Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 25 il ötür.
Milli.Az bildirir ki, Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır.
1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev muzeyləri yaradılıb, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb.
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz hələ öz milli ordusu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi.
Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər.
Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb.
Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb. Şuşanın işğalı nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qızıl qolbaqlar
Rusiyada pandemiyanın başlanğıcından bəri koronavirusa rekord yoluxma
Hər kəsə pulsuz internet veriləcək - Nazirdən AÇIQLAMA
Bu vərdiş beyni inkişaf etdirir
Hörüklü saç modelləri
Zolaqlı "Napoleon" tortu (foto resept)
Qazın limiti yanvarın 1-dən etibarən...
Hamilə qadın havada ana oldu
Obama xalqını təhqir etdi
Dərinizə uyğun ətri necə seçməli?
Azərbaycan Dövlət Miqrasiya Xidməti noyabr ayı üzrə vəziyyəti açıqladı
Qat-qatlı toyuq (foto resept)
Yerin yumru olduğunu sübut et, 25 min qazan
İran ABŞ-a xəbərdalıq etdi
Rusiyada koronavirusu məhv edən maye ixtira ediblər
Qış mövsümünün ən faydalı şirələri
TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı - FOTO
Boşanma xəbərlərinə belə cavab verdi-FOTO
Alman dili-X dərs
Yeni qaydalar: Sürücülər bunu bilməlidirlər
Tanış olun: Toyota Aqua Cross
Azərbaycanda yeni məktəblər şəbəkəsi yaradılacaq
Dəqiqlik üçün darçın, stress üçün qoz
"Çokoprens" qurabiyyə (foto resept)
Habil Əliyevdən son xəbər
Xaricdən idxal olunan toyuq budlarına xüsusi maddə vurulur?
HAVA necə olacaq?
Uşaqlarda autizm xəstəliyi
Türk mətbəxindən "Çəhrayı Kısır" (foto resept)
“Eurovision-2015” bu şəhərdə olacaq
Niyə görə hündür daban ayaqqabılar cazibədarlıq rəmzidir?
Hamiləlikdə yalançı sancı əlamətləri
Məşhur aktyor müxbirlərə silah tuşladı-FOTO
Seda ilk dəfə qızının üzünü göstərdi-FOTO
Telefonu itənlərin nəzərinə
11 noyabra hazırlaşın: MÖCÜZƏ BAŞ VERƏCƏK
"Qalatasaray" alman ulduzu transfer etdi
Kompozit illüstrasiyalar
Can Yamanı karonavirusdan belə qorudular-FOTO
"Kömək et, ata!" (Füzulinin işğalı gününə)
“Facebook”, “Instagram” və “WhatsApp”da ortaq YENİLİK!
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Kartofun topdansatış qiyməti də artdı
Bakı 2015-dən 75 milyonluq əhali üçün razılaşma
Toyuq ətindən yarpaq dolması (foto-resept)
Bel ağrılarına ən təsirli həll: Pilates
Məşhur aktrisa ana oldu-FOTO
Qoca mühəndis təyyarələrdən ev tikdi
Ərinizin anlayışsızlığını necə başa düşmək olar?
Dünyanın ən dəhşətli həbsxanası














