
Yuxu - beyin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf aləmə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesidir. İnsanların yuxuları fərqləndiyi kimi, yuxuda gördükləri rəng və rəng çalarları da fərqlənir. Psixoloqlar bildirirlər ki, yuxu insanın həyatda qarşılaşdığı hadisələrə, keçirdiyi həyəcanlara emosional münasibətidir.
Psixoloq Elnurə Bağırovanın sözlərinə görə, bəzi insanlar ağ-qara, rəngsiz, bəziləri isə rəngli yuxular görür:
"Yuxuda ağ rəng təmizlik, saflıq, xeyirxahlığı simvolizə edir. Əgər insan yuxularında ağ rəngləri daha çox görürsə, bu, onun xeyirxah olduğunu, həqiqəti həyatın ötəri əyləncələrindən ayıra bildiyini göstərir. Lakin ağ rəng insan gerçəklikdə kədərli anlar yaşayırsa, onun başqalarından təcrid olmasına, tənhalığa meyl etməsinə işarə edir. Yuxularında bu rəng üstünlük təşkil edən insanlar soyuq olur, şənlik və yığıncaqlara getmək istəmir, sakitliyi sevirlər. Bəzi hallarda bu rəng sağlamlıqda hansısa problemlərin olduğunu əks etdirir".
Məişət problemlərini həll edən, başı problemlərə qarışan insanların yuxularında isə qəhvəyi rəngin çalarları daha çoxdur. Bu rəng insanın darıxdığını da göstərir. Depressiya və ruh düşkünlüyü ilə üzləşən adamlar da yuxularında qəhvəyi rəng görürlər. Qəhvəyi rəng insanın xatirələrlə yaşamasını, indiki həyatından məmnun olmamasını göstərir. Belə adamlar adətən kimdənsə asılı olurlar. Özünə güvən hissi aşağı olduğu üçün özləri sərbəst şəkildə problemlərini həll edə bilmirlər.
Qırmızı rəng enerjili, fəal, güclü insanların rəngidir. Yuxularında bu rəngi görən insanlar aqressivliyi ilə seçilsə də, özlərinə rəqib tanımırlar. Başqalarını öz bacarıqları ilə asanlıqla üstələyir və çətin, ekstremal vəziyyətlərdən çıxış yolu tapırlar. Yuxularında qırmızı rəngi görməyi adət etməyən adamlar, həyatlarının hansısa dövründə bu rəngi görməyə başlayırlarsa, deməli, həmin dövrdə aqressiya, qəzəb və kindən əziyyət çəkirlər. Bu rəng yüngül əxlaqa, risk və intriqalara meylliliyi də göstərir. Yuxularında qırmızı rəngi görənlər ehtiraslı olmaları ilə də seçilirlər.
Mavi rəng insanın inanclara, fala, sehrə inandığını göstərir. Onlar həyata real baxmağı sevmirlər. Psixoloq bildirir ki, gerçəklik onlara maraqsız gəlir. Onlar həyatda baş verən adi hadisələrdə müəyyən işarələr axtarmağı, təsadüflərə böyük önəm verməyi xoşlayırlar. Bununla onlar sanki həyatlarını maraqlı edirlər. Çox vaxt da bu xüsusiyyətləri onlara stressdən çıxmağa, həyata daha ümidlə baxmağa kömək edir. "Yuxuda mavi çalarlar insanın qapalı olduğunu göstərir. Bu rəng insanın sakit və səbirli olmasına da işarə edir. Əgər yuxuda mavi rəng həddindən artıq çoxdursa, bu, insanın manipulyator olduğunu və başqalarını idarə etdiyini göstərir".
E.Bağırova bildirib ki, yuxuda hadisələrin və əşyaların yaşıl çalarlarda olması isə inkişafı simvolizə edir: "Əgər insan həyatının hansısa dövründə yaşıl rəngi görürsə, çox enerjilidir və bu dövr onun planlarının reallaşması üçün əla vaxtdır. Parlaq yaşıl isə insanın təcrübəsizliyini göstərir. Yaşıl çalarların çoxluğu həm də insanın tamahkar olduğundan xəbər verir. Yuxuların bütünlüklə bu rəngə boyanması isə qəzəb, qısqanclıq və neqativ hissləri tərənnüm edir".
Yuxularda qızılı rəng ağıl, qələbə və şöhrətin rəmzidir. Bu rəng insanın ağıllı, hiyləgər və təcrübəli olduğunu göstərir. Qızılı çalarların zəngin olduğu yuxular sahibinin özündən çox əmin olduğuna işarə edir. Belə yuxuları görən şəxslər sevinə bilər. Belə ki, onlar bacarıqlarını yüksək inkişaf etdirib və həyatdan istədiklərinə nail olublar. Maddi cəhətdən sıxıntı çəkməyənlər də yuxuda sarı rəng görürlər. Bu rəng işgüzar həyatda uğura işarə edir. Bəzi hallarda bu rəngin çoxluğu insanın maddi cəhətdən kimdənsə asılı olduğunu da göstərir.
Həmsöhbətimizin dediyinə görə, yuxuda sarı rəngi görən insanlar optimist olurlar: "Ən çarəsiz vəziyyətlərdə belə hər şeyin yaxşı bitəcəyinə ümidini itirmir. Yuxuda sarı rəngi görən adamlar ağıllı olur, istənilən problemi həll edərkən emosiyalarına deyil, ağlına arxalanır. Sarı rəng qısqanclığa da işarə edir. Yuxularında bu rəng çalarları olan insanlar sevdiklərini heç kimlə bölüşmək istəmir və qısqanclıqdan əziyyət çəkirlər. Sarı rəng insanın paxıl olduğunu göstərir. Yuxuda narıncı, kərpic və başqa isti rənglərin üstünlük təşkil etməsi əhvalın yüksək olmasının təzahürüdür. Yuxuda soyuq rənglərin olması isə qısqanclıq, paxıllıq və xəyanətdən xəbər verir".
Tünd-qırmızı rəng isə kübarlığın rəmzidir və insanın hökmlü olduğunu göstərir. Çəhrayı rəng isə şəxsin romantik, mehriban, həssas qəlbli olduğuna işarə edir. Yuxularında çəhrayı rəng görənlər sadiq insanlar olur və sadəliyi ilə başqalarından fərqlənirlər. Lakin bu rəng bəzi hallarda insanın yüngül təbiətli olmasından da xəbər verə bilər.
Müsahibimizin dediyinə görə, insanlar ətrafında baş verən hadisələrə və insanlara laqeyd münasibət bəslədikdə isə yuxularını boz çalarlarda görürlər. Səbəbsiz yerə narahatlıq yaşayanların da yuxularında bu rəng üstünlük təşkil edir. Yuxuda bənövşəyi rəngin çalarlarının olması isə insanın təxəyyülünün güclü olmasından xəbər verir. Rəngsiz yuxular isə insanın həyat eşqinin söndüyünü, passiv olduğunu göstərir.
Qeyd edək ki, yuxuda qara rəngin üstünlük təşkil etməsi insanın dərd çəkməsinə, hansısa itki ilə üzləşməsinə işarə edir. Ümumiyyətlə, yuxularda qara rəng çarəsizlikdən xəbər verir. Depressiyada olan insanlarda yuxularında qara və tünd rəngləri görürlər. Qara rəng həddindən artıq çoxdursa, insan qisas almaq məqsədilə yaşayır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Möhsün Sənani
Dünyadakı analar
Sizi "tox" saxlayacaq 7 qida
Sukerberq planetin 5-ci varlısı oldu
Ərdoğan Ancelina Coli ilə oteldə görüşüb
“Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb
Prezident İlham Əliyev əlil və şəhid ailələrini sevindirdi
Bakteriyalar
Serj Sarkisyanı nüfuzdan salan məqamlar
Leyla Əliyeva hindistanlı mistiklə görüşdü - FOTO
Azərbaycanda özəl universitetlərdə jurnalistika ixtisası üzrə tələbə qəbulu aparılmayacaq
Əmək kitabçaları tarixə qovuşur
Dolğu etdirdi, başına bəla oldu-FOTO
Ayağınız şişir?-həkim XƏBƏRDARLIQ EDİR
İlanları tutan uşaq hər kəsi qorxutdu-FOTO
2015 bahar modası trendi
İnternetdə böyük fasilə oldu
Məşhur aktyor “Çarpışma”nı tərk etdi - VİDEO
Sabahın HAVAsı
Qaraçıların pulla bağlı qəribə inancları
Xaricdən gətirilən telefonlar vergiyə cəlb olunacaq
"Real Madrid" "Barsa"nın rekordunu qırdı
5 stildə saç yığımı
Gəlinlər üçün 3000 manatlıq qızıl maska hazırlandı - FOTO
Göz həkimləri niyə eynək taxır?
Vikipediya-nın "ata"sına mükafat verildi
Dubayda dünyada ən iri günəş elektrik stansiyası tikilir
Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı və Müdafiə Nazirliyinin idarə rəisi vəzifələrindən azad edildilər
Xəzərdə neftçi meyiti tapıldı
Dünya şöhrətli fransalı məşhurlar erməni separatizminə açıq şəkildə dəstək ifadə edib
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Qazaxıstanlı alimlər Azərbaycanda tədqiqat aparacaqlar
Cazibədar qadın olmaq üçün
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Kirvənin qızı ilə evlənmək olmaz?
Yataq otağınıza bu 5 bitkini qoyun - SİYAHI
Müəllimləri izləyən xəstəliklər
Milli Kino Günü qeyd olunacaq
Azərbaycanda ali təhsildə yenilik
İtaliyanın ən yaxşıları seçildi
Bakıda bu möhtəşəm mənzərəni qaçırmayın - FOTO
Abituriyentlərin nəzərinə! İmtahandan əvvəl bu qidaları yeməyin
Mars və Yer bu həftə maksimum yaxınlaşacaq - Təhlükə, yoxsa...
Məktəbəhazırlıq kurslarına uşaqların qoyulması məcburi olacaq?
İşğaldan azad olunmuş torpaqlarımızdakı mədəni abidələrlə bağlı VACİB ADDIM
Poğaça (foto resept)
Məşhur cütlük qızları ilə ilk FOTO paylaşdı
Qabarıq saçlar üçün maska
İrina Şeykin Nyu-Yorkdakı evi diqqət çəkdi- FOTO
Baxımlı qadının 18 gözəllik vərdişi














