Əgər üzünüzdə qırışların yaranmasını istəmirsinizsə, saqqız çeynəməyi tərgitməli və bol-bol su içməlisiniz.
Mütəxəssislərin fikrincə, saqqızların tərkibində olan maddələr də insan orqanizmi üçün zərərlidir. Belə ki, saqqızın tərkibində olan şəkər spirti (maltitol) qan şəkərini yüksəldir, baş ağrısı, mədə və bağırsaq pozulmalarına səbəb olur.
Şirniyyatçı Əfruzə İmanovanın sözlərinə görə, saqqızın tərkibində olan sorbitol, ksilitol, mannitol, aspartame, assesülfam, sukraloz, saqqız mayası və mal jelatini insan orqanizmi üçün müxtəlif zərərli təsirlərə malikdir. Belə ki, bu maddələr qan təzyiqini artırır, şəkəri qaldırır, ürək probleminin yaranmasına səbəb olur, insanın depressiyaya düşməsinə yol açır: "Saqqızın tərkibinə mal jelatini də vurulur. Bu jelatin sümüklərin qaynadılması ilə əldə edilir. Bu maddə adətən Avropa ölkələrində donuz və başqa heyvanların sümüklərindən hazırlanır. Saqqızın tərkibində olan təhlükəli maddələrdən biri də sintetik kauçukdur ki, bu daha çox uşaqlar üçün təhlükəlidir".
Həkim-travmatoloq Elgün Aslanlının dediyinə görə isə saqqız çeynəmək çənə problemlərinə gətirib çıxarır. Saqqız çeynəmək minion tipli və incə qadınlarda daha çox çənə problemlərinin yaranmasına səbəb olur: "Saqqız çeynəmək dişlərdə çürüklərin meydana gəlməsinin qarşısını alsa da, çox saqqız çeynəmək üz gözəlliyini pozur. Saqqız çeynənilən zaman yanaq-üz əzələləri çox hərəkətdə olduğundan üzün simmetriyasında müəyyən problemlər ortaya çıxa bilər. Yemək yedikdən sonra dişləri yumaq imkanı yoxdursa, o zaman saqqız çeynəmək olar. Saqqız fasilərlə hər ik tərəflə çeynənilməlidir. Saqqız çeynəmək oynaq xəstəliyinə də səbəb ola bilər. Çox saqqız çeynəyən adamlarda çənə hərəkətlərində məhdudluq varsa, çənədən səs gəlirsə, qulaq narahatlığı olmadığı halda qulaq ağrısı varsa, çənədən səs gələrkən səs birdən itib ağrı və məhdudluq meydana gəlirsə, ağzınızı açmaqda çətinlik yaranıbsa, həkimə müraciət etmək məsləhət görülür".
Saqqız çeynəmək diş qıcartmaya və diş sıxmaya da səbəb ola bilər. Bu hərəkət oynağın içində olan diskə həddindən artıq yük düşməsinə səbəb olur. Əgər səhər qalxdığınız zaman çənələrdə yorğunluq və qulaq ağrısı ilə oyanırsınızsa, sizdə də diş qıcartma və ya sıxma ola bilər.
Bütün bunlarla yanaşı saqqız çeynəməyin faydası da az deyil. Belə ki, fast-food yeməklərdən, çərəzlərdən uzaq olmaq üçün saqqız əlverişli vasitədir. Saqqız kalori dəyərini azaldır, gərginliyi və əsəbiliyi aradan qaldırır, ağız və diş sağlamlığına təsir edir, ağızı müəyyən bakteriyalardan qoruyur. Saqqızın çəkiyə də təsiri az deyil. Az kalorili olduğuna görə, saqqız çeynəmək insanı arıqladır. "Apetit" jurnalının araşdırmasına görə, saqqız iştahanı azaldır. Belə ki, günortadan sonra saqqız çeynəyən insanlarda aclıq hissi azalır və kalori alışının qarşısı alınmış olur. Saqqız çeynəmək iştahanı azaltdığına görə, qida az qəbul edilir və bu da arıqlamağa gətirib çıxarır.
XƏBƏR LENTİ
Şeron Stoun bu dəfə siyasətə qarışdı-FOTO
Adriana və Metin AYRILMADIqlarını sübut etdilər-FOTO
Zəncəfilli krab (foto resept)
Fındıq istehsalı və ixracı ilə bağlı YENİ TƏKLİFLƏR verildi
Murat yeni albom yazdırır-FOTO
Azərbaycanda məktəbli oğlandan BÖYÜK QƏHRƏMANLIQ
Oktyabr ayının qalibləri!
Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
Həkimdən küçədə satılan peraşkilərlə bağlı AÇIQLAMA
Ankarada məzar dəhşəti: Yaxınlarını ziyarətə gələnlər heyrətə düşdülər - VİDEO
Teylor Svift "kişi" oldu - VİDEO
Ərazilərimiz minalardan təmizlənir
İŞİD Paris qətliamının səbəbini açıqladı
Bel ağrısı ilə həkimə getdi aldığı cavabdan ŞOK oldu-FOTO
Gözəl jaketlər
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Bengü 40 günlük qızı ilə - FOTO
Bu ilin qış qarderobu
Günün ulduz falı
Təbiətin gücü
Kivi maskası ilə gözəlləşin
Fahriye Evcen yenidən kökəldi-FOTO
Azərbaycanın 45 saniyəlik reklamı (VİDEO)
İsrail atəşkəsi pozdu
Koronavirusdan ilan vasitəsilə qorunan şəxs marağa səbəb oldu
Van Dammın Bodrum tətili-FOTO
Günəş sistemində yeni planet kəşf olundu
DİN-dən məlumat bazasına kiber-hüçum barədə AÇIQLAMA
Emosional zəka nədir?
Şəhid Xudayar “Azərbaycan Bayrağı” ordeninə layiq görüldü
Qənaətcil olmaq üçün 5 təklif
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Ütü alarkən bunlara diqqət edin
Şimşək çaxacaq, yağış yağacaq!
Maykl Ceksonun qızı XƏSTƏXANALIQ oldu-SƏBƏB
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Bakıda yolların biri açılır, digəri isə bağlanır
MN: Düşmən qüvvələrindən əsir götürülənlər var
Tərəzi bürcünün 4 əsas xüsusiyyəti
İlham Əliyev ali hərbi rütbələr verdi - SİYAHI
Bakıda 2 ay pulsuz Wi-Fi olacaq
Həyat yoldaşınızla izləyə biləcəyiniz 5 film
İt internet ulduzuna çevrildi - FOTO
Körpələrdə göbək yırtığı
Məşhur cütlük AYRILDI
Trampla şam yeməyinə bilet satılır – Şok qiymət
Kim Çen Inın sevimli böyük oyuncağı
İnstagram fenomeni akula qurbanı oldu-ŞOK FOTO
Orta məktəblərdə mobil telefonların qadağan ediləcək?
Mavi gözlü şəxsiyyət testi
- ŞƏRHLƏR