına ( polis sahə müvəkkili, İcra Hakimiyyəti), həmçinin bələdiyyələrə “görüm-baxım” edir...Milli.Az modern.Az saytına istinadən fərdi mənzil tikintisindəki mövcud vəziyyətlə bağlı araşdırmanı təqdim edir.
Başlayaq ilk növbədə məsələnin qanuni tərəflərindən. Fərdi mənzil tikmək istəyən şəxs bir neçə mərhələdən keçməlidir. Bura torpaq sahəsinin əldə edilməsi, evin layihəsinin çəkilib təsdiqlənməsi, layihənin ekspertizası, tikintiyə icazə sənədinin və ünvanın alınması, mülkiyyət hüququnun təsdiqlənməsi daxildir.
Bunlardan ən əsaslarını götürək: bildirdiyimiz kimi, ev tikmək üçün əvvəlcə torpaq sahəsinə malik olmaq lazımdır. Vətəndaş bunun üçün ya torpağı digər şəxsdən pulla alır, ya da bələdiyyəyə müraciət edir. Torpaq qanunvericiliyinə əsasən, bələdiyyə ərazilərindən torpaq sahələri hərracların keçirilməsi qaydası ilə alınır. Bu üsulla torpaq sahəsi əldə edən şəxs həmin sahə üzərində mülkiyyət hüququnu təsdiqləməkdən ötrü Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışı almaq məqsədilə 30 manat, daşınmaz əmlaka dair texniki sənədlərə (pasport və plan-ölçü) görə 50 manat məbləğində dövlət rüsumu ödəyir.
Bu prosesdə digər vacib məqam tikintiyə icazə sənədinin alınmasıdır. Qeyd edək ki, “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”na əsasən, tikintiyə icazə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsindən alınmalıdır. Bu idarə ərizəçiyə ya icazə verir, ya da səbəbi göstərilməklə imtina edir.Tikinti üçün icazə verildikdə isə maneəsiz şəkildə evin tikintisinə başlamaq mümkündür. Lakin bir şərt var: fərdi yaşayış evinin hündürlüyü. Binanın səkisinin ən aşağı və damının ən hündür nöqtələrinin səviyyələrinin fərqi 12 metrdən, mərtəbələrin sayı isə 3-dən artıq olmamalıdır. Tikiləcək evin aşırımları (divar və ya sütunlar) arasındakı məsafə maksimum 6 metr təşkil etməlidir. Ev tikildikdən sonra rayon icra hakimiyyətinin memarlıq şöbəsinin iştirakı ilə texniki şərtlər alınır. Bura qaz istismar idarəsi, “Bakıelektrikşəbəkə”, su və kanalizasiya idarələrindən alınan texniki şərtlər daxildir. Texniki şərtlərin alınması üçün müvafiq rüsuma gəlincə, vətəndaş bunların hər biri üçün təxminən 30-40 manat vəsait ödəyir, daha dəqiqi, ödəməlidir...
Fərdi mənzil tikintisi ilə bağlı xərclər və müddətlər
Icra olunan hərəkətin adı |
Hərəkəti icra edən idarənin adı |
Tələb olunan vəsait (AZN) |
Müddət |
Qanunvericilik |
Torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi |
ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti |
30 |
20 gün ərzində |
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunu, Maddə 9.2 |
Evin layihəsinin çəkdirilməsi |
Layihəçəkmə sahəsində fəaliyyət göstərən təşkilat və ya fərdi memar |
Təxminən |
Sifarişçinin istəyi əsasında |
“Memarlıq fəaliyyəti haqqında”, “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının qanunları |
Tikintiyə icazə sənədinin verilməsi |
İH Memarlıq və Şəhərsalma İdarəsi |
_______ |
Konkret deyil |
“Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları” |
Texniki şərtlərin alınması |
Rayon İH memarlıq şöbəsinin iştirakı ilə “Bakıelektrikşəbəkə”, qaz istismar, su-kanalizasiya idarəsi |
30-40 |
5-7 |
Nazirlər Kabinetinin texniki şərtlərin verilməsi ilə bağlı müvafiq qərarları |
İstismar haqqının alınması |
Rayon icra hakimiyyəti orqanı |
Vəsait ödənilmir |
Konkret deyil |
“Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları” |
Evə ünvan alınması |
ƏMDK yanında Daşınmaz Əmlakın Vahid Kadastrı Mərkəzi |
30 |
3 gün |
“Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları” |
Yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı və çıxarışın verilməsi |
ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti |
30 |
20 |
Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunu |
Lakin rəsmi prosedurlara baxmayaraq, onlar da bəzi qaydalar və qanunlar kimi kağız üzərindədir. Yəni qeyd etdiklərimiz prosesin qanuni və tələb edilən tərəfləridir. Amma göstərilən mərhələlərin hər biri yerli icra strukturları tərəfindən öz xeyirlərinə dəyişdirilib. Yəni hər bir rayonun İcra Hakimiyyəti fərdi yaşayış evinin tikintisi üçün öz şərtlərini irəli sürür.
Konkret olaraq birotaqlı yaşayış sahəsinin tikintisinin icazəsi vətəndaşa 5000 manata başa gəlir. Zonadan asılı olaraq bəzən qiymətlər dəyişir. Hətta paytaxtın elə əraziləri var ki, İcra Hakimiyyəti tikintiyə başlamazdan əvvəl vətəndaşdan 50 min manat tələb edir. Təbii ki, bu da hər rayonunun “kiçik padşahının” qoyduğu özünəməxsus qaydalardır. Yəni evin tikdirilməsi zamanı həmin “padşahları”n xeyir-duasını almalısan. Bu görüm-baxım isə heç də 5-6 manata başa gəlmir.
Məsələn, əldə etdiyimiz məlumata görə, Binəqədi rayonunda fərdi yaşayış evinin tikintisi üçün İcra Hakimiyyətinə 5000, Xırdalanda 5000, Abşeronda 1000, Nəsimi, Nərimanov, Yasamal isə fərdi ev tikmək üçün İcra Hakimiyyətinə 10 min manat qeyri-rəsmi rüsum ödəməlisən. Təbii ki, hər rayon üzrə polisin özünün də “şapka”sı var. Abşeron rayonunda İcra Hakimiyyətinin qoyduğu qeyri-rəsmi rüsumdan əlavə polisə də 200 manat “şirnilik” verməlisən. Eyni məbləğ Xırdalan rayonuna da aiddir. Binəqədi rayonunda polisin “şirinliy”i də icra hakimiyyətinin qoyduğu “daskıya” daxildir. Çox maralıdır ki, Xəzər rayonunda İcra Hakimiyyəti fərdi ev tikintisi ilə bağlı heç bir məbləğ müəyyənləşdirməyib. Sadəcə fərdi evin tikintisi üçün icazəni rayon polisi yerinə yetirir. Ən ucuz qiymət demək olar ki, elə bu rayondadır. Sözügedən rayonda fərdi evin tikintisi üçün icazə almağa 500 manat ödəmək kifayətdir.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin baş memarı Feyzulla Quliyev deyir ki, tikintiyə görə dövlət rüsumu çox cüzi məbləğdir. Baş memarın sözlərinə görə, maksimum dövlət rüsumu 500 manata kimi məbləğ tutur.
“Vətəndaş tikinti şirkətinə layihə üçün sifariş verməlidir. Müqavilə imzalayıb pul ödəməlidir. Layihənin qiymətinə gəlincə isə bu memarın işinə görə müəyyən etdiyi məbləğ və evin kvadratmetrinə görə dəyişir. Amma bu, böyük məbləğ deyil”.
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlının sözlərinə görə, qeyri-qanuni ödənişlər o zaman baş verir ki, torpağın müvafiq sənədləri olmur: “Evin tikintisi ilə bağlı rəsmi ödəniş yoxdur. Yalnız mənzilə istismar aktı alarkən cüzi ödəniş həyata keçirilir. Bir də texniki şərti alarkən”.
Vətəndaşların fərdi yaşayış evinin tikintisi üçün İcra Hakimiyyətinə pul ödənməsinə toxunan R. Osmanov deyir ki, burada hər iki tərəfin günahı eynidir:“Vətəndaş torpaq alarkən gələcəkdə problemlə qarşılaşmamaq üçün sənədlərə diqqət eməlidir”.
Mütəxəssisin dediyindən belə bəlli olur ki, son illər fərdi ev tikintisində bahalaşma baş verib: “Bu, bütün seqmentlərdə olduğu kimi, bazardakı konyunkturaya uyğun olub. Yəni qiymət həm artıb, həm azalıb. Daha çox torpağın qiymətinin dəyişməsi fərdi yaşayış evlərinin tikintisinə təsir edib. Hazırda müəyyən ərazilərdə söküntü işləri gedir. Əhali aldığı kompensasiyanı şəhərdən kənardakı ərazilərə yönəldir, bu da tələbi artırır. Tələbin artımı qiymətə təsir göstərməlidir”.
Sonda belə nəticəyə gəlmək olar ki, fərdi yaşayış evini tikərkən polis orqanlarına (əməliyyat müvəkkili, tədqiqatçı, polis sahə inspektoru) və İcra hakimiyyətlərinin müvafiq şöbələrinə ödənilən 5000-15000 manat qeyri-qanuni ödənişdir. Əslində isə Tikinti Məcəlləsi bu kimi korrupsiya hallarını aradan qaldırmaq məqsədilə qəbul edilib. Lakin icra orqanları ciblərini doldurmaq üçün buna da “çarə” tapıblar. Qanun bu məsələdə faktiki “kağız parçası”na çevrilib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR