Bir qədər əvvəl Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişiklikdən sonra, Nazirlər Kabineti də tikililər arasındakı ara məsafəsi tələbi dəyişdirib. İndi evlər arasında daha az məsafə saxlamaq lazımdır. Nəticədə kiçik torpaq sahələrində ev tikmək mümkün olacaq.
Tikinti Məcəlləsindəki "başağrısı"
Qeyd edək ki, 2013-cü ilin əvvəlindən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsindəki yeniliklərdən biri evin tikintisini sadələşdirmək əvəzinə daha da çətinəşdirmişdi. Məcəllənin 65-ci maddəsinə əsasən, fərdi ev tikmək istəyən şəxs, onu torpaq sahəsinin kənarında yox, ortasında inşa etməli və evin hər tərəfində hündürlüyünün 0,6 hissəsi qədər ara məsafəsi saxlamalı idi. Bu tələb kiçik torpaq sahəsi olanlar üçün əməlli-başlı problem yaratmışdı. Çünki ara məsafəsi saxlayanda ev tikmək üçün yer qalmırdı.
1 sot torpaqda necə ev tikmək olar?
Məsələn, sahəsi 1 sot, yəni 100 kvadratmetr olan torpaq sahəsində birmərtəbəli (4 metr hündürlükdə) ev tikmək istəyən şəxs evlə hasar arasında azı 2,4 metr ara məsafəsi saxlamalı idi. Bu şərtə əməl edəndə evin eni-uzunu 5,2 metrdən artıq olmamalı idi. Normal ev tikmək üçün isə torpaq sahəsi o qədər böyük olmalıdır ki, burada həm ev tikmək, həm də ara məsafəsi saxlamaq mümkün olsun. Amma Bakıda torpaq sahələrinin əksəriyyəti kiçik olduğuna görə, belə torpaqlarda normal ev tikmək mümkün deyildi.
İmtina cavabı alan yüzlərlə vətəndaş
Nəticədə, ara məsafəsi tələbi ev tikintisində əsas problemlərdən birinə çevrildi. İndiyədək məhz bu tələbə görə, təkcə Bakının rayonlarında yüzlərlə torpaq sahibi öz torpaq sahəsində ev tikmək barədə müraciətinə İcra Hakimiyətlərindən mənfi cavab almışdı. Belə vətəndaşlara ya həmin torpaqları qonşu ərazilərlə birləşdirib böyütmək, ya da başqa məqsədlərlə istifadə etmək məsləhət görülürdü.
Vəziyyəti dəyişdirən qərar
Bütün bunları nəzərə alan ölkə rəhbərliyi ara məsafəsi tələbinin dəyişdirilməsinə qərar verib. Milli Məclisin qərarı ilə Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, fərdi ev tikintisi zamanı ara məsafəsi 2 dəfə azaldılıb və evin hündürlüyünün 0,6 hissəsi qədər yox, 0,3 hissəsi qədər olmalıdır.
Bu dəyişiklik fərdi evlərin tikintisi ilə bağlı vəziyyəti tamamilə dəyişir. Belə ki, əvvəlki vəziyyətdə sahəsi 100 kvadratmetr olan torpaqda yalnız 27 kvadratmetr sahəsi olan birmərtəbəli ev tikmək olardısa (evin hər tərəfindən 2,4 metr ara məsafəsi saxlamaq şərtilə), dəyişikliklərdən sonra isə həmin torpaq sahəsində 58 kvadratmetrlik ev inşa etmək olar (hər tərəfdən 1,2 metr ara məsafəsi saxlamaq şərtilə).
Torpaq bazarı canlanacaq
Ara məsafəsi tələbinin dəyişməsi Azərbaycanda, xüsusilə də Bakı və onun ətrafında fərdi ev tikintisini sadələşdirəcək. Nisbətən kiçik torpaq sahəsi olan vətəndaşlar bu dəyişikliklər sahəsində ev tikə biləcəklər. Nəhayət, bu dəyişiklik nisbətən kiçik topaq sahələrinə olan tələbatın daha da artmasına və torpaq bazarının canlanmasına səbəb olacaq.
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?