
Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 22 il ötür.
Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır.
1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev muzeyləri yaradılıb, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz hələ öz milli ordusu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi.
Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər. Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb.
Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb. Şuşanın işğalı nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda koronavirusa yoluxmada yeni rekord, 19 nəfər vəfat edib
Ukrayna XİN-dən Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun atəşə tutulması ilə bağlı BƏYANAT
Martın 1-dən Bakıda yeni ünvan sisteminin tətbiqinə başlanılır
Sadə pide və ev üsulu toyuqlu "İsgəndər" dönəri (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?- 20 Dekabr
Günün ulduz falı
Sobada Vafli (foto-resept)
Obamanın tarixi Kuba qərarı
Yaşlı göstərən 6 yanlış saç forması
ABŞ-da yolu keçərkən SMS yazanlar cərimələnəcək
İkimərtəbəli uşaq çarpayıları
İspanaqlı makaron (foto-resept)
Əgər onda bu xüsusiyyətlər varsa, diqqətli olun!
Qızının uşaqlığını şəkillərə və karikaturaya köçürən ata
Rassel Krou Avstraliyadakı yanğına görə tədbirə gəlməyib
Xınayaxdı mərasimi
Hicri-qəməri və hicri-şəmsi təqvimlərin fərqi nədir?
Valideynlər, pul gəlir!
Girovlarımıza azadlıq
Diqqət! Təhlükə var
Dəri ləkələrini yox edən maska
Həcc kvotası 600-dən 2000-ə qaldırılıb
Praktik mətbəx əşyaları
Berti Foqtsun taleyinə dekabrın 18-də aydınlıq gələcək
İnsanların xoşbəxtliklərini əllərindən alan amillər (1)
Qurana and içən ABŞ konqresmeni
Bakı bulvarından sakinlərə xoş xəbər
Zəngin tərkibli piroq (foto resept)
Rəsmlərini kiçik qablarda çəkdi
Ledi Qaqa və Bredli Kuper artıq eyni evdə yaşayır
Erməni yalanları ifşa edilir
Süfrəmizdəki bomba effektli qatil: bir ədədi bəsdir...
Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Cənub bölgəsinin ən ucaboylu sakini
Lobya şorbası (foto-resept)
Ardadan xanımına 250 minlik hədiyyə -FOTO
Sumqayıtda başlayacaq, Lənkəranda bitəcək
Dəbli ayaqqabılar
Kəlbəcərin son görüntüləri yayıldı - VİDEO
Qadın.Netlilərin körpələri- 4
Azərbaycanda daha 97 nəfərdə koronavirus aşkarlandı, bir nəfər vəfat etdi
Yeni ipoteka təklifi
Bakıda Formula 1 pilotlarının avtoqraf sessiyası keçiriləcək
Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb
Cəbhədə qızğın döyüşlər və helikopterin vurulması: Nələr dəyişdi?
Vanqanın arxivində sirli vərəq tapıldı: BƏLALAR GƏTİRƏ BİLƏR
İlanların sayı artıb
Dubaya bir də quş uçuşundan baxın
Allah istərsə övlad verər
Bu gündən Bakıda satış yarmarkaları fəaliyyətə başlayır















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]