
Nosebo effektinə görə, xəstələnməkdən qorxan, sağlamlığında nəsə problemin olduğunu tez-tez düşünən insanlar obyektiv səbəb olmadan belə xəstələnirlər
Nosebo effekti latın dilindən "zərər gətirən" deməkdir. İnsanlar uzun müddət neqativ fikirlərlə, emosiyalarla yaşadığı üçün xəstələnirlər.
Bu cür fikirlər insanın ölümü ilə də nəticələnir.
Belə ki, xəstəlik çox fikir və dərd çəkən insanların orqanizmində daha sürətlə inkişaf edir.
Psixoloq Lalə Əhmədovanın sözlərinə görə, hər şeyə tez inanan insanların, ipoxondriya - xəstələnmək qorxusu ilə yaşayanların da səhhəti tez-tez pisləşir. Onlar adi soyuqdəymənin arxasında onkoloji xəstəliklərin dayandığını düşünür, çox vaxt da orqanizmlərini bu səviyyəyə salırlar: "Bu cür adamlar dərmanların içmək qaydası, göstəricilərini oxuduqda belə qorxuya düşür və göstərişlərdə yazılan əlamətləri özlərində axtarmağa başlayırlar. Hətta dərmanın qəbul qaydalarında əks göstərişləri oxuyan belə adamlar dərmanı içməyə başlayanda həmin əks göstəricilərin onlarda baş verdiyini düşünürlər. Belələri dərmanları içəndən sonra adətən sağalmaq əvəzinə səhhətlərinin pisləşdiyini deyirlər".
Qəribəsi odur ki, hansısa xəstəlik tutacağından qorxan adamlar özlərində bu xəstəliyə yoluxma riski olmasa belə, yoluxma riski olan, amma bu haqda bilməyən və heç düşünməyənlərə nisbətən həmin xəstəliyə daha tez tutulurlar.
Qeyd edək ki, nosebo effekti insanın beynində real dəyişiklərə səbəb olur. Bunu Miçiqan Universitetinin alimi Con-Kar Zubieta təcrübə apararkən aşkar edib. O, Pozitron Emission Tomoqrafiya ilə aparılan təcrübə əsasında nümayiş etdirib ki, nosebo effekti ağrıkəsici təsirə malik opiod peptidlərin çoxalmasında iştirak edən dofamin hormonunun yaranmasının azalması ilə bağlıdır. Bu səbəbdən də nosebo efffekti ağrını çoxaldır.
Əhmədova diqqətə çatdırıb ki, kişilərə nisbətən qadınlar nosebo effektinə daha çox məruz qalırlar: "Lakin kişilər də narahatlıq keçirir və nasebo effektinin qurbanına çevrilirlər. Sadəcə, onlar narahatlığını içində gizlədir və bu haqda həkimlə bölüşmürlər. Bu səbəbdən də onlarda nosebo effektini aşkar etmək çətindir".
Onun dediyinə görə, nosebo effekti kütləvi psixoz halına da gətirib çıxarır. Belə ki, vaxtaşırı hansısa virusun yayılması xəbəri insanlarda kütləvi psixozlara səbəb olur.
Psixoloq bildirib ki, nosebo effekti ilə hipnozla mübarizə aparmaq yaxşı nəticə verir. Hipnoz insanı neqativ emosional vəziyyətdən çıxarmağa kömək edən ən güclü üsuldur. Dərmanlar isə müvəqqəti effekt verir. İnsanı müəyyən müddətə sakitləşdirir. Dərmanlar bitdikdən sonra isə insan yenidən əvəlki vəziyyətinə qayıdır.
Müsahibimiz qeyd edib ki, nosebo effekti ilə mübarizədə həyata olan sevgi də çox güclüdür: "Yaxşı şeylər haqqında düşünmək lazımdır. Yaxınlarınıza, ailənizə və ya işinizə görə sevinin. Həyatdan bacardıqca daha çox zövq almaq, pis şeylər haqqında fikirləşməkdənsə, hər şeyin yaxşı nəticələnəcəyini xəyal etmək lazımdır".
İnsanın hər zaman necə düşünmək, nə hiss etmək, necə hərəkət etmək seçimi var. Psixoloq deyir ki, insan özünü xilas etmək istəmədikdə, mənfi fikir və emosiyaların içində boğulmağa başlayır. Nosebo effekti isə onun orqanizmində mənfiyə doğru dəyişikliklərə səbəb olur və şəxs doğurdan da xəstələnir. Bu baş verməsin deyə dünyaya baxış və həyat tərzinin dəyişmək lazımdır.
Qeyd edək ki, nosebo effektinin əksi plasebo effektidir. Plasebo latın dilindən "bəyənəcəksən, xoşuna gələcək" mənalarını ifadə edir. Tərkibində müəalicəvi təsirə malik heç bir maddə yoxdur və sadəcə boş dərman kimi istifadə olunur. Bu dərmanın effekti xəstənin sağalacağına inanması ilə bağlıdır. Plasebo dərmanları adətən süd şəkərindən hazırlayırlar.
Ümumiyyətlə, insanın əslində müalicəvi effekti olmayan üsul ilə sağalacağına inandığı üçün səhhətinin yaxşılaşması plasebo effekti termini ilə adlandırılır. Bu cür müalicə üsulları, misal üçün, bəzi prosedur və ya idman hərəkətləri ola bilər. Plasebo effketinin təsir gücü insanın inamının hansı dərəcədə olması və plosebo müalicə üsulları və onların hansı şəraitdə aparılması, qiyməti, görünüşü və s. ilə sıx bağlıdır. Misal üçün, dərmanın bahalı olması və çətin tapılması xəstənin həmin dərmanın effektinə inamını gücləndirir. Xəstənin müalicəni aparan həkimə olan inamı və klinikanın nə dərəcədə nüfuzlu olması da müalicəyə təsir göstərir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Messidən möhtəşəm dönüş
İrəvan Rusiya işğalı dövründə
Gec evlənən kişilər bu yazını mütləq oxusunlar
Həyatı üç il uzatmaq üçün cəmi beş dəqiqə lazımdır
Şeyma qızı ilə İstanbulu tərk etdi-FOTO
Qorxma, yaxınlaş anana
Zövqlü don modelləri
Bu il nələr dəbdədir?
Övladınızın istedadlı olmasını istəyirsinizsə...
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası ziyarət olunub
Şərbətli piroq (foto resept)
Uşağınızın yaddaşını göz qabağında oğurlayırlar...
Feysbukdan SƏRT QAYDALAR
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Demet Akalın Amerikaya getdi-FOTO
Berkayın milyonluq oyuncağı-FOTO
Gözaltı ləkələrinin həlli yolları
Yeni şəbəkə hazırlanır
Xaş-xaşlı tort (foto resept)
Tərəvəzli noxud pizzası (foto resept)
Azərbaycanda ipoteka qaydaları dəyişəcək
45 yaşdan sonra ata olmaq istəyənlərin nəzərinə
Kibariye hamilə qızı ilə fotosunu paylaşdı - FOTO
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir
Cəbhədə qızğın atışma
Yayın "qış" xəstəlikləri
Ordumuzun irimiqyaslı təlimlərindən görüntülər
Sabahın HAVAsı
Ev dekorasiyasında yeni dövr
Qeyri-adi geyimlər
Metroda koronavirusun yayılmasını əks etdirən VİDEO
Kələmli qarğıdalı salatı (foto resept)
Samsung Vyetnama köçür
Mağazadan mal alarkən ehtiyatlı olun
Günün qoroskopu: məqsəd və hədəfləri konkretləşdirməyə çalışın
Meyvə yeməyi unutmayın!
Göz laynerini asan çəkmə üsulları
Hər kəs bu toydan danışır!-FOTO
Əlləri ilə dünyanı kiçildən sənətkar
Soyuğadavamlı çiçəklər
Qıvırcıq saçları düzləşdirmək üçün maska
Broşlar
Göyün 7-ci qatında 7 düşüncə
Balıq salatı (foto-resept)
Ceyhun Bayramov üçtərəfli görüş üçün Pakistana gedir
Bazarda quru meyvələrə tələbat artıb - QİYMƏTLƏR
Adamyeyən narkotikanın qurbanları
Ananın ixtira etdiyi cəza üsulu hər kəsi təəccübləndirdi
“TikTok” istifadəçilərinə BƏD XƏBƏR
Çentik kababı (foto resept)














