
Uşaqlar mətbəxə girib-çıxmaqdan, biskvit, çipsi kimi qidaları yeməkdən böyük zövq alırlar. Bu, normal bir uşaq davranışıdır. Lakin kiçik qidalar bütün bir günə yayıldıqda, yemə miqdarı gedərək artdıqda valideynlərin bəzi tədbirlərə əl atması, uşaqlarının sağlam olmayan qidalanma vərdişlərinin önünə keçməsi lazım olur.
Böyüklər artıq çəkini rahatlıqda pəhrizlə verdikləri halda uşaqların pəhrizə əməl etməsi üçün müəyyən yaş həddini keçməlidirlər. O yaş həddinə kimi isə normadan daha çox artan uşaq əziyyət çəkir, sağlamlığını itirmiş olur. Xüsusən çərəzlər, çipsilər, biskvitlər, şokoladlar həm uşaqların kökəlməyinə, həm iştahasının vurularaq normal yemək yeməməsinə, həm də artıq çəki alaraq xəstə olmasına səbəb olur. Elə buna görə də, valideynlər qidaları seçərkən diqqətli olmalı, az, amma kifayət qədər vitaminli yeməklər hazırlamalıdırlar. Belə olan halda uşaqlarda kökəlmənin qarşısı alınacaq, onların daha aktiv və sağlam olmasına səbəb olacaq. Bu, tamamilə uşaqların çərəzlərdən uzaqlaşdırılması demək deyil. Çərəz yeməklərin əlavəsi olmalıdır, yemək çərəzin əlavəsi deyil.
2 uşaq anası Lalə Zamanova deyir ki, mağazaya uşaqları ilə birlikdə girmək mümkün deyil. Çərəz aldıqdan sonra çərəzləri uşaqdan gizlədib verməmək də mümkün deyil. Belə olan halda ana ilə bala arasında "soyuq müharibə" başlanır: "Uşaqlarım çipsi və qazlı içkiləri çox sevir. Dəfələrlə onlarla söhbət etsəm də, izah edə bilmirəm ki, az yemək lazımdır. O dərəcəyə gəlmişəm ki, bunların necə hazırlanmasını videolarla uşaqlara göstərim, onları iyrəndirim amma mümkün deyil. Bizim vaxtımıda bir konfetə həvəslənib bütün evin işini görürdük. İndi bununla da uşaq həvəsləndirmək mümkün deyil. Əlacları olsa hər gün belə qidalanarlar. Yemək boşqabının yanında çipsi olmasa, o yemək olduğu kimi qalacaq. Rüşvətlə uşaq yedizdiririk".
Dietoloq Vəfa İmamquliyevanın sözlərinə görə, uşaqların çipsi, şokolad, suxari, biskvit və s. kimi qidalara alışması şərait yaradır ki, onlar bu qidalar üçün yeməkdən imtina etsinlər. Ən yaxşı üsul uşaqlarla mağazalara getməmək, belə qidaların satıldığı yerdən uzaq durmaqdır: "İndi məktəblərdə uşaq qidalarına xüsusi diqqət var. Valideynlər rahat ola bilər ki, övladları məktəbdə olduğu müddət zərərli qidalardan uzaqdırlar. Evə gəldikdə isə valideyn özü buna nəzarət etməlidir. Əvvəla, uşaq görmədiyi, dadını bilmədiyi bir şeyi istəmir. Əgər valideyn "bu gün balama çipsi almışam" deyib onun ağız dadını dəyişmək istəyirsə, sonradan bunun qarşısını almaq çox çətin olacaq. Bu da pis vərdiş sayılır".
V.İmamquliyeva deyir ki, tərkibində heç bir xeyirli maddə olmayan belə qidalar uşaq mədəsini tox tutub onu normal yeməkdən soyudur. "Nəzərə almaq lazımdır ki, bütün uşaqların meyl etdiyi əlavə qidaların tərkibində doymuş yağ, boyalar, duz və şəkər miqdarı həddindən çox olur. Bu da xəstəliklərin yaranması üçün səbəb yaradır. Tərkibində vitamin və mineralların az olması xüsusən böyümə ərəfəsində olan uşaqlar üçün ziyanlıdır. Bir anlıq xoşbəxtlik verən belə qidalar ilə valideynlər övladlarını sevindirməklə yanaşı onlara xəstəlik də pay vermiş olur".
Dietoloqun bildirdiyinə görə, bu cür qidalar xərçəngin yaranması üçün şərait yaradır. Bədəndə xərçəng yaradan nitrozların artımına səbəb olur, tərkibində olan qoruyucu və boyalar da xəstəliyin yaranmasını sürətləndirir. Şəkər və yağ miqdarının normadan çox olması kilo artımını sürətləndirir, iştahı küsdürüb sadəcə süni qidalarla qidalanmağa qarşı meyl yaradır. Trans yağ və doymuş yağ eyni zamanda ürək xəstəliklərinin yaranmasına səbəb olur: "Bu cür qidalar ilk vaxtlar heç bir pis nəticə göstərmir. Uşaq yaşlarında qəbul edilən doymuş yağlı qidalar sümükləri möhkəm edən maqneziumdan, immun sistemini gücləndirən selenyumdan əskik qaldığı üçün uşaqlar zəif böyüyür. Bu qidalar uşaqların qırmızı ətə, paxlaya, lobyaya, ümumiyyətlə yeməklərə marağını öldürür. Mümkün qədər qidaları uşaqlara tez tərgitmək lazımdır. Bunun yerinə müxtəlif xeyirli çərəzlər almaq və uşaqları buna öyrəşdirmək lazımdır. Quru üzüm, fındıq, qoz, ləbləbi, süd, meyvələr, dondurmalar uşaqlar üçün cipsi, çkalatdan daha xeyirli və daha vitaminlidir".
Ümumdünya Sağlamlıq Təşkilatı və Amerika Qida və Dərman Təşkilatı hesab edir ki, bir yetkinin gündə ən çox 6 qram duz alması və 65 qram yağ istehlak etməsi lazımdır. Lakin gündə 2 paket çipsi yeyən uşaq bu nisbətləri həddən çox aşır. Bu iki təşkilatın mütəxəssislərinə görə, onların qəbul etdiyi yağ miqdarının içində ürəyə zərərli olan doymuş yağ nisbətinin 20 qramı aşmaması lazımdır. Uşaqlarımızın yediyi 100 qramlıq paket kartof çipsisinndə 25-33 qram arasında yağ var. İngiltərə Ürək Sağlamlığı Təşkilatının məlumatına görə, 100 qramlıq kartof çipsilərindəki doymuş yağ nisbəti 10, işlənmiş yağ nisbəti isə 3 qrama qədər ola bilir. Duz nisbəti də 3 qrama qədər yüksəlir. Başqa cür desək, gündə 100 qramlıq iki paket çipsi yeyən uşaq əslində bir yetkin şəxsin alması lazım olan yağ və duz nisbətini istehlak etmiş olur. Doymuş yağ istehlakı 20 qramı aşdığı zaman piylənmə riskini 80 faiz, ürək xəstəliklərinə tutulma riskini isə 60 faiz artırır.
Ekspress.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Mustafa Ceceli dənizə girmək istəmədi-SƏBƏB
İşğaldan azad edilmiş daha bir kəndimiz... - VİDEO
Ağız qoxusunun 5 səbəbi
Baxışın sehri
Uhanda bütün sakinlər test ediləcək
Ledi Qaganın HAMİLƏLİK xəbəri yayıldı
Azərbaycan Silahlı Qüvvələrinin 100-illiyi münasibətilə hərbi parad keçirilir
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Kimlər ev tikə bilməzlər?
Demetin evini yardılar
Hər iki filmin gəliri 1 milyard dolları keçdi
Megan Marklenin pəhrizi
Prezident sərəncam verdi
Ericsson Apple-ə qarşı
Finlandiyanın baş naziri koronavirusa yoluxub?
Seren Serengilin əri haqqında ŞOK İDDİA-FOTO
HAVA necə olacaq?-6 FEVRAL
Hər gün etdiyimiz 4 gözəllik xətası
On aylıq uşaq saçları ilə hər kəsi heyrətləndirib - FOTO
Erməni azerkeşlərin "Qarabağ" məyusluğu
Prezident xanımı ilə parkın açılışında - FOTO
Soyuq havalar beyinə necə təsir edir?
Saç düzümləri
Neymar yeni model sevgilisi ilə ad günündə tanış olub - FOTO
Vahiməyə salan təbiət
Di Kaprio və De Niro eyni filmdə çəkiləcək
İş yerindən arayış lazım olmayacaq
Monika Belluççi məşhur markanın dəfiləsində - VİDEO
Çakraların sağlamlığımızda və xoşbəxtliyimizdə rolu-IÇakra
Özge Ulusoy
Bəlğəmi təmizləmək üçün xalq təbabəti üsulları
Dünyanın ən böyük iti öldü
35 yaşdan sonra ana olmağın FAYDASI
Yeni tanışlarla necə ünsiyyət qurmalı?
Simsiz qulaqlıqlar təhlükəlidirmi?
"Made in Azerbaijan"ın gücü var
İmmuniteti gücləndirən içki
Qafqaz Müsəlmanları İdarəsi qida məhsullarının halallığı ilə bağlı məsələyə dair mövqeyini bildirib
Məşhur cütlüyün xöşbəxt evliliyi cəmi 30 gün çəkdi
Manatın məzənnəsi
Türkiyə əhalisinin sayı açıqlandı
"Beni Affet" (1-ci hissə)
Təbiətdən bir parça
Azərbaycanda seysmik təhlükə: AMEA iş başında
Lady Gaga möhtəşəm tərzi ilə
Şahzadə Harri və həyat yoldaşı jurnalistləri məhkəməyə verdi
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Külək geri qayıdır, yaz havası bitdi
Kələm salatı (foto resept)
Gələn il Hansı Bürcün Nümayəndələri Varlanacaq?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]